Elmira Qafarova necə öldürüldü? - Həkimindən tükürpədici açıqlama (VİDEO)
Məşhur alim KQB-nin “xərçəng əməliyyatı” barədə ilk dəfə danışır
Məşhur azərbaycanlı həkim, hazırda Almaniyada yaşayan professor Ağabəy Azərbaycani Azərbaycan Ali Sovetinin 1-ci sədri olmuş Elmira Qafarova ilə bağlı "BakuPost"a inanılmaz açıqlama verib.
Dünyaca məşhur həkim bildirib ki, E.Qafarova Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Əsas məqsəd isə Azərbaycanda yaradılacaq hərc-mərcliyin qarşısını ala biləcək əsas şəxslərdən birini aradan götürmək olub:
"Elmira Qafarova çox alicənab, çox bilikli, fransız dilini ana dili kimi bilən, Azərbaycanın bir nömrəli xanımlarından biri idi. 1990-cı il hadisələrində Elmira Qafarova ilə Lütfiyar İmanov (Çox güman ki, Ağabəy Azərbaycani kimisə Lütfiyar İmanovla qarışdırır – red.) SSRİ-yə çox sərt etiraz elədilər. Elmira xanımı apardılar Rusiyaya, orada neynədilərsə, qarnında karsinoid adlı xərçəng növü yarandı. Mən onu Almaniyaya apardım. Endoskopiyadan keçirdik. Baxdım ki, hər yerinə yayılıb. Buna rəğmən 4 il yaşada bildik onu. Karsinoid adamda öz-özünə yaranmaz. İran şahını aradan götürmək istəyəndə ona da iynə vurmuşdular.
Almaniyada çox böyük qastrentoloq var idi, professor Luks. Köln Universitetinin xəstəxanasında çalışırdı. O müayinə etdikdən sonra dedi ki, bu xəstəliyi Elmira xanımın bədəninə yerləşdiriblər”.
Qeyd edək ki, E.Qafarova xəstəlik səbəbindən siyasətdən uzaqlaşmağa məcbur qaldı. 1993-cü ildə isə vəfat etdi.
Bir neçə il öncə E.Qafarovanın öldürüldüyü iddiası ilə özünü onun qızı kimi təqdim edən İnessa Hüseynova da çıxış etmişdi. O bildirmişdi ki, anası 1990-cı illərdə baş verən hadisələrin videoyazısını SSRİ rəhbərliyinə çatdırmaq üçün Moskvaya gedib:
"Həmin vaxt məni maşın vurmuşdu. Başımdan zədə almışdım. Ona görə də xəstəxanada yatırdım. Anamla bir yerdə Rəşid Behbudov da Moskvaya getmişdi. Həmin vaxt eşitdim ki, anamı və Rəşid Behbudovu Moskvada zəhərləyiblər. Bunu mənə qardaşım dedi".
O, əslində Qafarova İnayət Fuad qızı olduğunu, anası tərəfindən xalasına övladlığa verildiyini, bundan sonra sənədlərdə adının Hüseynova İnessa Həşim qızı kimi dəyişdirildiyini vurğulamışdı. Bildirmişdi ki, mülklərinə göz dikən yaxınları onu Məştağada yerləşən ruhi-əsəb dispanserində məcburi müayinəyə cəlb etdirib. Bu açıqlamadan sonra E.Qafarovanın bəzi qohumları həmin xanımın sabiq sədrin qızı olmadığını söylədilər. Beləcə, E.Qafarovanın öldürülməsi iddiası da qeyri-ciddi qarşılandı.
İndi isə bu iddia ilə dünyaca məşhur azərbaycanlı həkim çıxış edir. Hadisələrin gözünün önündə baş verdiyini söyləyir. Bunu da xüsusi vurğulayaq ki, E.Qafafova bir çox qərarları ilə SSRİ rəhbərliyini qıcıqlandırmışdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmişdi. Həmin bəyanatda deyilirdi:
“SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür”.
Bu bəyanat o vaxt üçün çox cəsur hərəkət idi. Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb, ona başçılıq da etmişdi.
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22