“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir” – Fəzail Ağamalı
“Əli İnsanovun “vurulmasında” Ramiz Mehdiyevin xüsusi yeri və rolu olub”.
Bunu Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib. AVP sədrinin sözlərinə görə, Əli İnsanovun həbs olunduğu dövrü xatırlayanlar Ramiz Mehdiyevlə sabiq səhiyyə naziri arasındakı münasibətlərin düşmənçilik həddində olduğunu yaxşı bilir. “Əli İnsanovun indi bunların üstündən xətt çəkərək baş verənləri Prezident İlham Əliyevin üzərinə yönəltməsi konyukturadır.
Ramiz Mehdiyev Əli İnsanovun davranışlarıni qəbul etmirdi. Eyni zamanda Əli İnsanov da onun mövqeyini bölüşmürdü. Bu iki şəxs arasında münasibətlər kifayət qədər gərgin idi. O dövrdə bu barədə mediada da çox yazılıb. Bununla bərabər, hesab edirəm ki, Əli İnsanov özü həbs yolunu seçdi. Onun 2005-ci ildə Rəsul Quliyevlə birgə dövlət çevrilişi planının içində yer alması faktdır. Bunu danmaq mümkün deyil.
O, özü də 2005-ci ildə Prezidentə yazdığı yalvarış dolu məktubunda bunu etiraf edib. Ciddi səhvə yol verdiyini bildirib. Həmin məktib KİV-də də dərc olunub. Bunları unutmaq olmaz. İndi Əli İnsanovun olanları təkzib edərək Ramiz Mehdiyevi özünə dost bilməsi onu tanıyanlar və proselərdən xəbərdar olanlar arasında qeyri-ciddi qəbul olunur. Bu da əlbəttə ki, Əli İnsanovun nüfuzuna ciddi zərbə vurur”, - deyə Fəzail Ağamalı vurğulayıb.
Deputat Əli İnsanovun Ramizə Mehdiyev haqqındakı xoş sözlər səsləndirməsinin səbəbləri barədə maraqlı ehtimal irəli sürüb. “Bəlkə də onlar artıq bir yerdədirlər və bu baxımdan Əli İnsanov Ramiz Mehdiyevlə aralarında olan kəskin münasibətlərə “mala çəkir”. Hər halda Əli İnsanov vaxtilə düşmən olduğu Ramiz Mehdiyevi tərifləyirsə, ya onun xoşuna gəlmək istəyir, ya da bu şəxslər artıq bir yerdədirlər. Ola bilər”, - deyə Fəzail Ağamalı vurğulayıb.
Partiya sədri Əli İnsanovun fəallaşması, regional qrupları ətrafına çəkməyə cəhd göstərməsi barədə mülahizələrə də toxunub: “Mən Əli İnsanov haqqında fikirlərimi söyləmişəm. Hər hansı siyasi partiyanın yaranması və onun cəmiyyətə töhfə verməsi təbii ki, onu yaradan şəxsin siyasi keyfiyyətləri ilə birbaşa bağlıdır. Əli İnsanov Ümumilli lider Heydər Əliyevin komandasında olub. Daha sonra komandaya xəyanət edərək dövlət çevrilişinə cəhd göstərib. Fikrimcə, bu, onun siyasətçi olaraq formalaşmasına mane olan əsas faktorlardandır.
Əli İnsanov həbsxanadan çıxdıqdan sonra çox aqressiv şəkildə fikirlkərini ortaya qoydu. Ciddi iddialarla çıxış edəcəyini önə çəkdi. Amma görünən o idi ki, Əli İnsanov baş verən hadisələrlə bütün dərinliyi ilə tanış deyil. Sadəcə emosional şəkildə fikir söyləmək siyasətdə söz sahibi olmaq üçün əsas deyil.
Əli İnsanov ətrafına çoxlu adamlar toplamaq ümidində idi. Amma bu baş vermədi. Bildiyim qədər ictimai siyasi- mühitdə kifayət qədər nüfuzu olan insanlardan onun yanında bir kimsə yoxdur. Əli İnsanovun siyasətdə ciddi və həlledici rolu görünmür. Azərbaycanda çoxsaylı müxalifət partiyaları var. Onların liderləri arasında Əli İnsanov çox zəif görünür. Bu fikirlərim Əli İnsanova qərəzim kimi başa düşülməsin. Sadəcə görünən budur”. /Yenisabah.az/
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20