Bakıda gənc qız əməliyyatdan sonra iflic oldu - Fotolar
Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Axşam.az xəbər verir ki, adının ictimailəşməsini istəməyən xanım mədəkiçiltmə əməliyyatından sonra iflic olduğunu deyib.
O, bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasientin səhhətində ciddi problemlər başlayıb:
"Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim, amma tam əksi oldu. Sən demə, yazdığı dərmanlar mədə-bağırsaq əməliyyatı olanlara qadağan imiş. Ağrılarım daha da şiddətləndi, mədəm keyidi. Mədə nahiyəmdə hissiyatım itdi. Normal yeriyə bilmədim, ayağımı sağa-sola atırdım. Fərid həkimə bunu bildirdim, mənə iynə və sistem yazdı. Onu da etdim. Nəinki mədəm düzəldi, düz ayaq barmaqlarıma qədər uyuşma yarandı. Hissiyatım itdi, tamamilə iflic oldum. Apreldən bu yana yataq xəstəsi olmuşam. Fərid həkimə yenidən bununla bağlı məlumat verəndə isə qayıtdı ki, təcili nevropatoloqa müraciət et, sinirlərin sıxışıb.
Məni “nasılka” ilə "MedEra"ya apardılar. Təklif etdim ki, ekspertizaya gedək, nə sizdə, nə də məndə şübhə qalsın. Əvəzində gəlib qanımı yudular ki, dərmandan bu hala düşdüyümü sübut edə bilməyim. Xəstəxanada bir həftə məni müalicə etdilər. Sonra şantaj etdilər, məhkəməyə versəniz, sizə dəlilik kağızı hazırlayacağıq dedilər. Polis çağırdım, xəstəxanadan çıxmaq istədiyimi bildirdim. Evə gəlib fizioterapiya etdirdim. 2 aydır heç bir irəliləyiş olmayıb. 10 min manat pulum gedib. Mədəmdən ayağıma kimi iflic olmuşam. Gənc qızam, gələcəyim məhv edildi”.
Məsələylə bağlı açıqlama verən bariatrik-metabolik cərrah Fərid Rəfiyev pasientin ittihamlarını rədd edib. O, xanımın əməliyyat və ya dərmanlara görə iflic olmadığını deyib:
"Əməliyyat yanvarda icra edilib və xanım evə göndərilib. Martda pasientin ayağında keyləşmələr başladı, ona nevropataloqa müraciət etməsini məsləhət gördüm. Müraciət etmədi, sakitləşdirici dərman verdik. Klinikaya dəvət edildi, nevropatoloq, psixoloq tərəfindən müayinə aparıldı. Onurğa-beyin problemləri aşkarlandı, nevroloji xəstəlik diaqnozu qoyuldu. Müalicə təklif edilsə də, bunu qəbul etmədi. Öz evinə qayıtdı. Müalicəni icra etmədiyi üçün xəstəlik daha qabarıq olub. Əməliyyatın nəticəsində bu hala qaldığını iddia edir. Ona izah olundu ki, əməliyyatdan deyil. Mədəkiçiltmə əməliyyatı həzm sistemi ilə əlaqədardır. Həzmdə problem olsa, buna aid edilə bilər. Pasiyent şər atmaqla məşğuldur. Biz də qanunla cavab verəcəyik. Əməliyyatla bağlılığı varsa, tibbi ekspertiza aparılsın, təsdiq edildiyi halda klinikamız müalicəni öz üzərinə götürəcək".
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56