Əhəd Abıyev deputat olanda Mehdiyev haqda nə demişdi? – “Onun bir qaynı var...”
Xüsusi karantin rejimi dövründə qaydalara zidd olaraq nəvəsinə toy edən və buna görə ictimai qınağa məruz qalan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev karyerası dövründə bununla üçüncü dəfədir ki, hədəfə gəlir.
AMEA prezidenti 2013-cü ildə də çətin günlər yaşayıb. Həmin vaxt Prezident Admnistrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyev “mandat alveri”ndə ittiham edilirdi. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “mandat alveri”nə dair yaydığı videolarda əsasən Ramiz Mehdiyevin adı hallandırılırdı. Bu videolardan sonra onun istefaya göndərilməsi, hətta həbs olunması tələb edilirdi.
2009-cu ildə isə hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Əhəd Abıyevin verdiyi açıqlamalar Ramiz Mehdiyevi gündəmin əsas personasına çevirmişdi. Əhəd Abıyev həmin vaxt deputat idi. O, Masallının mərkəzi bazarının müdiri Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsinə etiraz edirdi. Əhəd Abıyev bildirirdi ki, Həşimovların həbsi qanunsuzdur.
“Çingiz Həşimovla oğlu qanunsuz həbs olunub və mən buna etiraz etmişəm. Bunu isə hansısa nazirlə əlaqələndirir və həmin adamla aramıza narazılıq salmaq istəyirlər. Amma belə bir hal yoxdur. Həşimovların həbsinin əsas səbəbləri araşdırılmalıdır. Həbsin səbəbi Çingiz Həşimovun iş adamı olmasıdır. Onun mənimlə heç bir yaxınlığı yoxdur”, - deyən Əhəd Abıyev bu məsələdə Ramiz Mehdiyevin də adını hallandırırdı.
“Ramiz Mehdiyev Ali Məhkəməyə, Respublika Prokurorluğuna tapşırıb ki, Çingiz Həşimovun üzərindəki qətimkan tədbiri dəyişdirilməsin. Göstəriş verib ki, bu adamı çıxartmayın, qərar qüvvədə qalsın”. Keçmiş deputat həmin vaxt Ramiz Mehdiyevin qəbuluna düşmək istəsə də, cəhdləri səmərə verməyib. “Onun bir qaynı var adı Levondur. Oturub qəbul otağında, kimi istəyir buraxır, kimi istəyir buraxmır”, - deyə o bəyan etmişdi.
Əhəd Abıyev Ramiz Mehdiyev barədə danışarkən bəzi deputatların ondan uzaqlaşmasına da maraqlı reaksiya vermişdi: “Onlar Ramiz Mehdiyev tərəfindən təyin olunan deputatlar idi, əsl deputatlar heç vaxt məndən qaçmaz”.
Keçmiş deputatın bu açıqlamalarından sonra məsələ o həddə çatmışdı ki, Prezident İlham Əliyev işə qarışmalı olmuşdu. O zaman yayılan məlumatlarda iddia olunurdu ki, ölkə başçısının müdaxiləsindən sonra Əhəd Abıyevlə Ramiz Mehdiyev arasında “atəşkəs” elan olunub.
Əhəd Abıyevin 2010-cu il parlament seçkilərində Milli Məclisdən kənardan qalması da Ramiz Mehdiyev barəsində səsləndirdiyi bu açıqlamalardan qaynaqlandığı deyilir. /Yenisabah/
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05