Tatyana Qolikovanın Bakıdan qazandığı milyonlar: Dərman biznesinin xanım “krışası”...
Günün sitatı30 avqust 2020 15:12
Rusiyanın koronavirus əleyhinə "Sputnik V” vaksininə dünyanın bir sıra ölkələri ehtiyatla yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı da hələ ki, vaksini koronavirus əleyhinə effektli peyvənd olması barədə rəy verməyə tələsmir. Rusiya isə başda prezident Vladmir Putin olmaqla (məlumdur ki, prezidentin qızı da vaksin sınağında könüllü iştirakçı olub) peyvəndi reklam edir.
Buna paralel olaraq Rusiyanın əleyhinə dünya miqyasında xeyli tənqidlər də səslənir. Bu tənqidlərdə Rusiya "Sputnik V” vaksinin fəsadlarını kifayət qədər öyrənməməkdə ittiham edilir.
Məlumdur ki, bir gün əvvəl Rusiyanın vaksinini ilk idxal edən ölkə Belarus olacaq. Bu məsələyə dair Belarus və Rusiyanın dövlət başçıları artıq razılıq əldə ediblər. Bundan başqa bəzi ölkələr Rusiya istehsalı vaksinlə maraqlandığını gizlətmirlər.
Rusiya baş nazirinin sosial məsələlər üzrə müavini Tatyana Qolikova Rusiya Xarici İşlər Nazirliyinə istinadən deyib ki, 27 ölkə koronavirusa qarşı Rusiya vaksinini almaq istəyir. Bu ölkələr arasında Qolikova Azərbaycanın, Belarusun, Braziliyanın, Venesuela və Qazaxıstanın adlarını çəkib.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə "Turan”a bildirib ki, xarici işlər naziri Ceyhun Bayramov Moskva səfərində bu barədə TASS-a danışıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan ÜST-ə üzv dövlət kimi yeni tip virusun yox olmasında və vətəndaşların sağlamlıqlarının qorunmasında onların tövsiyə və metodlarına diqqət verir. ""Sputnik V” vaksinin ilk növbədə ÜST tərəfindən tanınması üzrə zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarla bu sahədə əməkdaşlıq təklifinə baxa bilərik. Şübhəsiz ki, ÜST tərəfindən tanınmış effektli bir vaksinin hazırlanması pandemiya ilə mübarizədə güclü vasitə ola bilər” deyə, nazir bildirib. Göründüyü kimi, Azərbaycan tərəfi vaksin üçün hansısa razılaşma və ya müraciət təklif etməyib.
Musavat.com qeyd edir ki, Rusiya peyvənddən əvvəl də koronaviruslu xəstələrə təyin olunan "Arbidol”u Azərbaycan da daxil bir sıra ölkələrə satıb ki, buradan rekord gəlir əldə edilib. İlin ilk beş ayında olan məlumata görə, preparatdan gələn satış 2,7 milyard rubl təşkil edib.
Rusiyada bu preparatın istehsalı ilə məşğul olan əczaçılıq firmalarının başında çox nüfuzlu və imtiyazlı şəxslər durur. Onların sırasında isə baş nazirin xanım müavini Qolikovanın adı ilk sırada gəlir.
"Arbidol”un da populyarlaşmasında sabiq səhiyyə naziri olan, baş nazirin hazırkı sosial məsələlər üzrə müavini Qolikovanın xüsusi səyləri olduğu deyilir. Tatyana Qolikova hələ 2007-ci ildə Rusiya Federasiyasının səhiyyə və sosial inkişaf naziri işlədiyi vaxt "Arbidol” qrip və ümumi soyuqdəyməyə qarşı dərman kimi tövsiyə edib. Bundan sonra "Arbidol”un satışları (dövlət satınalmaları da daxil olmaqla) 100 dəfə artıb və pul baxımından hər il təxminən 5 milyard rubl gəlir gətirib. Yeri gəlmişkən, bəziləri "Arbidol"u zarafatla FUFLOmisin adlandırırlar, çünki iddialara görə, dərmanın klinik effektivliyi hələ də sual altındadır.
Bildirilir ki, Rusiyanın sabiq sənaye və energetika naziri (indiki Sənaye və Ticarət Nazirliyi adlanır) Andrey Reus baş nazir müavininin keçmiş əridir. Həm Andrey Reus, həm də onun müavini olmuş Andrey Dementiyev uzun illərdir əczaçılıq biznesindədir. Onların ortaq qurduqları "Generium" şirkəti hazırda ilk yerli sürətli COVİD-19 testinin də Rusiyada rəsmi istehsalçısıdır. Bu testlər 94% -dən çox dəqiqliklə 40 dəqiqə ərzində koronavirusun mövcudluğunu müəyyənləşdirir. Bu günə qədər test üçün dövlət satınalmaların həcmi demək olar ki, 300 milyon rubldan çoxdur.
Bu baxımdan Qolikovanın Azərbaycanı da vaksinə müştəri siyahısına daxil etməsi başadüşüləndir. Söhbət milyonlardan gedir axı...
Oxşar xəbərlər
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
Xəbər lenti
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
Video & Fotoqalereya
Video
Fotoqalereya