Mehdiyevlə Həsənovun “Qurban” xəyanəti...
Bir neçə gün əvvəl mətbuatda hazırda Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsiylə bağlı məlumatlar dərc olunub. Həmin məlumatda bildirilir ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edib. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sanki “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır. Qeyd olunur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrasını Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib.
Sözügedən məsələlərlə bağlı “Qafqazinfo”ya daha maraqlı faktlar daxil olub.
Məlumata görə həqiqətən də Q. Məmmədova ev verilməsi Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun diktəsiylə baş tutub. Belə ki, Ə. Həsənov Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə zəng edərək Qurban Məmmədova bu qədər əmlakın saxta yollarla verilməsiylə bağlı göstəriş verib. A. Fərzəliyev tərəddüd edərək daha yuxarı instansiyaya, yəni sabiq PA rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Ramiz Mehdiyev A. Fərzəliyevə ona verilən tapşırıqların dərhal yerinə yetirilməsiylə bağlı göstəriş verib. Bundan sonra Fərzəliyev həmin qeyri-adekvat ərazini Qurban Məmmədova verilməsiylə bağlı sənədləşməni həyata keçirib və evlər ona verilib.
Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, bir neçə il bundan qabaq xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Q. Məmmədov əslində təlimatları birbaşa Prezident Administrasiyasında vəzifə daşımış Ramiz Mehdiyev və Əli Həsənovdan alıb. Bununla bağlı hazırda hüquq- mühafizə orqanları tərəfindən xüsusi araşdırma aparılır və müəyyən faktlar ortaya çıxıb. Bundan əlavə, mətbuatda indiyə qədər Q. Məmmədovun Əli Həsənovla tələbə yoldaşı olması, vaxtilə bir yerdə qalması və birgə məclislərdə iştirak etməsiylə bağlı fotolar və sensasiyalı materiallar dərc olunub.
Elə ötən ay qəfil DTX tərəfindən həbs olunan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbsinin də məlum hadisələrlə əlaqəli olmasına dair məlumatlar var. Belə görünür ki, Azərbaycanda hökumət daxilində şəbəkələşmiş xəyanət qrupu bir neçə fərqli istiqamətlərdə kurasiya olunurmuş.
Onu da bildirək ki, hazırda Ə.Həsənov müalicə almaq adıyla ölkəni tərk edib. R. Mehdiyev isə nəvəsinə karantin dövründə nümayişkəranə toy keçirtdiyinə və bununla bağlı cəza tədbirləri görüldüyünə görə hökumətə meydan oxumaqda davam edir. Belə ki, R. Mehdiyev üzr istəyib geri çəkilmək əvəzinə hökumətə meydan oxumaqda, ağsaqqal adlandırılmasına baxmayaraq bu titula adekvat olmayan şəkildə davranışlar göstərib açıqlamalar verməkdə, ölkədəki problemlərin onunla heç bir əlaqəsinin olmadığını iddia etməklə bir qədər də qarşıdurmaya meyilli olmaqda israr edir. Demək olar ki, AMEA-nın rəsmi saytını şəxsi bloq səhifəsinə çevirərək hər gün açıqlamaları ilə müxtəlif qurumları, dairələri şantaj edir. Azərbaycanda dövlətin və onun idarə olunması praktikasına nəzər salsaq, Prezident İlham Əliyev bu kimi məsələlərdə heç vaxt xəyanəti bağışlamayıb.
Belə ki, ölkə başçısının güzəştə getmədiyi yeganə faktor xəyanətdir! Biz buna indiyə kimi ayrı-ayrı məmurların simasında şahid olmuşuq. Bu dəfə də məsələnin xəyanət olduğu sübut olunub. Q. Məmmədova böyük sayda R. Mehdiyev və Ə. Həsənov tərəfindən A. Fərzəliyevin icrasıyla mülkiyyət verilməsinin xəyanət olduğu sübut olunub və bu fakt bağışlanmayacaq!
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Bakı xəstəxanalarından oğurluq: Həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparılıb
13 mart 2024 09:44
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları....
3 mart 2024 12:09
- Məşhur həkim Əkrəm Həsənovun həbsini niyə tələb edir?
21 fevral 2024 11:19
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05