Rus qızından imtina, Üzeyir bəyə son mesaj, on uşağa atalıq
Cəmiyyət22 iyul 2020 16:35
Onda mümkün olanı yox, mümkün olmayanı gerçəkləşdirmək məqsədiydi. Onda güzəştə getmək yox, güzəştsiz yaşamaq yüksək əyar sayılırdı.
Bilirsizmi Əli bəy Hüseynzadə onun haqqında nə demişdi? "Ayıltmadı qələmim bu türk ilə əcəmi” yazan mütəfəkkiri də unutmusuz yoxsa?..
"Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi?”
Nə idi, əcəba? Nə idi, Əli bəy?
"Əvvəlinci mətbu kəlamı idi...”
***
"Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir!” Bu vəhşəti yarıb keçmək naminə qəzet buraxıb hamıya xitab eləmək ehtiyacı duyacaqdı Həsən bəy.
Söhbət "Əkinçi”dən gedəcək, belə düşünürsüz? Xeyr, "Əkinçi”dən getməyəcək. "Əkinçi”dən yox, Əkinçinin özündən danışacağıq.
Qəzeti yox, Adamı deyirəm. Həsən bəy Zərdabini oxuyaq. Bundan sonra oxuyacağımız Həsən bəy Zərdabinin özüdü!
Ona əziyyətlər vermişdilər, tənə eləmişdilər, adına ləqəb qoşmuşdular, "Şapqalı rus”, "Sünni Həsən” demişdilər, güllə atmışdılar ona – Qubada, xoşbəxtlikdən yan keçmişdi, yeri gələndə vəzifədən, gənclik çağında ilk sevgisindən imtina eləmişdi, həyatının sonunda, iflicdən yarımcana çevriləndə hələ də Dumanın üzvü olduğunu düşünüb parlamentə getmək istəmişdi, yaxınları güclə saxlamışdı onu, amma o, yenə də birtəhər Üzeyir bəyə son mesajını, ismarışını çatdıra bilmişdi. Yadınıza düşdümü?..
Həsən bəy Zərdabinin ömrünün son aylarında Üzeyir Hacıbəyliyə nitqi qırıla-qırıla nəsə dediyini gözlərimin qarşısına gətirəndə tüklərim biz-biz qabarır. İki böyüyün belə söhbətinə tarixdə ilk dəfə rastlanır, elə deyilmi?
Bu yazıda Həsən bəyin həyatından yalnız ayrı-ayrı fraqmentləri təqdim eləmək gücündəyəm. Bundan artığına qüdrətim yetməz.
***
Təvəllüd tarixində iki rəqəmin izi var: 1837-ci, yoxsa 1842-ci ilmi mübahisəsi sonuncunun təsdiqiylə bitib.
Göyçay qəzasının Zərdab kəndində çay sahilində dünyaya gəldiyi dəqiqdi. Atası da, babası da varlı mülkədarlardan olub.
Erkən yaşda onu təhsilə yönəldirlər, Göyçayda məsciddə molla yanında "Gülüstan”ı höccələyir, sonra Şamaxıda Seyid Əzim Şirvaninin açdığı məktəbdə, ardıyca Tiflis gimnaziyasında oxuyur, ordan da hökumət hesabına Moskva Universitetinə göndərilir.
Evinə tez-tez qonaq getdiyi tarixçi alim Sergey Solovyovun qızına aşiq olur. Ancaq xristian qızla ailə qurmaq fikrindən daşınır, illər sonrası balkar qızı Hənifə Abayevayla isə tamam şüurlu bir seçimlə evlənir. 1872-ci ildə "Qafqaz” qəzetində Tiflisdə Müqəddəs Nina məktəbini bitirən qızların siyahısında Hənifə xanımın adını görür, onu tapır və ailə qururlar.
Sonralar Zərdabinin qızı Qəribsoltan Məlikova yazacaqdı: "Atam uzun müddət öz otağına çəkilib, baş verənlər haqqında anamla söhbət edirdi... İlk baxışda bu qədər fərqli təsir bağışlayan iki adamı təsəvvür etmək çətinidi... Lakin onlar elə naturalar idilər ki, bir-birilərini çox gözəl tamamlayırdılar...”
***
Universiteti bitirən Həsən bəy bir müddət dövlət idarələrində çalışır, Qubada məhkəmə katibi işləyir. Həmişə kəndlilərin mənafeyindən çıxış edir, rəislərlə üz-göz olur.
Tiflisdə Quberniya İdarəsində işləyəndə qubernator Qolubyakina deyir: "Ya mən qubernator olacam, ya sən qulluğuğu tərk edəcəksən”. Həsən bəy işdən çıxmalı olur. Özü haqqında deyirmiş: "Məndən məmur çıxmaz”.
Qubada məhkəmə katibi işləyərdə haqqı müdafiə etdiyinə görə özünə düşmən qazanır. 1868-ci ildə iş otağında ona sui-qəsd təşkil edilir. Gecə naməlum adamın atdığı güllə xoşbəxtlikdən divara dəyir...
***
1869-cu ildə Bakıda gimnaziyaya müəllim düzələn Həsən bəy 1872-ci ildə müsəlman tələbələrinə yardım cəmiyyəti təşkil edir. Cəmiyyət üçün ianə yığır. Himayəsinə iki şagird götürür.
Həmin il Hənifə xanımla ailə quran Həsən bəy sonralar 2 şagird əvəzinə, 10 şagird saxlamağa başlayır.
***
Hənifə Məlikova "Əkinçi” qəzetinin ilk sayının çapdan çıxdığı günü belə xatırlayır: "Həsən bəy qəzetin çıxmasından hələ bir həftə əvvəl həyəcan içərisində idi. Hürufat çatmırdı... Həsən bəy texniki səbəblərə görə qəzetin pis çıxacağından qorxurdu.
Lakin bu kiçik qəzet təmiz çıxanda Həsən bəyin sevincdən gözləri yaşarmışdı. O, əlində qəzet çox həyəcanlı halda evə gəlmişdi. Onun həyatının ən xoşbəxt bir günü idi”.
Hənifə xanımın sözlərə görə, qəzetə müxtəlif yerlərdən – Omskdan, Orenburqdan, Ufadan, Volqaboyundan və Krımdan təbrik və abunələr gəlməyə başlayır.
***
Həsən bəy abunə yazılmaq, yaxud qəzeti sadəcə oxutmaq üçün onu müxtəlif ünvanlara göndərirdi.
Gürcüstandan qvardiya polkovniki Əlibəy Əlixanov qəzeti oğlu vasitəsilə Həsən bəyə qaytarıb belə yazır:
"Təəccüblənirəm, redaktor çarın sadiq xidmətçilərinin hökumət tərəfindən nəşr edilməyən qəzeti oxumayacağını necə olur ki, anlamır”.
Həsən bəy ruhdan düşmür, deyirmiş: "Mən adamları qəzet oxumağa öyrədəcəyəm, alışandan sonra özləri qəzet üçün darıxacaqlar”.
***
"Əkinçi”nin üzərində ciddi senzura vardı. 1877-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayanda senzura bir az da sərtləşdirilir.
Hətta Moskvada güclü soyuqlardan sərçələrin donub ölməsi xəbərinə belə, senzura ilişir, bundan rusların Allah qəzəbinə tuş gəlməsi mənasının çıxacağından ehtiyatlanır.
***
"Əkinçi”nin nəşri dayandırıldıqdan sonra Həsən bəyin evinə nəzarət gücləndirilir, xəfiyyələr ev qulluqçularının yaxın qohumu adıyla mənzilə kimin gedib-gəldiyinə göz qoyurlar.
1878-ci ildə Hənifə xanımın Türküstana getməli olan iki zabit qohumu müvəqqəti Bakıda dayanır, Həsən bəygilə qonaq gəlir. Ümumiyyətlə, Həsən bəyin evi həmişə qonaq-qaralı olarmış.
Çərkəzi geyimdə, belinə xəncər və tapança bağlamış boy-buxunlu zabitləri görən xəfiyyələr tir-tir əsməyə başlayır, mətbəxə doluşub Hənifə xanımdan aman diləyirlər...
Deyirlər, bura öz arzularıyla gəlməyiblər.
Məsələ aydınlaşır, xəfiyyələr sakitləşir, amma Həsən bəyin üzərində nəzarət bir az da gücləndirilir.
***
1879-cu ildə İsmayıl bəy Qaspıralı "Tərcüman” qəzetini buraxanda Həsən bəyə məktub yazıb ondan xeyir-dua istəyir, hətta qəzetin idarə olunmasına rəhbərlik etmək təklifi də göndərir.
Həsən bəy qəzetin nəşr xəbərini bayram kimi qarşılayır və Qaspıralıya yerli Krım türklərinin anlayacağı dildə yazmağı məsləhət görür.
Zərdabi "Tərcüman”ı "Əkinçi”nin yetişdirməsi hesab edirdi.
***
"Əkinçi”nin nəşrinin dayanmasından sonra yerli hökumət Həsən bəyi necə olur-olsun Bakıdan uzaqlaşdırmaq istəyir. Nəhayət, o, 1880-ci ildə Zərdaba köçür və 16 il orda qalır. Həmin vaxt bölgədəki Şeyx Əli Baba və Şeyx Hacı Süleyman adlı iki nüfuzlu şəxsə kəndlilərin hədsiz itaəti Həsən bəyi narazı salır.
Həsən bəy Bakıya gedib onların güclü fanatizm yaydıqlarını sübuta yetirir. Qubernatorun qərarıyla Şeyx Əli iki qardaşıyla Qafqazdan Rusiyaya sürgün olunur. Şeyxin tərəfdarları Həsən bəyə Allahın dəhşətli cəza verəcəyini düşünürlər, amma Həsən bəyə heç bir zaval toxunmur.
***
Həsən bəy Zərdabda olanda müxtəlif qəzetlərlə, o cümlədən hökumət orqanı olan "Zemledelskaya qazeta” ilə əməkdaşlıq edir.
Ona bu nəşrdən Sankt-Peterburqda yaxşı maaşlı vəzifə təklifi gəlir. Həsən bəy imtina edir: "Mənim məqalə yazmağım yaxşıdır, çünki bunları azad adam yazır. Dövlət qulluğuna getsəm dilim bağlanar”.
***
Deyilənə görə, Həsən bəy Zərdabda olanda yenidən qəzet çıxarmaq fikrinə düşür, bunu eşidən varlılar, xurafatçılar yuxarılara onun Türkiyə sultanına agentlik etməsi haqda yalan donos yazırlar.
Bakının o zamankı yaşlı qubernatoru özü Həsən bəyin yanına gəlir, ağcaqanadların cövlan elədiyi bir kənddə gördüyündən sarsılır.
Qubernator Həsən bəyə deyir: "Görünür, siz bu zavallı xalqı çox sevirsiniz ki, həm iqlimdən, həm də ləyaqətsiz adamlardan gələn bu qədər bəlalara dözürsünüz və bütün hallarda kəndi tərk etmirsiniz”.
***
1896-cı ildə Həsən bəy Zərdabi ailəsiylə yenidən Bakıya qayıdır. Həm Zərdaba köçənə qədərki dövrdə, həm də ikinci dəfə Bakıya dönəndə onun Şəhər Dumasında fəaliyyəti xüsusi əhəmiyyət kəsb edib.
Həmin vaxt Bakıya su çəkilməsi məsələsi geniş müzakirə olunurdu. Öz maraqlarından çıxış edən erməni Ambarsum Məlikov şəhərə suyun Zuğulbadakı malikanəsindən çəkilməsini istəyirdi. Həsən bəy isə bu suyun içməyə yaramadığını deyirdi. O, Bakıya dağlardan təmiz su gətirilməsinə tərəfdarıdı.
Həsən bəyin müqavimətini görən Ambarsum onu susdurmaq üçün bir nəfərdən ona böyük məbləğdə pul göndərir.
Həsən bəyin qızı Qəribsoltan Məlikova yazır: "Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü. O, çox solğun, çöhrəsi titrətən dodaqları və dəhşətli qəzəb parıltısı ilə hamını, hətta bizi də qorxutdu: "O məni satın almaq istəyir!” Atam dəli kimi bağırırdı”.
***
Ömrünün son dövründə iflic vurmuş, sklerozdan yaddaşını itirmiş Həsən bəyə Dumaya seçkilərdə heç kəs namizədliyini vermə deyə bilmir. Belə qərara gəlirlər ki, bu barədə sussunlar. Hətta onun adına seçki qutusu da qoyulur.
Seçkidən sonra Həsən bəy hər gün evdən işə getmək istəyir və deyirmiş: "Dumanın iclasına getmək vaxtıdı!”
Həsən bəy bütün təkidlərə baxmayaraq ölümündən bir gün qabaq "Kaspi” qəzetinin redaksiyasına baş çəkir. Ertəsi gün "Bərk yorulmuşam, uyumaq istəyirəm” deyib gözlərini əbədi yumur.
***
Həsən bəy gənclərə folklor nümunələri toplamağı məsləhət görürmüş. Özü atalar sözlərindən ibarət kitab nəşr etdirməyi planlayırmış.
Dilinin tutulduğuna, əlinin yaxşı işləmədiyinə baxmayaraq fəal həyatdan çəkilməyibmiş. Belə günlərin birində o, Üzeyir bəylə qarşılaşır və işarələrlə xalq musiqisi əsasında opera yazmağı xahiş edir.
Opera yazılır, amma bu böyük cəfakeş artıq vəfat eləmişdi.
***
Bu da son, amma sual:
Bütün vasitələrlə bizi anlatmağa çalışmış kişini eşitdikmi, Üzeyir bəy kimi əhdə vəfa qıldıqmı, orkestrə çevrildikmi, imtina elədikmi, nəfsimizi qoruduqmu, balalarımızın unutmayacağı səslə bağırdıqmı?..
Cavab belədi, amma şərhsiz:
- Bu gün Milli Mətbuat günüdü, bayramınız mübarək!
Müəllif: Qurban Yaquboğlu
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya