Mədəniyyət naziri ona aşiq oldu, ərli qadınla evləndi, qızlar maşınını çiynində ...
Bu gün Azərbaycan ifaçılıq sənətinin ən məşhur ulduzu Müslüm Maqomayevin anım günüdür.
kulis.az əfsanəvi müğənni haqda maraqlı faktları təqdim edir.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
İkinci Dünya Müharibəsinin bitməsinə üç gün qalmış Müslüm atasını itirir. Ata oğluna göndərdiyi son məktubunda yazırdı: "Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm. Əlbəttə xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin k, atası onu sevir və son nəfəsinədək sevəcək". Atasının ölümündən sonra Müslüm Bakıda rəhbər vəzifələrdən birini tutan əmisi Camalın himayəsində yaşamağa başlayır. Mülsüm, omrünün sonuna qədər əmisini hörmət və ehtiramla yad edir, onun xatirəsini əziz tutur.
Müslüm atasız keçən uşaqlığını xatırlayanda deyirdi:
“Müharibə illərindən sonra anamın həyatı çətinləşdi və o, yenidən ailə qurdu. Mən onu heç nədə günahlandıra bilmərəm”. Xatırladaq ki, onun anası aktrisa Ayşət Maqomayeva Əhmədovadır. Müslüm babası aktrisa Hökümə Qurbanovanın anası Malikat xanım doğmaca qardaşı olub.
Riyaziyyat fənninə görə sinifdə qalmışdı. Cəbr, həndəsə dərslərində çox zəif idi.
Müslüm Bakı Musiqi məktəbində təhsil alarkən Ofeliya adlı qızı sevir və onunla evlənmək istəyir. Lakin nənəsi bu evliliyə qarşı çıxır və Müslümün pasportunu gizlədir. Müğənni başa düşür ki, pasportunu nənəsi gizləyib. Sonradan pasportu tapan Müslüm sevdiyi qızla evlənir. Bu evlilikdən onların bir qzıı doğulur. Müslüm qızına Marina adını qoyur. Bu adı təsadüfən seçməmişdi. Müslüm özü etiraf edirdi ki, ilk sevgisi beş yaşında bağça yoldaşı Marina olub. Hətta sonralar yazdığı “Marina Marina” mahnısını məhz uşaqlıq illərindən yalnız gözəl xatirələri qalan o qıza həsr edib. 1970-ci illərdə bu kompozisiya hitə çevrilibmiş.
Ailə qurduqdan sonra xanımı həmişə Müslümün evdə olmasını istəyərdi. Həmçinin qohumların da ona qarşı təzyiqi olurdu. Qastrollar başlamışdı. Gənc sənətçi müxtəlif şəhərlərə gedir və o günləri belə xatırlayırdı: “Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi”.
Dostlarının dəvətilə ulu babası Maqometin vətəninə yollanan gənc ailə Qroznıda çətin günlər yaşayır. Qroznı filarmoniyasının direktoru ilə işləri alınmayan Müslüm xanımı ilə birgə Bakıya qayıdır. Bir gün Ofeliya ilə ayrılıq vaxtı yetişir və onlar ayrılır.
Bir dəfə Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edir. Xanım müğənni isə cavabında gülür: "Axı mən evliyəm. Həm də mən səndən çox böyüyəm. Bəlkə gedib evlilik üçün yoldaşımdan icazə alasan?"
Müslüm Editdən sonra da evli qadına vurulur. Bu qadın opera müğənnisi Tamara Sinyavskaya idi. Sənətkar inanırdı ki, bu sevgi ona uğur gətirəcək. Sona qədər Tamaranın sevgisini qazanmaq üçün çalışır və istəyinə çatır. Tamara ərindən boşanır və Müslümlə evlənir.
Müslümün toyunu Heydər Əliyev edir. Tamara xanım sonralar bu haqda belə danışırdı: “Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.
Xruşov Müslümün çox populyar olan “Dünyanın ən gözəl şəhəri” mahnısı ilə SSRİ-də tvist janrına qadağa qoyub. Həmin mahnı da tvist stilində bəstələnib. Xruşşov bunu eşidəndə mahnıya qadağa qoyur. Xruşşovun Kremlin məşhur çevriliş planı nəticəsində devrilməsinin səhəri günü radionun musiqi verilişləri redaksiyasının redaktoru efir rejissoruna deyir:
- Maqomayev Xruşşovu devirdi. Mahnını efirə buraxın…
Azərbaycan dilini yaxşı bilməyə-bilməyə “Azərbaycan” haqqında ən gözəl mahnını oxudu.
Sovet qadınları, qızları onun fotolarından oboy düzəldirdilər. O, stadionlara helikopterlə enirdi. Onun avtomobilini qadınlar qaldırıb çiyinlərində daşıyırdılar. Ona hamı vurğun idi, onu hamı dəlicəsinə sevirdi, onun populyarlığına nəinki yüksəlmək mümkün deyildi, hətta Alla Puqaçova demişkən “Müslümə yaxın olmaq, ona toxunmaq üçün” adamlar vokal sənətini seçirdilər ki, bəlkə hardasa, kulisdə onu gördülər, toxundular.
Müslüm Maqomayevin yetişdiyi zirvəni təsəvvür etmək üçün, Andropovla Brejnevin konsertlərə sırf ona qulaq asmaq üçün getdiklərini bilmək yetərlidir. Baş katiblər, imperiyanın külli ixtiyar sahibləri ona tamaşa edəndə nəfəslərini tutur, “Malaya zemlya” mahnısını dinləyəndə isə hıçqıraraq ağlayırdılar. Seks simvol Maqomayev, SSRİ mədəniyyət naziri xanım Furtsevanın da başını xarab eləmişdi. Furtseva onu La Skalaya, təcrübə keçməyə göndərməkdən tutmuş, bütün “yağlı” səfər və konsertlərə adını yazdırmağa qədər Müslüm üçün mümkün olan və olmayan hər şeyi edirdi. Hətta Şostakoviçin özü də Maqomayevlə əməkdaşlıq etmək, hansısa əsərindəki partiyanı ona oxutdurmaq arzusunda idi, amma Müslümün tənbəlliyindən və ümumiyyətlə operaya artıq maraq duymamasından ötrü, bu əməkdaşlıq alınmamışdı.
“Bolşoy teatr”da oxumaq istəməməsini Müslüm Maqomayevin özü isə belə izah edirdi: “Mən ruhən azad insanam deyə, bir repertuar çərçivəsində qala bilmərəm, boğularam”. Ona görə də, Maqomayev estradanı seçməyə qərar verir və bu sahədə mümkün olan və olmayan bütün zirvələri fəth edir.
O vaxtkı mədəniyyət naziri, vaxtı ilə yaxın dostu olan Polad Bülbüloğlu ilə aralarındakı konflikt hər kəsə məlum idi. Halbuki Müslümün özü heç bir zaman ona cavab vermədi, haqqında danışmadı, imkanı olduğu halda ifşa etmədi. Qısqanclıqdan yaranan bu çəkişmə ədavətə çevrilmişdi. O qədər ki, həyat yoldaşı Tamara xanım keçmiş naziri Müslümün dəfnində iştirak etməyə qoymadı.
Kinorejissor Eldar Qliyevlə dostluğu da maraqlı bir cizgi ilə yadda qalıb. Müslim onun ad günündə dünyanın harasında olur-olsun Bakıya gəlirmiş.
***
Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər o, arvadı ilə “Rusiya” mehmanxanasının lüks nömrəsində yaşayırdı. Ailə mübahisələrindən birində Tamara başqa nömrəyə köçür. Maqomayev isə pəncərəyə dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə yaxınlaşıb deyir: “Ku-ku!” Tamara xanım qorxudan az qala özündən gedir. Konflikt həmən unudulur.
66 yaşlı əfsanəvi Maqomayev 2008-ci ilin bu günündə, 25 oktyabrda, ürək tutmasından vəfat edir. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib. “Azərbaycan” mahnısının sədaları altında keçirilən vida mərasimində pərəstişkarları Filarmoniyadan İstiqlaliyyət küçəsi boyunca çiçək dənizi yaratmışdılar.
Müslüm Maqomayevin pərəstişkarlarından biri, Yelena Katkova adlı qadın illər sonra ondan bir uşaq dünyaya gətirdiyini iddia edib. Qadın vaxtilə Müslüm Maqomayevlə eşq macərası yaşadığını bildirərək, onunla Bakı şəhərində initim münasibətdə olduğunu söyləyib. Bundan sonra onun oğlu doğulub. Yelena qeyd edib ki Maqomayevin bu uşaqdan xəbəri olub. Həmin gənclə bağlı DNT testi keçirilib. Test üçün Müslim Maqomayevin qardaşı Yuri Maqomayev və onun oğlu iştirak ediblər. “88%-lik ehtimalla Andrey Katkov və Yuri Maqomayev arasında qohumluq əlaqəsinin olmadığı ortaya çıxıb”. Müslüm Maqomayevlə bağlı birinci belə hadisə sayılmır. Vaxtilə ABŞ-da yaşayan Daniel Fiqotin adlı şəxs də özünü mərhum sənətkarın nikahdankənar oğlu adlandırmışdı. O, hətta Bakıya gələrək Fəxri xiyabanda görkəmli sənətkarın qəbrini ziyarət edib.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06