- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Səfir Eldar Həsənov qalmaqaldan danışdı
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov Serbiyanın nüfuzlu "Balkanin” xəbər portalına müsahibə verib. Bu barədə səfirliyin press-relizində xəbər verilir və müsahibənin tərcüməsi təqdim olunur. E.Həsənov müsahibədə son günlərin aktual mövzularından biri olan Serbiyanın Ermənistana silah satması məsələsinə də toxunur. Bu aktuallığı nəzərə alaraq, səfirin müsahibəsini təqdim edirik:
- Ermənistanın Çexiyadakı səfiri Aşot Ovakimyan Azad Avropa Radiosuna müsahibəsində serb şirkətləri tərəfindən Ermənistana silahların satışını şərh edərkən, bu sahədə heç bir məhdudiyyətin olmadığını və Ermənistanın etibarlı tərəfdaş kimi nüfuza sahib olduğunu bildirmişdir. Bu barədə fikirlərinizi bölüşə bilərsiniz?
- İlk öncə qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT çərçivəsində bir sıra qətnamələr qəbul edilmişdir. Onların içərisində silah təchizini ehtiva edən müddəalar da var. Bu xüsusda BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 nömrəli qətnaməsini xüsusi qeyd etmək istərdim. Bu qətnamədə BMT Təhlükəsizlik Şurası Ermənistanla Azərbaycan arasındakı gərginlikdən ciddi narahatlığını ifadə edir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatların güclənməsini və Azərbaycanın Ağdam rayonunun işğalını narahatlıqla qeyd edir. Qətnamənin əməliyyat hissəsində Azərbaycan Respublikası ərazilərinin, o cümlədən Ağdamın işğalı və Azərbaycanın mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsinin pislənilməsi əks olunur. BMT Təhlükəsizlik Şurası, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü və əraziləri əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiqləyərək, dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır, yolverilməz hesab edir.
Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi beynəlxalq səviyyədə tanınır. BMT Təhlükəsizlik Şurası dövlətləri Ermənistana silah təchizatından çəkindirir. Qətnamənin bu bəndində məqsəd Ermənistanın Azərbaycan ərazilərinin işğalının və münaqişənin intensivləşməsinin davam etməsinin qarşısını almaqdır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəccüblü deyil ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin unutdurulması üçün səy göstərir, məhəl qoymamağa çalışır.
Burada xüsusilə qeyd edilməlidir ki, Ermənistan Azərbaycana qarşı aparılan müharibə zamanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində bir sıra öhdəlikləri kobud şəkildə pozmaqda davam edir. Bu başqa bir suveren dövlətə - Azərbaycana qarşı hərbi təcavüz, dinc azərbaycanlıların qətliamı, gəlin 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlıların soyqırımını, işğal olunmuş ərazilərdə etnik təmizləmə və dinc azərbaycanlı əhaliyə qarşı digər ağır hərbi cinayətləri xatırladaq.
Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz zamanı törətdiyi bir sıra cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.
Yeri gəlmişkən, 12 iyul hadisələri onu göstərdi ki, bu ölkə 1990-cı illərin əvvəllərində olduğu kimi, hərbi gücdən xaincəsinə istifadə edərək yenidən hərbiçilərimizlə yanaşı mülki obyektləri və şəxsləri hədəf seçdi. Həm hərbi, həm də mülki əhali arasında itkilərimiz oldu. Lakin Azərbaycan silahlı qüvvələrinin peşəkar cavab tədbirləri nəticəsində hücum edən tərəf ciddi itkilər verərək geri çəkilməyə məcbur oldu.
Buna görə də Ermənistan, əsassız bəyanatlarına baxmayaraq, beynəlxalq öhdəliklərinə sadiq qalan bir ölkə kimi qəbul edilə bilməz. Əksinə, Ermənistan mülki şəxslərə hücum edən təcavüzkar ölkə kimi bir daha "şöhrət” qazandı.
- Buna görə dövlətləri Ermənistana silah satmaqdan çəkinməyə çağırırsınız?
- Tamamilə doğru. Burada biz yuxarıda izah etdiyim kimi, beynəlxalq hüquqdan, beynəlxalq sənədlərdən çıxış edirik. Təsadüfi deyil ki, Serbiyanın da dəstəklədiyi BMT Baş Assambleyasının 62/243 nömrəli 2008-ci il tarixli qətnaməsində bəyan edilmişdir ki, "heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni tanımamalıdır və bu vəziyyətin olduğu kimi qalmasına kömək və yardım etməməlidir". Silah təchizatı, 2020-ci ildə də təkrarlandığı kimi, Azərbaycan ərazilərinin işğalı vəziyyətinin olduğu kimi qalmasına və bu ölkənin dinc azərbaycanlılara qarşı təcavüzünün davam etməsinə töhfə verir.
Serbiya tərəfi serbləri atəşə tutan və öldürən silahların məhz bəzi dost ölkələrin və strateji tərəfdaşlar tərəfindən verildiyini bilsəydi, nə edərdi? Anlayırsız, bu bizim üçün çox ciddi və həssas bir məsələdir. Və təəccüblü deyil ki, Serbiya silahlarının Ermənistana verilməsi Azərbaycan tərəfində məyusluq və dərin təəssüf doğurdu.
Buna görə də Azərbaycan tərəfi Serbiya tərəfindən ölkələrimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq ruhuna uyğun olaraq Ermənistana silah təchizatı məsələsinə rəsmi qiymət verilməsini gözləyir.
- Və nəhayət, son sual. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində son hadisələr fonunda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə sadiq qalır. Bəs erməni tərəfi nə edir? Ermənistanın yeni baş naziri Nikol Paşinyan öz hərəkətləri və ziddiyətli bəyanatları ilə ATƏT-in Minsk Qrupunun sülh yolu ilə danışıqlar prosesinə ciddi zərbə vurur və bunula status-kvonun saxlanılmasına çalışır. Bu da öz növbəsində regionda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ancaq mən qəti əminliklə deyə bilərəm ki, Azərbaycan bütün işğal olunmuş ərazilərini qeyd şərtsiz geri qaytaracaq.
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38