- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
- Hermosonu öpən prezident həbs oluna bilər
Mandatımı stolun üstünə qoyaram...
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Unikal.org-a müsahibə verib. O, YAP rəhbərliyinə qarşı səslənən ittihamlar, koronavirusla mübarizə, cəmiyyətin fərqli reaksiyaları və digər məslələrlə bağlı fikirlərinin bölüşüb.
- Siyavuş müəllim, Milli Məclisin son iclasında koronavirusa inanmayanların cəzalandırılması ilə bağlı səsləndirdiyininz fikirlər narazılığa səbəb olmuşdu. Təpkiləri necə qarşıladınız?
- Mən bunu vətəndaşlar üçün deyirəm, özüm üçün demirəm ki. Bir nəfər bütün bir ailəsini, ətrafını yoluxdura bilir. Göründüyü kimi, bu hal getdikcə genişlənir. Biz inzibati xətallar məcəlləsində dəyişiklik edəndə bunların hamısını götür-qoy etmişik, hər şeyi nəzərə almışıq. Dövlət tərəfindən lazım olan hər bir addım atılıb. Dövlət birinci gündən başlayaraq labaratoriyaları və xəstəxanaları tam hazır vəziyyətə gətirib. Hansı ki, o vaxt bu virus dünyada çox geniş yayılmamışdı. Yeni tibbi avadanlıqların alınması üçün müxtəlif ölkələrə sifariş verilib və pulu da ödənilib. Karantin dönəmində sosial durumu aşağı olanlara, işsizlərə, işə gedə bilməyənlərə kompensasiya verilib, eləcə də özəl sektorlarda işləyənlərin maaşı verilməklə evdə oturmaqları deyilib.
Tibbi dəstəklə bağlı bütün addımlar atılıb. Bunları dəflərlə demişik, təkakrar eləmək istəmirəm. 190 manatlıq kompensasiya əslində 200 min adam üçün nəzərdə tutulmuşdu, amma 600 min adama verildi, bu yardım 1 ay üçün nəzərdə tutlmuşdu, amma 3 aydır kompensasiyalar davam edir. Yolların dərmanlanması, dezinfeksiya edilməsi, yəni, çox bir iş görülüb. İndi bircə məsuliyyət qalır vətəndaşın üzərində. Vətəndaş gərək dövlətin qanununa hörmətlə yanaşsın. Qapalı yerdə maska taxılmalıdır. Bəziləri elə başa düşür ki, biz qərarı veririk ki, kimdənsə pul alaq. Əslində, bu cərimələrin mahiyyəti fərqlidir. İstəyirik ki, vətəndaş qanunları pozmasın, qaydalara əməl olunsun. Biz bunu deyirik ki, amma bizə qarşı kampaniyaya başlayırlar.
- Sizcə, nəyə görə hökumət nümayəndəsinin, yaxud hakim partiyanın təmsilçilərinin fikirlərinə belə münasibət yaranıb?
- Xeyr. Burda sadəcə vətəndaş laqeydliyi var. Kimlərinsə də özünü göstərmək istəyidir. Hökumət nümayəndələri xalqın əleyhinə nəsə demir ki. Tələb odur ki, maska tax, özünü, ailəni və cəmiyyəti qoru.
- Tək bu məslə deyil, ümumiyyətlə, deputatlar hər hansı məsələyə münasibət bildirəndə dövlətin maraqlarından çıxış edirlər. Ortaya sual çıxır ki, siz millətin vəkillərisiz, yoxsa dövlətin...
- Biz millətin dərdinə qalırıq. Qəbul etdiyimiz bütün qərarlar millətin xeyrinədir. Bizim danışdıqlarımızın hər birini yazmırsız. Mənim o çıxışımın bir əvvəlini, bir də sonun verdilər. Əsas mahiyyət ortasında idi. Çox oxunmaq üçün müəyyən məqamları verirlər, o fikirlər də bax, Siz deyən müzakirələrə səbəb olur. Biz orda hökuməti də tənqid etmişik, nazirləri də. Bəziləri anlamır ki, deputatlar qanunverici strukturdur, icraedici struktur deyil. Deputat su, qaz çəkən, ev tikən deyil. Qanunun qəbul edir və icrasına nəzarət edir. Vətəndaşın problemini aiddiyyatı orqanlara çatdırır, daha özü həll edə bilməz. Dövlət isə hər şeyi qəbul edilən plan əsasında həyata keçirir.
- Siyavuş müəllim, əvvəllər də, elə son dövrlər də YAP-dan narazı olan partiyadaşlarınız olur. Bu günlərdə Musa Musayev Siz də daxil olmaqla, YAP rəhbərliyi ilə bağlı ağır ittihamlar səsləndirmişdi. Bu məsələyə qayıtmağınızı istərdik. Əslində narazılığın mahiyyəti nədir?
- Bilirsiniz, Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya onun deputat seçilməsinə mane olmuşuq. Mən parlamentə üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orda niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin, başqasını ittiham etməyə nə var ki.
- Amma onun ittihamlarından o da anlaşılır ki, seçki təyinatla, siyahı ilə olur...
- Məsələ elə budur da. Öz marağı təmin olunmayanda seçkinin üzərinə kölgə salır. Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə çəkilib kənarda duracam.
- YAP İdarə Heyəti də özlərinə yaxın adamların namizədliyini təsdiqləyir, yoxsa?
- Qəti şəkildə belə şey yoxdur.
-Söhbət parlament seçkilərindən getmir, ümumiyyətlə, son təyinatlara baxırsan, kimsə kiminsə qohumudur, yaxınıdır...
- Elə deyil. Bizdə bir ənənə var. Təqdimat göndərəndə 30 nəfərin sənədini göndəririk. Kimin seçilməsi artıq bizim səlahiyyətimiz daxilində deyil.
- Yekun qərarı verənlər Sizin təmsil olunduğunuz siyasi qüvvədən formalaşan hakimiyyət nümayəndələri deyilmi?
- Orası elədir. Amma orda da kateroqriya var. Təqdimatı verilən adamın təhsilinə, fəaliyyətinə, işinə baxılır. Biz elə belə heç kəsin namizədliyin irəli sürmürük. Götür-qoy ediləndən sonra ən layiqli şəxs üzərində seçim edilir.
- Amma təyinat xəbərləri adətən filankəsin oğlu, qardaşı oğlu vəzifə aldı kimi təqdim olunur. Camaat da fikirlərşir ki, bəs bu kasıb camaatın övladlarına nə zaman qapı açılacaq?
- Mən o fikirlərlə razı deyiləm. Kifayət qədər qapı açıqdır. Bax, bu binada işləyənlərin hamısı kasıb uşaqlardır. Hansının atası vəzifədədir? Əgər birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?
- Say çox olanda diqqət çəkir...
-Say çox deyil axı. Azərbaycanda 100 mindən artıq dövlət qulluqçusu var. Hamısı elə hakimiyyətdə olanların uşaqlarıdır? Dərinliyin bilməyəndə kənardan hər şey belə görünür də.
- Siyavuş müəllim, son günlər sabiq səhiyyə naziri Əli İnsanov yenə danışmağa başlayıb. Bildirib ki, YAP-dan onun partiyasına tarnsfer edənlər var...
- Elə bir şey yoxdur. Beyləqan rayon təkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur.
- Əli Insanov bir zamanlar YAP-ın sütunlarından sayıldığını...
- (Sualı sona qədər dinləmir) Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Asllaverdiyev, Hacıbala Abıtalıbov, Asya Manafova bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da.
- Amma ona etimad göstərilmişdi...
- Əli Nağıyev sosial təminat naziri idi, Ziya Bünyadov akademik idi, həm də deputat idi, Murtuz Ələsgərov parlamentin sədri idi. Hansına etimad göstərilmirdi ki?
- Amma sonralar Siruz Təbrizli incik salınmışdı.
- Ola bilər. Kollektiv idarə olunan təşkilatdır. Bilirsiniz, bəziləri özləri barədə mif yaradır. Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam.
- Deyir ki, istefa ərizəsini təqdim edibmiş, qəbul olunmayıb.
- Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsləni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova, Əli Əhmədov və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm.
İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram.
Söhbətləşdi: Zaur Əhməd
- Məmurun üstünə silah çıxaranın 15 il həbsi tələb edildi - 4 milyon istəmişdi
21 mart 2024 18:54
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)
7 dekabr 2023 09:42
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
6 dekabr 2023 13:36
- Sovet dövrünün gizlin üzü: Brejnevin qızı masaya çıxıb ətəyini qaldırır...
24 aprel 2023 17:18
- Bu gün Yel çərşənbəsidir
7 mart 2023 10:13
- Yeni doğulan körpəsini asfaltın üstünə atan ana SAXLANILDI
5 fevral 2023 19:45
- Ana söyüşünə görə, marşal Jukovun üstünə tapança çəkən general...
16 oktyabr 2022 11:29
- Xankəndidə Azərbaycan bayrağı - FOTO
4 avqust 2022 22:39
- Bakıda külək yük maşınını “Mercedes”in üstünə aşırdı - Video
10 noyabr 2021 17:52
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59