"Əgər Rusiyada Azərbaycan diasporunun real lideri olsaydı, vəziyyət belə təhlükəli olmazdı"
Reportaj27 iyul 2020 00:33
Sənin hərəkətlərinə görə millətin haqqında rəy yaranır...
Son günlər dünyada kütləvi nümayişlər baş verdi, Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri arasında qarşıdurma dalğası keçdi. Bu hadisələrə münasibətim barədə iki kəlmə deyəcəyəm.
Müsbət məqamdan başlayacağam. Bəlkə də ilk dəfə vətənlərindən çox uzaqda olan azərbaycanlılar onun problemlərindən təcrid olunmuş vəziyyətdə yaşamadıqlarını, doğma vətənləri ilə əlaqələrini hiss etdiklərini əyani şəkildə göstərdilər. Əvvəllər vətənpərvərlik haqqında yalnız sözlər vardı, indi aydın oldu ki, onlar hərəkətə də hazırdırlar.
Ancaq həqiqətən nə edəcəklərini bilmirlər. Hər şey diplomatik nümayəndəliklərin qarşısındakı nümayişlərdən başladı, sonra da böyüyüb erməni diasporunun nümayəndələri ilə davaya keçdi. Moskvada isə heç bir müqəddimə verilmədən küçələrdə davaya və döymələrə keçdi. Amma, yox. Hər şey, hələ bir həftə əvvəl bazarlarda “razborka” ilə başladı, blogerlər bunu “erməni əriklərinin soyqırımı” adlandırdılar. Bu dartışmanı əslən Azərbaycandan olan iri biznesmenlər təşkil etdilər. Aksiya mediada geniş yayıldı və demək olar ki, dərhal Moskva meriyasının Ticarət Departamenti tərəfindən dayandırıldı.
Aksiyanın təşəbbüskarlarının əldə etdiyi yeganə şey, onlardan biri Qod Nisanovun Azərbaycan diasporunun lideri statusunda nazir Lavrovun yanına dəvət edilməsi oldu.
Qod Nisanov mənim dostumdur, amma necə deyərlər, Platon mənim dostumdur, lakin həqiqət daha əzizdir. Boykot aksiyası təşkilatçılarının ilkin motivlərinin nələr olduğunu bilmirəm, amma sonda saxta vətənpərvər və populist aksiyalar seriyasında olan kimi göründü, nəticədə vəziyyət pisləşdi. Bir həftə sonra aksiya bazarlardan küçələrə keçdi. Artıq burada öz instinktlərinə tabe olan və özlüyündə təhlükəli və gözlənilməz hala gələn bir kütlə var idi.
Bu nə ilə başa çatdı, əgər çatdısa, nə qədər adam zərər gördü, neçə nəfərin tutulduğu hələ tam olaraq məlum deyil, buna baxmayaraq bəzi nəticələrə gəlmək olar.
Başlıcası. Əgər liderlər yoxdursa və emosiyaların gərginliyi artırsa, onda ona nəzarət edəcək heç kim yoxdur. Əgər heç nə dəyişməzsə, belə partlamalar davam edəcək. Hələlik Moskvadakı bu toqquşmalar cüzi xarakter daşıyır. Kimsə İnternetdə toqquşmanın miqyasını fəal şəkildə şişirdir, lakin yüz minlərlə azərbaycanlının və erməninin Qarabağ əvəzinə Moskvada qanlı dartışmalara başlamayacağına zəmanət yoxdur. Əlbəttə, Varfolomey gecəsi olmayacaq, 1571-ci ildə Parisdəki qırğın dövlət səviyyəsində təşkil edilmişdi, ancaq on iki milyonluq azərbaycanlıların və ermənilərin payına da az düşməyəcək.
İstənilən halda, Moskvada döyülmə və talanlar nəticəsiz qalmayacaqdır. Heç bir ölkə digər ölkələrin vətəndaşlarına ərazilərində bir-birləri ilə küçələrdə dava-dalaş etməyə, məsələ aydınlaşdırmağa icazə vermir. Və cavab sərt olacaq. Rusiyanın təcrübəsi var. 2006-cı ildə Gürcüstanla münasibətlərin kəskinləşməsinə cavab olaraq, miqrasiya xidmətlərinin iddiaları ilə minlərlə vətəndaşı qovuldu. Və 2015-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya təyyarəsini vurması və pilotun ölümü, eynilə Türkiyə vətəndaşları ilə təkrarlandı.
Bunun Rusiyada minlərlə deyil, yüz minlərlə olan Azərbaycan və ya Ermənistan vətəndaşları ilə təkrarlanacağını söyləmək hələ tezdir. Rusiyadakı dövlət KİV-ləri indiyə qədər neytral olaraq qalır. Lakin teleqram - kanallarda bazarları “təmizləmək”, vergi orqanlarını və FSB-ni Azərbaycan və erməni əsilli oliqarxları yoxlamağa göndərmək tələbləri eşidilir.
Baxaq görək, sonra nə olacaq. İyulun 12-dən sonra Rusiyada mətbuat və ictimai rəy ermənipərəst mövqe tutmadı. Bu məni sevindirdi. Baxaq, küçələrdəki aksiyalardan sonra nə dəyişəcək. Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinə münasibəti məsələsinə ayrıca baxılma tələb olunur.
Bir şeyi deyə bilərəm. Rusiyadakı azərbaycanlıların vətənpərvərliyi, bu qədər qəddar, mənasız və təhlükəli olmazdı, əgər diasporanın real lideri olsaydı. Özünü elan edən və ya təyin edilib təsdiqlənmiş deyil, həqiqi olanlar. Bu vəziyyətin günahkarları həm Moskvada, həm də Bakıda var. Həm burada, həm də orada bu prosesi öz axarına buraxmaqdan qorxurlar, yüz minlərlə insanın özünütəşkilatlanmasından qorxurlar. İndi bu uzagı görməməzliyin nəticələrinə qatlaşın.
Moskvada deyil, Qarabağda vuruşmaq olar və beş-on nəfərlə müdafiəsiz insana hücum etmək cəsarət deyil. Həm azərbaycanlıların, həm də ermənilərin əksəriyyəti Rusiyaya bir parça çörək qazanmaq üçün gəliblər, çünki vətənlərində bunu edə bilmirlər. Onlara dava-dalaş lazım deyil. Onlara işləmək üçün şərait yaradılmalıdır. İndi pandemiyadır. İş az, pul yoxdur, perspektivlər bəlli deyil. Bu belədir. Ancaq bu, hücumlar və qarışıqlıqlar üçün bir bəhanə deyil, xüsusən də onları vətənpərvərliklə izah etməyə çalışanda. Qonaq statusunuzu qorumalısınız, başqa bir ölkədə olduğunuzu başa düşməlisiniz. Anlamaq lazımdır ki, sənin hərəkətinlə bütövlükdə millət haqqında rəy yaranır.
Fərhad Əhmədov,
keçmiş senator, iş adamı, xeyriyyəçi
Qeyd: Tərcümə Moderator.az-a məxsusdur
Oxşar xəbərlər
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya