Fazil Məmmədovun böyük həcmdə vergi borcu var – ŞİRKƏTLƏRİNİN SİYAHISI
2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group”un və bu holdinqəa daxil olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
“Synergy Group”un adı uzun illər mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub.
“Synergy Group” və bu qrupa daxil olan şirkətlərin vergi borcları aşağıdaki kimidir:
Şirkətin adı | Hüquqi ünvanları | Vergi borcu | |
1 | “Synergy Group” MMC | Z. Əliyeva, ev 55 | 54 568,04 |
2 | “AAC” MMC | S. Rüstəm, ev 9, m 2. | 34 435,29 |
3 | “Cybernet” MMC | Xətai pr, ev 16 | 15 298,70 |
4 | “AZORCHİD HOTELS” MMC | S. Rüstəm, ev 9, m 1 | 11 839,50 |
5 | “Bestpack” MMC | H. Əliyeva pr., ev 2 | 7 520,23 |
6 | “Syac” Körpələr Evi-Uşaq Bağçası MMC | Z. Əliyeva, ev 55 | 4 442,87 |
7 | “Synergy Architecture” MMC | S. Rüstəm, ev 9 | 2 863,89 |
8 | “Synergy Hospitality” MMC | Z. Əliyeva, ev 55, m 23 | 871,32 |
9 | “Synergy CSR” MMC | Z. Əliyeva, ev 55 | 686,62 |
10 | “Synergy Property” MMC | Z. Əliyeva, ev 55 | 659,82 |
Məlumat üçün bildirək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.
1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib. 1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
Maraqlıdır ki, 50 milyon manat nizamnamə kapitalı olan və istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi kimi onlarla sahədə geniş fəaliyyəti olan “Synergy Group” Fazil Məmmədov nazir vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra fəaliyyətsiz olub. “Synergy Group”un rəsmi veb-səhifəsinə (www.synergygroup.az) daxil olub bunu asanlıqla görmək mümkündür. 2018-ci ilin avqust ayından sonra şirkətin rəsmi veb-səhifəsinə heç bir məlumat daxil edilməyib.
Onu da bildirək ki, yuxarıda adı qeyd olunan vergi borcu olan şirkətlərdən başqa “Synergy Group”a aşağıdaki şirkətlər də daxildir:
– “Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;
– “Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “B.N.M.” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
– “Khazar-Turizm” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
– “Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
– “Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
– “Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
– “Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%; /Yeniavaz.com/
- 17 yaşlı azərbaycanlı qız Moskva terrorunda həlak oldu
23 mart 2024 08:46
- Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ
22 mart 2024 14:39
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Atəş açandan sonra yerə tüpürüb keçdi...
16 mart 2024 10:38
- Sahibkarlarla Fərəcov arasında borc qalmaqalı - Bizi aldadır, pulumuzu vermir
15 mart 2024 22:48
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Dövlətə 4,1 milyon borcu olan Hüseyn Əmrahov həbs edildi
12 mart 2024 18:01
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29