Qənirə Paşayeva Çingiz Aytmatovdan yazdı...
Reportaj11 iyun 2020 09:47
Bugün dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anım günüdür.
Biz Çingiz Aytmatovu qırğız yazıçısı olduğu qədər öz yazıçımız saymış, sevmiş, oxumuş, öyrən¬mişik.
O, keçmiş SSRİ-nin ucqarlarından sayılan qırğız elində doğulub, böyüsə də, öz el-obası ilə yanaşı SSRİ miqyasında (az sonra bu miqyası aşaraq, Avropada, bütün Avrasiyada), nəhayət dünyanın dörd yanında tanındı, oxundu, sevildi.
“Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.” – bu, Ulu öndər Heydər Əliyevin sözüdür.
Əlbəttə, sənətkar üslubu, qeyri-adi yazıçı ma¬neraları ilə özünə xüsusi diqqət, maraq tələb edən Çingiz Aytmatov, adı ilə, milli-mədəni mənsubiyyəti ilə, etnoqrafik yaddaşından süzülüb gə¬lənlərlə bizimçün bir başqa cür maraqlı olub, doğma olub. Türk dünyasının hər yerində onun əsərləri sevilir, oxunur, öyrənilir, bir də, bir də, müraciət edilir və hər yeni müraciətlə Çingiz Aytmatov dünyasının, təxəyyülünün daha yeni qatları, layları üzə çıxmış olur. Bu anlamda, Çingiz Aytmatov yaşayan, çağdaş bir ustad təsirinə malikdir. Zatən, onun əsərlərinin öz müəllifinə ölümsüzlük qazandırdığı, yalnız bizə doğma türk dünyasının deyil, bütün dünyanın akdemik ədəbi münasibəti, elmi-ədəbi yanaşması, ictimai həqiqətdir.
Çingiz Torekul oğlu Aytmatov (12.12.1928 – 10 iyun 2008) –
qardaş Qırğız Respublikasının Talas əyalətinin Şəkər kəndində doğulub. Böyük yazıçının görkəmli dövlət xadimi olan atası, məşum 1937-ci ildə həbs olunub, 1938-ci ildə isə güllələnib; milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa olub.
Qırğız və rus dillərində yazmış böyük yazıçının ilk əsərləri 1952-ci ildə dövri mətbuatda çap olunmağa başlayıb. Ali təhsil aldıqdan sonra o, 3 il Elmi-Tədqiqat İnsti¬tutunda işləyib; Aytmatovun Moskvadakı Ali Ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə - repressiya qurbanı olan atasının bəraət alma¬sından sonra mümkün olub. Kursu bitirdiyi ildə “Yeni dünya” jurnalında bir sıra hekayələri, o cümlədən ona dünya şöhrəti qazandıran “Cəmilə” povesti gün üzü görüb.
Çingiz Aytmatov müxtəlif vaxtlarda ictimai-siyasi və yaradıcılıq qurumlarında mühüm vəzifələr daşıyıb. Böyük şəxsiyyət və sənətkar:
-Keçmiş SSRİ Ali Sovetinin deputatı,
-1990-1994-cü illərdə keçmiş SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri,
-2008-ci ilin martınadək Qırğız Respub¬li¬kasının Fransada, Belçika, Lüksemburq və Nider¬landdakı səfiri,
-Yazıçılar İttifaqı və Kinematoqrafçılar İttifaqı katibliyinin üzvü,
-Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin başçılarından biri,
-“Xarici ədəbiyyat” jurnalının baş redaktoru,
-“İssıkkul forumu” adlı Xalqlararası intellektual hərəkatın təşəbbüskarı idi.
Çingiz Aytmatovun əsərləri bizim dilə sovet dönəmində də, müstəqillik illərində də yüksək səviyyədə çevrilib, nəşr olunub. “Gün var əsrə bərabər”, “Ağ gəmi”, “Əlvida, Gülsarı”, “Torpaq ana”, “Çingiz xanın ağ buludu”, “Dəniz qırağıyla qaçan alabaş”, “Edam kötüyü”, “Köşək gözü”, “Ana tarla”, “Erkən durnalar”, “Qırmızı yaylıqlı qovağım mənim”… - Aytmatov qələmindən çıxan digər möhtəşəm əsərlər Azərbaycanlı kitabsevərlərin, oxucuların doğma kitabları sırasındadır. Bu əsərlərdən heç olmazsa, birini oxumamış azərbaycanlı oxucu təsəvvür etmək çətindir.
Çingiz Aytmatov respublikamızda səfərlərdə olub, azərbaycanlı həmkarları ilə möhkəm dostluqlar olub. Özəlliklə, Bəxtiyar Vahabzadə ilə dostluğu ictimaiyyətə yaxşı məlumdur. Onun İsa Muğannaya ustad gözü ilə baxması haqqında isə, hələ hər iki böyük yazıçının sağlığında əfsanələr dolaşırdı.
Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi: “Çingiz Aytmatov hər şeydən öncə, mənim qan qardaşımdır. O, qırğız torpağının əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də bütün türk dünyasının üzünü ağ edən XX əsrin klassikidir... Aytmatov qələminin sehri, ecazı dünya ədə-biyyatına misilsiz incilər bəxş edib... Çingiz Aytmatov mənim üçün yaş həddinə sığmayan, əsərlər ilə çoxdan əbədiyyətə qovuşan sənət cəngavəridir.”
Bu isə Xalq yazıçısı ANARın sözüdür: “Çingiz Aytmatov ədəbiyyat aləminə qədəm qoyduğu gündən onun yaradıcılığı Azərbaycanda diqqətlə, ardıcıl izlənir. Ustad sənətkarın dünya şöhrəti həmişə xalqımıza da öyünc gətirib.”
Çingiz Aytmatov istər keçmiş SSRİ illərində, istərsə sonrakı dönəmdə dəfələrlə yüksək mükafatlara, fəxri adlara layiq görülüb. – “Sosialist Əməyi Qəhrəmanı” (1978), “SSRİ Dövlət mükafatı” (1968, 1977, 1983), “Qırğız Respublikasının Xalq yazıçısı” və onlarla başqa təltiflər, bütün dövrlərdə onun şəxsiyyətinə və sənətinə bəslənən yüksək münasibəti ifadə edir. Aldığı bütün fəxri ad, mükafat və təltifləri ana südü kimi haqq edən böyük yazıçı, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Dostluq” ordeninə də layiq görülüb (2008). Ordenin təqdim edilməsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev cənabları demişdir: “Hörmətli Çingiz Torekuloviç, mən Sizi Azərbaycanın yüksək ordeni ilə təltif etmək istərdim. Bu orden “Dostluq” adlanır. Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın söhbətlərindən də bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləmisiniz. Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz. İcazə verin, bu mükafatı Sizə təqdim edim. Təbrik edirəm.
Burada bir xüsusi məqam var. Bu ordenin qeydiyyat nömrəsi 1-dir. “Dostluq” ordeni yeni ordendir, dövlət təltifidir. Siz bu ordenin təqdim edildiyi birinci şəxssiniz. Bu, çox mühümdür, bu – tarixdir”.
Bəli, Çingiz Aytmatov-Azərbaycan əlaqələrini ifadə baxımdan bu təltif və təltifetmə za-manı dövlət başçımızın dediyi sözlər özündə dərin məna daşıyır.
Qırğız ədəbiyyatçıları, ümumən qırğız xalqı ilə dostluq və qardaşlığımız əbədi,
böyük ədibin ruhu şad olsun!
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Oxşar xəbərlər
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Ruhi deputat olmaq istəyir - Qənirə Paşayevanın yerinə - ViDEO
21 mart 2024 21:38
- Litvalı jurnalist Allahverdi Bağırovla bağlı nələr yazdı....
29 fevral 2024 15:23
- Prezident İlham Əliyev Atatürkün məqbərəsində xatirə kitabına nə yazıb?-FOTO
19 fevral 2024 14:31
- ŞOK - Tanınmış vəkil Azərbaycanda BİCBALA problemindən yazdı - həkimlər kişiləri belə aldadır
11 fevral 2024 22:48
- Dünyanın Puşkini - Firuz Mustafa yazır
8 fevral 2024 11:25
- Qənirə Masazırdakı evində huşunu itirmişdi
2 fevral 2024 12:18
- Azərbaycanlı qızla ingilis oğlanın xoşbəxt ailəsi (FOTO/VİDEO)
27 yanvar 2024 14:48
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
6 dekabr 2023 10:25
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya