"Mirhəsən Seydiova görə Avropa Məhkəməsinə qədər gedəcəyik - İcra başçısı bizi susdurmağa çalışır"
"Ölkəmizə informasiya müharibəsində dəstək olan mətbuatın susudurulması başadüşülən deyil" Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovu Bizimxeber.az saytının Baş redaktoru Ədil Hüseynlini məhkəməyə verərək 3000 manat cərimələtdirib.
Məsələ ilə əlaqədar saytın baş redaktoru Ədil Hüseynli ilə əlaqə saxlayaraq baş verənlər barədə söhbətləşdik:
-Ədil bəy, Neftçala rayonun icra başçısı Mirhəsən Seyidovla məhkəmə çəkişməsinin kökündə nə dayanır?
- Rəhbəri olduğum Bizimxeber.az saytı 10 ildən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində saytda Neftçala barədə yüzlərlə material tirajlanıb. Özüm həmin rayondan olduğuma görə orada olan problemlərə bələdəm və hər zaman Neftçala bizim diqqətimizdədir. Saytın arxivinə diqqət etsəniz əvvəlki icra başçısı İsmayıl Vəliyev xüsusi əməliyyat nəticəsində həbs olunan günə qədər onun barəsində çoxsaylı tənqidi yazılar vermişik. Halbuki İsmayıl Vəliyev Neftçalada meydan sulayanda bir çox media qurumları bu barədə yazamağa həvəsli görünmürdü. Onun həsbindən sonra düşündük ki, artıq ciddi şəkildə Neftçalanın da problemlərinin həllinə başlanılacaq. Mirhəsən Seyidovun təyinatı isə buna inamımızı bir qədər də artırmışdı. Onun gənc olması, hakimiyyətdə hansısa oliqarx məmurun təsir dairəsində olmaması bizdə bu qənaəti yaratdı ki, Mirhəsən Seyidov icra başçısı təyin edilərkən Prezidentin ona verdiyi tapşırıq və tövsiyyələrə əməl edərək Neftçalanın inkişafına təkan verəcək. Hətta Facebook-da ona dəstək statusu paylaşmışam. Amma bir müddət sonra Mirhəsən Seyidovun sərt karantin müddətində icazəsiz olaraq Bakıya gəlişi ilə bağlı bir video yayıldı. Həmin videonu biz də verdik. Bundan sonra Mirhəsən Seyidova yaxın şəxslərdən biri mənimlə əlaqə saxlayaraq videonun çıxarılmasını xahiş etdi. Başqa söhbətlər də oldu və bununla təbii ki, razılaşmadım, amma videonu saytdan çıxartdım. Düşündüm ki, yeni təyin olunub və bu o qədər böyük xəta deyil. Bundan sonra başqa bir yazı dərc olundu. Yazı şikayət əsasında hazırlanmışdı. Təfərrüatlara varmaq istəmirəm.
Bu dəfə də həmin şəxs zəng vuraraq yazının çıxarılmasını təkidlə bildirdi və əks təqdirdə icra başçısı məhkəməyə müraciət edəcəyini dedi. Biz icra başçısının da mövqeyini dərc etməyə hazır olduğumuzu bildirsək də, zəng vuran şəxs razılaşmadı. Bu dəfə yenə müzakirə apardıq və belə qərara gəldik ki, yazını çıxaraq. Amma bir həftə sonra bəlli oldu ki, Mirhəsən Seyidov saytdan çıxarılan və başqa bir medai orqanına istinadla dərc etdiyimiz yazıya görə məhkəməyə müraciət edib.
İcra başçısı təkzib tələb etməklə 20 000 AZN təzminat tələb edirdi. Mən məhkəmədə bildirdim ki, yazılardan biri saytdan çıxarılıb, digər isə başqa media orqanının yazısıdır. Bununla belə Neftçala rayon məhkəməsinin hakimi Xanlar Fərhadov icra başçısı Mirhəsən Seyidovun xeyrinə qərar çıxardı. İndi biz saytda olmayan yazıya görə təkzib verməli və 3000 manat təzminat ödəməliyik.
-Bu məsələ ilə bağlı hüquqi müstəvidə mübarizənizi davam etdirəcksinimi?
- Təbii ki, biz qərarla razılaşmırıq, apellyasiya şikayəti verəcəyik. İkinci instansiya qərarı qüvvədə saxladığı təqdirdə Ali Məhkəməyə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm. Çox istərdim ki, indiki həssas məqamda Azərbaycan hədəf olmasın. Mən heç vaxt istəmirəm ki, Azərbaycanın adı hansısa məhkəmələrdə çəkilsin, hansısa qüvvələr bundan yararlansın. Amma Azərbaycandakı məhkəmələrinin vəziyyəti, icra başçısı Mirhəsən Seyidovun bu addımı bizi buna vadar edir. Məhkəmə heç bir araşdırma aparmadan, hər iki tərəfi 5-10 dəqiqə dinləməklə, hadisənin baş verib-vermədiyini ümumiyyətlə araşdırmadan qərar verib bizi 3 min manat cərimələyir. Bununla da icra başçısına sadiqliyini göstərir. Pandemiya dövründə, işsizlik probleminin olduğu bir vaxtda, reklamsızlıq mühitində çalışan bir portalın 3 min manat cərimə ödəməsi mümkünsüzdür və bu saytın bağlanması ilə nəticələnəcək.
Görünür Mirhəsən Seydiovun istəyi odur ki, sayt fəaliyyətini dayandırsın. Bir daha deyirəm ki, Azərbaycanın müharibə dövründə, bu həssas dönəmində, ölkəmizə informasiya müharibəsində dəstək olan mətbuatın susdurulmasını, saytın bağlanmasını, cərimələnməsini istəmək bizim üçün başadüşələn deyil. İndi bizə daha çox mətbuat lazımdı, daha çox mübarizə vasitəsi lazımdı. Belə bir dönəmdə gənc icra başçısının təkidlə cərimələnmə, susdurulma mövqeyi seçməsini necə alqışlamaq olar?
- Deyirsiniz ki, Mirhəsən Seyidovun yaxın adamına icra başçısının da mövqeyini dərc etməyə hazır olduğunu bildirmisiz. Siczə, icra başçısı niyə sizi məhkəməyə verməkdə israr edib?
- Bəli. Dəfələrlə bildirdik ki, qarşı tərəf olaraq mövqeyini bildirsin işıqlandıraq. Qətiyyən razılaşmadılar və təkidlə yazının saytdan çıxaılmasını tələb etdilər. Hesab edirəm ki, bu söz və mətbuat azadlığına qarşı bir aktdır. Özü də heç də Mirhəsən Seyidovun öz düşüncəsinin məhsuluna oxşamır. Hesab edirəm ki, kimlərsə Mirhəsən Seyidov vasitəsilə saytımızı susdurmağa çalışır. Digər tərəfdən, o da ola bilər ki, icra başçısı Neftçalaya diqqət ayırmağımızı istəmir. Rayon rəhbrəliyi yaxşı bilir ki, Bizimxeber.az Neftçalanın problemlərini işıqlandırmaqda davam edəcək.
Ona görə də bu məzhəkəni qurublar. Amma biz bu cür təzyiqlərə baxmayaraq, ölkədə, o cümlədən Neftçalada olan porblemləri işıqlandırmağa davam edəcəyik. Biz də istəyirik bölgələrdə vəziyyət ürəkaçan olsun, insanlar rahat və firəvan yaşasın, məmurlar öz işlərini doğru-düzgün yerinə yetirsinlər, problemlər işıqlandırılsın və həll olunsun. Görünür bu istəklərimiz icra başçısının ürəyincə deyil və ya problemlərin həllini bacarmadığı üçün qabardılmasını istəmir. Hakimiyyət islahatlar kampaniyası elan edib, korrupsiyaya qarşı mübarizə başlayıb. Dövlət Təhlükəsizlik Xidməti yerli və mərkəzi icra hakimiyyətlərində uğurlu xüsusi əməliyyatlar keçirir. Belə bir məqamda medianı susdurmağa çalışmaq uğursuz cəhddir.
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05