Dənizdə batan uşaqları xilas edib, özü boğulan bankir haqında ilginc faktlar...
Müsahibə25 iyun 2020 11:04

Artıq iki gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda dənizdə iki uşağı xilas edib, özü boğulan bank işçisi Yusif İsak oğlu Məmmədovdan söz açılır.
Məlumat verək ki, 40 yaşlı Yusif Məmmədov "Xalq Bank”da filial müdiri işləyib. O, iki gün öncə, yəni iyunun 20-də ailəsi ilə birgə Bakının Xəzər rayonunda dənizin kənarında istirahət etməyə yollanıb. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov kömək üçün dənizə atılıb. Şahidlərin sözlərinə görə o, üzərək uşaqlara çatıb və onları xilas edib. Lakin özü ölümün pəncəsindən xilas ola bilməyib, boğulub...
Sosial şəbəkələrdə həyatı bahasına iki uşağı xilas edən Yusif Məmmədovu qəhrəman elan edənlər də var. Hətta bəziləri onun adının əbədiləşdirilməsi ilə bağlı təkliflər də irəli sürürlər.
Bəs dənizdə batan uşaqları xilas edib, özü boğulan Yusif Məmmədovun həyat hekayəsi necə olub?
Mərhumun qardaşı, Azərbaycan Autizm Assosiasiyası idarə heyətinin sədri Elnur Məmmədov bu barədə Musavat.com-a danışıb. O, bildirib ki, Yusif Məmmədov iki il öncə də dənizdə boğulan bir gəncin həyatın xilas edib:
"Həmin vaxt bunu ictimailəşdirmədik. Daha doğrusu özü bunu istəmədi. Qardaşım Yusif Məmmədov idmanın müxtəlif növləri ilə, o cümlədən boks və üzgüçülüklə məşğul olub. İdman cüssəli idi, 1.90 santimetr boyu var idi. 20 ilə yaxın idi ki, bank sektorunda çalışırdı. Bildiyiniz kimi "Xalq Bank”da filial müdiri işləyirdi.
İki gün öncə, dənizdə iki azyaşlı uşağın dənizdə batdığını görüb. Tez dənizə atılaraq, onları xilas edib, lakin özü batıb. Şahidlərin dediyinə görə hadisə baş verən zaman dalğa çox hündür olub, həmin anda külək başlayıb. Buna görə də kimsə ona kömək edə bilməyib. Görünür ki, qardaşımda ya qıcolma olub, ya da təzyiqi aşağı düşüb. Çünki qardaşım heç zaman bata bilməzdi. O, dənizin 5 metr dərinliyi ilə üzüb, geri qayıdan adam idi. Yəni, üzməyə o qədər həvəsli idi, sudan doymurdu. Qardaşımı sudan tapıb, çıxaran onun dostu olmuşdu. Təxminən 1 saat axtarışdan sonra qardaşımı tapa biliblər”.

Elnur Məmmədov qardaşının doğulub, boya-başa çatdığı İmişlidə dəfn olunduğunu bildirib:
"40 yaşındaydı. Amma deyərdim ki, onda 70 yaşlı insanın təfəkkürü var idi... Bu gün respublikanın bütün bölgələrindən, o cümlədən Rusiyadan, Avropadan çoxlu sayda mesajlar, zənglər gəlir, hər kəs başsağlığını bildirir. Onun dost-tanışı çox idi. Nə qədər insan onun yas mərasiminə gəlmək istəyirdi, lakin koronavirus pandemiyası, karantin rejimi ilə əlaqədar olaraq biz buna izn vermədik...
Qardaşımın 12 və 9 yaşında iki övladı qaldı”.

Elnur Məmmədov qardaşının adının əbədiləşdirilməsi ilə bağlı edilən təkliflərə də öz münasibətini bildirib:
"Məncə də qardaşım qəhrəmandır. Çünki o, iki insanın həyatını xilas edib. Düşünürəm ki, onun adı əbədiləşdirilərsə, bu el arasında bir motivasiya olar”.
Oxşar xəbərlər
- Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
22 yanvar 2021 22:27
- Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili oldum - VİDEO
22 yanvar 2021 19:12
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 2021 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 2021 18:03
- Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
22 yanvar 2021 11:00
- Şəmkirdə jurnalisti öldürən şəxs tutuldu
22 yanvar 2021 10:27
- Kanadanın General-Qubernatoru istefa verdi
22 yanvar 2021 10:03
- Şəmkirdə jurnalist öldürüldü - Foto
22 yanvar 2021 09:33
- İcra başçısı bu xanıma yüksək vəzifə verdi
22 yanvar 2021 00:55
- Xarkovda qocalar evi yandı - 15 nəfər öldü
22 yanvar 2021 00:29
Xəbər lenti
- Azad Rəhimov komaya düşdü – ABŞ-dadır
22 yanvar 22:46
- Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
22 yanvar 22:27
- Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 21:39
- Masallıda Baş həkim həbs edildi
22 yanvar 21:28
- Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili oldum - VİDEO
22 yanvar 19:12
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 18:03
- Fevralın 1-dən kurslar və repetitorlara icazə veriləcək
22 yanvar 15:23
- Dərslər Bakda həftədə 3 dəfə olacaq
22 yanvar 15:08
- Fevralın 1-dən tədris əyani formada bərpa olunur - Rəsmi
22 yanvar 14:33
- Ukraynada matəm elan edildi
22 yanvar 11:04
- Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
22 yanvar 11:00
- Şəmkirdə jurnalisti öldürən şəxs tutuldu
22 yanvar 10:27
- Kanadanın General-Qubernatoru istefa verdi
22 yanvar 10:03
- "Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
22 yanvar 09:52
- Azərbaycan əsgəri MINAYA düşərək şəhid oldu
22 yanvar 09:44
- Şəmkirdə jurnalist öldürüldü - Foto
22 yanvar 09:33
- İcra başçısı bu xanıma yüksək vəzifə verdi
22 yanvar 00:55
- Xarkovda qocalar evi yandı - 15 nəfər öldü
22 yanvar 00:29
- Bakı metrosu və ali məktəblər açılacaq
22 yanvar 00:08
- “Bu tarixdən maska taxmaq ləğv ediləcək”
21 yanvar 17:16
- “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəşt
21 yanvar 17:08
- Novruz bayramınadək əfv sərəncamı ....
21 yanvar 16:27
- Çar II Nikolayın varisi italyan qızla evlənir
21 yanvar 15:42
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 15:24
- Azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı
21 yanvar 15:01
- Paşinyan parlamentin iclasına ZİREHli jiletlə qatıldı - Foto
21 yanvar 14:40
- 2020-ci ildə Azərbaycanda nikahlar yarıbayarı azalıb
21 yanvar 14:21
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 14:08
Video & Fotoqalereya
Video
Fotoqalereya