- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
- Rasim Tağıyevin oğlu həbs edildi
Əli Həsənov ANS-i necə bağlatdı?
Son hadisələrdən təəccüblənməyən 10-15 nəfərdən biriyəm. Çünki hərəkətlərindən, gördüyü işlərdən qəti bilinirdi ki, adam dövlətinin əleyhinə işləyir. Qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə - 2015-ci ildə Azərbaycanın demək olar ki, bütün mediasını alan və yeni üzdəniraq “qavroşlar” yaradan “qüdrətli” Əli Həsənov ANS-i də “almaq” istəyirdi. Bu prinsipial məsələ idi. Axı ANS-in Azərbaycanda və onun xaricində nüfuzu çox böyük idi. Əli Həsənov istəyirdi ki, təsisçisi olduğu bütün nüfuzlu media şirkətlər ANS-in sahibi Vahid Mustafayevin nəzarətindən çıxsın və bütünlükdə onun nəzarətinə keçsin.
İstəyirdi ki, nəzarəti tam olaraq sahibinin əlində olan, dövlətçiliyi, müstəqilliyi dəstəkləyən Vahid Mustafayevin əlindən ANS-i alıb özü “işlətməklə” bir sıra ona sadiq və ya onunla əlbir olan “dəstə” ilə Azərbaycanda hakimiyyəti ələ keçirsin. Ölkədə və xaricdə dədə malı kimi “payladığı” külli miqdarda pulun həcmini artırıb, dövlətçilik əleyhinə işləyən əhatəsinin dairəsini bir az da genişləndirsin. Bu məkrli planlarını həyata keçirmək üçün hətta ANS-də işləyən bir sıra vəzifəli şəxsləri də ələ almaqla ölkə mediasını tam nəzarətə almaq istəyirdi. Artıq, demək olar, bütün media Əli Həsənovun əlində idi – təkcə ANS-dən başqa... Və burda onların Plan “A” əməliyyatı iflasa uğradı. Nə etməli, daim Azərbaycan Dövlətçiliyinin və Müstəqilliyinin keşiyində dayanan ANS və ANS-çilərsiz çevriliş etmək mümkün deyildi. Burda Plan “B” işə salındı!
Barbarların zəbt etmək, “qazanmaq” metodu bütün dövrlərdə bir olub – hücum etmək! İllər boyu Vahid Mustafayevi “sındırmaq” istədi, bu alınmayanda şər-böhtan metoduna əl atıldı.
2016-cı il iyunun 18-də guya ANS-i Fətullah Gülənlə müsahibəyə görə bağladılar... Birincisi, müsahibə almaq hər bir media mənsubunun vəzifəsidir, ikincisi bu adam ümumiyyətlə Azərbaycanda heç vaxt terrorçu kimi elan olunmamışdı… Fəaliyyətinin əvvəlindən ANS Levon Ter-Petrosyan, Cövhər Dudayev, Əhmədşah Məsud, Hikmətyar və o vaxtlar terrorçü hesab edilən əfqan generalı Rəşid Dustum, Şamil Basayev və digərlərindən müsahibələr almışdı… Lakin... qayıdaq məhz Fətulla Gülən müsahibəsinə. Halbuki, səhər saat 09:30-dan əlimizdə olan və hər saat başı 15 dəqiqəlik “Xəbərçi” proqramı yayımlayan ANS, o günlər üçün çox vacib və eksklüziv müsahibəni asanlıqla yayımlaya bilərdi. Niyə 9 saat ərzində bunu etmədi? Özü də müsahibədə söhbət yalnız həmin çəkiliş zamanı Fətullah Gulənin masasının üstündə olan “Darbe” kitabı ilə bağlı maraqlı hissədən gedirmiş. Baxmayaraq ki, ölkənin xəbər siyasətini cızan (ANS-dən başqa) Əli Həsənovun Vahid Mustafayevlə telefon söhbətində “Versəniz də, soruşsalar, mənim adım olmasın” kimi təhrikedici ifadələr işlətməsinə baxmayaraq, ANS bu müsahibəni yayımlamadı.
Əli Həsənov və dəstəsi nə etdi? Əlinin altında olan media mənsublarına əmr etdi ki, ANS-in adından müsahibənin anonsunu versinlər və ANS-in məhvini nəzərdə tutan Plan “B”-ni həyata keçirtdi… Çox təəssüf olsun ki, belə arvadsayağı söz-söhbətlə, “üçqəpiklik qutab” rolunu oynayan Həsənovun ələ keçirdiyi əlaltılarının sübutsuz şayiələri və böhtanları əsaında ANS boyda media qurumunun yayım lisenziyası ləğv edildi - bütün ömrü boyu, hələ Əli Həsənov Noraşendə ““jiquli o1” almaq baş tutmayacaq” xəyallar ilə yaşayan zaman Azərbaycan Dövlətçiliyinin qoruyaraq sinəsini sipər edən ANS… No comment!!! Axı bu şayiələri yoxlamaq olardı… Axı ANS-in bağlanmasında iştirak edən və şayiə və böhtan yayan bir çox vəzifəli şəxs və nazirlər artıq vəzifələrindən kənarlaşdırılıb. İndi də gec deyil, ən azı telefon danışıqları, yaxud yazısını araşdırmaq olar – məsələn, Azercell vasitəsilə 18 iyul 2016-ci ildə Vahid Mustafayevlə Əli Həsənov arasında olan telefon danışığını…. – götürün və qulaq asın!
İndi anladınız niyə ANS-in üstünə şər atıb bağlatdırdı bu adam?!
O məsələni sizə bir də söyləyirəm: adam boyundan daha böyük vəzifə qapmaq üçün əhatə dairəsini genişləndirmək istəyirdi; bunun üçün ona ANS kimi böyük, nüfuzlu media şirkətini ələ keçirmək lazım idi. Şirkətin sahibi Vahid Mustafayev və ailəsi Azərbaycanda tanınmış nəslin nümayəndəsidir, əmisi Çingiz Mustafayev ötən əsrin 40-cı illərində, 20 yaşında, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olub, əmisinin adını daşıyan Çingiz Mustafayev ondan cəmi 49 il sonra 32 yaşında, Azərbaycanın müstəqilliyi və ərazi bötüvlüyü uğrunda həlak oldu! Ailənin o biri övladları – Vahid və Seyfulla Mustafayevlər keçmiş SSRİ-də ilk müstəqil televiziya – ANS-i yaraddılar! Bu kişilərin heç bir qəbahəti olmayıb, ANS-in də heç bir qəbahəti olmayıb, ola bilməz də! Çünki onlar özləri də bu dövlətin müstəqillik qazanmasında birbaşa iştirak ediblər, yaratdıqları media şirkətləri də həmçinin.
Əli Həsənovun birbaşa xidmətləri nəticəsində Azərbaycanın əleyhinə iş aparılması, ölkəmizin pis imicinin yaranması üçün məhz xalqımızın qan-qada ilə qazandığı pullar illər boyu xaricə axıb. Öz pulumuzla özümüzü söydürmüşük, özümüzə nifrət yaratmışıq, daha doğrusu söydürüb, nifrət qazandırıb... O gün məlumatlardan birində oxuyuram ki, Nərimanov İH-nin başçısı hər ay Əli Həsənova cari xərclərə 100 000 avro göndərirmiş. Həmin vəsaitin 20 000 Avro Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 euro), 30 000 Avro – Hollandiyaya, 30 000 Avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirmiş... Bu vəsait Azərbaycanın tərəqqisinə yönəldilə bilərdi, xaricdə ölkəmizin adının şərəflə çəkilməsi üçün işlərə xərclənə bilərdi...
Yadımdadır, işlədiyi dövrdə ANS Ermənistan, Rusiya, Avropa və s. ölkələrdən gələn təxribatlara qarşı sipər kimi dayanmışdı; hər hücumu dəf etmək iqtidarında idik... Nə daxildə, nə də mühacirətdə hər hansı təhqir-söyüş jurnalistikası baş qaldırırdı. Əhali ANS-dən aldığı məlumatlarla qane olur və özünə digər mənbə axtarmırdı.
Məhz buna görə diqqəti başqa istiqamətə yönəldərək respublikada vəziyyəti gərginləşdirmək üçün yayımımızı dayandırdılar, səsimizi kəsdilər, çünki bu adam yuxarılara can atırdı, biz isə onun bütün hərəkətlərini görürdük... Bilirdi...
Amma haqqı nahaqqa qurban verməyin, onsuz da haqq yerini tutacaq. Baxın bir nə baş verir... Əli Həsənovun oğurladığı pullarla yaranan media bu gün onun özünün leşini gəmirir… Bilirsiniz niyə? Ona görə ki, onun yaratdlıqları elə onun kimi simasız və vicdansız qurumlardır…
Bax və gör özünü kənardan – sən, Əli Həsənov, Dövlətçiliyimizin keşiyində duran ANS Şirkətlər Qrupunun yayım lisenziyalarını almaq, şirkətləri müflisləşdirmək, Vahid Mustafayevi və hətta onun 7 yaşlı qızını prokurorluğa çağırmaq, evininin üstünə traktor sürdürüb əmlakını dağıtmaq və min cür digər təzyiq etməklə onu sındıra bilmədin və mesaj yollayaraq, müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşduğu dogma Azərbaycanından xaricə qaçırtdıra bilmədin! Amma özün “dogma Azərbaycanını” qoyub qaçdın… Niyə? Çünki Vahid Mustafayev və həqiqi ANS-çilər Vətən qarşısında saf və təmizdirlər – sən isə yox!
Sevda HƏSƏNOVA
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
1 may 2024 22:28
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58