Səfər Mehdiyevin varidatı və vəzifəyə təyin etdiyi yaxın qohumları - SİYAHI
"Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm" deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sahib olduğu var-dövlət və Komitədə işə qoyduğu yaxın qohumları ilə bağlı siyahı dərc olunub.
"Qaynarinfo" xəbər verir ki məlumatı jurnalist Həbib Mütəzir paylaşıb.
Foto 1-də gördüyünüz Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Naxçıvan, Babək rayonu, Nehrəm kəndində, Şevroletin logosuna bənzər malikanəsidir, ətrafdakı tikililər də ona və qohumlarına aiddir.
Həmçinin Dövlət Gömrük Komitəsinin sədri Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahibdir.
Foto 2-də gördüyünüz General-polkovnikin Şahbuz rayonu, Biçənək kəndində, dağların arasında, ucu-bucağı görünməyən, möhtəşəm bir malikanəsidir. Malikanənin içindən Biçənək çayının bir qolu axır.
Bundan başqa Nehrəm kəndinin yaxınlığında 350 hektarlıq ərazidə üzüm və alma bağları saldırıb. Nehrəmdə şərab istehsalı üçün istifadə olunur. "Sumqala Tikinti Təchizat” MMC nəzdində 100-dən çox işçisi olan "Sumqala” Nehrəm üzümçülük təsərrüfatının sahibi komitə sədrinin qardaşı Kazım Mehdiyevdir.
Mənbə: //cutt.ly/Vfska4c
Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşıdır. Digər bacısı oğlu Əli ismayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşıdır. Digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşıdır. Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisidir. Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunları dolandırmaq lazımdır ya yox? Rüsumları, vergiləri ona görə digər ölkələrdəki standartlara uyğun edirlər ki, bu qədər nəsli dolandırsınlar.
Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?
Məsələn, onun Gündüz adlı bacanağı "Babək” və "Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.
Utanmır hələ 1%-dən danışıb, camaatın 35% cibinə girir. Mən sənə onlarla obyektini, villanı göstərərəm amma sizin ləyaqətiniz və cəsarətiniz çatmaz istefa verməyə. Ölkədə istehsalı sıfıra endirib, qanunları dəyişib xalqın cibinə girməyi bilərsiniz ancaq. Maksimum paylaşın, hamı görsün ki, xalqın vergi və rüsumları ilə necə taxt-tac qurublar.
Google Maps:
Nehrəm - //goo.gl/maps/gzpUaDczGisGFjZt8
Biçənək - //goo.gl/maps/nGgYDb1LLRc3h2FBA
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15