Ramiz Mehdiyev anti-milli ünsürdür...Siyavuş Novruzov toyda erməni Levonla
Bütün dünya və onun bir parçası kimi Azərbaycan koronavirusun törətdiyi ağır məhrumiyyətlərin içərisindədir. Bu ümumibəşəri bəladan az itki ilə çıxmaq üçün dövlətimiz bütün imkanlarını səfərbər edib, xalqımızla bərabər sözün həqiqi mənasında gözəgörünməz düşmənlə ağır döyüşlər aparmaqdadır. Karantin rejiminin tələblərinin yerinə yetirilməsi pandemiya ilə mübarizədə həlledici rol oynayır.
Təəssüf ki, bir sıra hallarda vətəndaşlarımız qaydaları yerinə yetirmədiyinə görə haqlı olaraq azərbaycan qanunları çərçivəsində cəzalandırılır. Bu baxımdan istisnalar yoxdur və ola da bilməz. Ancaq ölkədə özünü qanunların və dövlətin fövqündə hiss edən, dövlətçiliyimizə ciddi zərbələr vurmağa cəhdlər göstərən, öz hərəkıət və davranışları ilə dövlətimizə və xalqımıza meydan oxuyan, hikkəsindən və Azərbaycana olan nifrətindən qaynaqlanan əməlləri ilə cəmiyyətimizdə Prezident İlham Əliyevə inamsızlıq toxumları səpməkdə davam edən Ramiz Mehdiyev pandemiyadan doğan karantin rejiminin tələblərini pozaraq ciddi qanun pozuntularına qəsdən və düşünülmüş şəkildə yol verərək nəvəsinin toy məclisini təşkil edib. Bununla Ramiz Mehdiyev bütün dəyərləri tapdalayaraq insanlarımıza olduqca pis nümunə təqdim edib.
Nəzərə alsaq ki, o hazırda elmimizin məbədi hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, yüksək dövlət təltiflərinin daşıyıcısıdır, günahları daha bağışlanmaz mahiyyət daşıyır. Aylardır övlad toyunu edən, evindən gəlin köçürə bilməyən on minlərlə ata-analarımız da, aylardır ki, ailə həyatı qura bilməyən gənclərimizdə xəyal qırıqlığı yaradan Ramiz Mehdiyev nə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi nüfuzlu vəzifəni, nə də dövlət təltiflərini daşımağa heç bir mənəvi haqqı yoxdur. Onun son əməlləri haqlı olaraq xalqımızda Ramiz Mehdiyevə qarşı dərin nifrət və ciddi narazılıqlar yaradıb.
Dövlətimizə və xalqımıza meydan oxuyan bu anti-milli ünsürə qarşı nəhayət ki, sərt tədbirlər həyata keçirilməli, qanunun aliliyi hər kəs üçün keçilməz olmalıdır. Görünən odur ki, bütün xalqımız haqlı olaraq dövlətimizdən və hüquq-mühafizə orqanlarından Ramiz Mehdiyevə qarşı sərt addımların atılmasını gözləyir. Nəhayət, dövlətimizin ayaqları altına basdırılan bu təhlükəli minadan xilas olmağın zamanıdır.
Sonda xüsusi olaraq bildirmək istərdim ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda şəxsən dəvət etdiyi bəzi adamlar haqqında KİV-lərdə kifayət qədər məlumatlar yayılıb. Onlardan biri Milli Məclisin komitə sədri və deputatı Siyavuş Novruzov həyat yoldaşı olan Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva ilə bərabər toyda iştirak etməsidir. Əlbəttə ki, bu gözlənilən deyildi. Mən heç bir halda təsəvvür etməzdim ki, Siyavuş Novruzov bu toy mərasimində iştirak edə bilər. Çünki Siyavuş Novruzov dəfələrlə Milli Məclisin tribunasından sərt karantin rejiminə hamını əməl etməyə çağırıb. Siyavuş Novruzov karantin qaydalarını pozan şəxslərin sərt şəkildə cəzalandırılmasını dəfələrlə tələb edib. Ancaq bu cür fikirlər səsləndirən Siyavuş Novruzovun özünün tələbləri kobud şəkildə pozaraq, qadağan olunan toy mərasimində iştirakı hec cür başa düşülən və qəbul edilən deyil.
Digər tərəfdən, Siyavuş Novruzov ermənilərə qarşı sərt mövqeyini hər zaman ifadə edib, ermənilərin ovuna çıxması haqqında fikirlər irəli sürüb. Bununla bərabər, Siyavuş Novruzov Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində başdan-başa ermənilərin tam əhatəsində idi. Ramiz Mehdiyevin erməni olan arvadı Qalina, onun qardaşı və Ramiz Mehdiyevin kürəkəni erməni Levon, Levonun erməni uşaqlarının əhatəsində toy mərasimində iştirak edən Siyavuş Novruzov doğrudanmı orada vicdan əzabı çəkmədi? Əgər zərrə qədər mənəvi əzab çəksəydi, o zaman mətbuata verdiyi açıqlamalarında "iştirak etmişəm, yaxşı eləmişəm" kimi ifadələr işlətməzdi.
Ramiz Mehdiyevin şərəfinə sağlıq deyən və böyük riyakarlığı, yaltaqlığı özündə ifadə edən Abel Məhərrəmov o çıxışı ilə hər bir azərbaycanlının dərin nifrətini qazandı. Ziyalı belə olmaz, əsl ziyalının ləyaqəti olar. Ziyalı və ya alim heç bir zaman kimsənin qarşısında bu qədər alçaldıcı hərəkətlər etməz. Görünən odur ki, Abel Məhərrəmov alimlik və ziyalılıq kimi yüksək dəyərlərdən uzaqdır.
Toya ev sahibliyi edənlərdən biri, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə qarşı məhkəmə tərəfindən 15 sutkalıq həbs qərarı çıxarıldı. Bu qərar çox doğru addımdır. Düşünürəm ki, bu ilk addımdır və bununla kifayətlənmək olmaz. O, özünü çox idarəolunmaz bir adam kimi aparırdı. Onun mətbuata verdiyi iddialı açıqlamalar hər kəsə tanışdır. Belə bir idarəolunmaz və son dərəcə təkəbbürlü bir insanın Azərbaycan qanunları qarşısında aciz vəziyyətə düşməsi təqdir olunur və alqışalayiqdir. Lakin düşünürəm ki, bu cəza kifayət deyil. Bu toyun əsas təşkilatçısı olan, özünü mafiya başçısı kimi aparan, milli-mənəvi dəyərlərimizə hörmət bəsləməyən, indiki stiuasiyanı nəzərə almayan, Azərbaycan xalqı ilə dövlət arasında ciddi problemlər yaratmaq istəyən və buna illərdir xidmət edən Ramiz Mehdiyev də cəzalandırılmalıdır. Əgər Ramiz Mehdiyev cəzalanmasa, o zaman xalqımızda dövlətimizə qarşı xəyal qırıqlığı yarana bilər. Əminəm ki, dövlətimiz buna imkan verməyəcək.
Fəzail Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05