İsa Qəmbər: "Bu hamımıza hörmətsizlikdir”
Bir neçə gündür ki, sosial şəbəkələrdə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Azadlıq” radiosuna verdiyi müsahibədə səsləndirdiyi fikirlər müzakirə olunmaqdadır. “Qafqazinfo” xəbər verir ki, cəbhə hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində çalışan S. Əkbər o zaman Rusiyaya işləyən böyük agentura şəbəkəsini aşkar edib siyahını ölkə rəhbəri Əbülfəz Elçibəyə təqdim etdiyini vurğulayıb. S. Əkbər iddia edib ki, həmin dövr hakimiyyətdə mühüm postlarda vəzifədə çalışanların Rusiya kəşfiyyatının agenti olduqlarını aşkarlayıb və təqdim etdiyi siyahıyla bağlı hər hansı tədbir görülməyib.
O, həmçinin nazir müavini postuna təyin olunmasından xəbərsiz olduğunu da diqqətə çatdırıb. S. Əkbərin sözügedən açıqlamalarından sonra feysbuk platforması üzərindən o zaman hakimiyyətdə vəzifə tutan bir sıra siyasilər, sabiq Baş Nazir Pənah Hüseyn, Ali Sovetin sədri İsa Qəmbər, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov, AXC Ali Məclisinin sədri Arif Hacılı S. Əkbərin fikirlərinə reaksiya veriblər.
İsa Qəmbər Azad TV-yə müsahibəsində deyib ki, 4 iyun 27 aprelin davamıdır: “O zaman dünya başqaydı. İşğalı klassik formada həyata keçirə bilmədilər. Xalqın seçdiyi hakimiyyəti uzaqlaşdırıb onun yerində Moskvayla bu və yə başqa ölkədə hesablaşan qüvvələri hakimiyyətə gətirdilər. Bir çoxları bunu unudurlar, ya unutmuş kimi göstərirlər. 4 iyunla bağlı danışanda nə bu qiyamın təşkilatçıları, ideya sahibləri Rusiya KGB-ni, hakim dairələri, onlara dəstək İran rejimini qeyd etmirlər. Nə də ki bu qiyamda iştirak edən, dəstək verən Azərbaycan vətəndaşlarının adlarını çəkmirlər. Qiyamçı tək Sürət Hüseynov deyildi. Axı kim də bilməsə Sülhəddin Əkbər bunların hamısını yaxşı bilir!. Amma sən bu qiyamı həyata keçirən qüvvələr haqqında bir kəlimə söz demirsən, əksinə bəzi başqa məsələlərdə dolayısıyla onlara bəraət qazandırırsan. Üstəlik də xalqın iradəsiylə formalaşmış milli demokratik hakimiyyətə hücumlar edirsən. Bu məqbul mövqe deyil. Bir siyasətçiyə, özünü milli demokratik dəyərlərə bağlı elan siyasətçilərə yaraşan bir yanaşma deyil. Faktiki olaraq hədəfə Əbülfəz Elçibəyi gətirib, bu da heç bir şəkildə yol verilən bir hal olmamalıydı. Elçibəyi guya Rusiyaya bağlı adam kimi təqdim etmək heç bir şəkildə həqiqətə uyğun deyil. Bu çox böyük hörmətsizlikdir. Bu hamımıza hörmətsizlikdir”.
Oqtay Qasımov mövzuyla bağlı “Azpolitika” saytına müsahibəsində deyib ki, Sülhəddin Əkbərin Elçibəyə təqdim etdiyi agent siyahısında cəmi iki nəfərin - Pənah Hüseynlə İsa Qəmbərin adları olub: “Bu, elə də qapalı məsələ deyil. Sülhəddin bəy zamanında mətbuatda bu haqda fikirlər işlədib, amma sonradan bunları təkzib edib. Prezidentə gedib deyirsən ki, bu adamlar agentdir. Həmin adamlar da sənin nazir təyin olunmağını təklif edir. Amma Əbülfəz Elçibəy bunu qəbul etmir. Əsas məsələ də budur. Sizə deyim ki, Sülhəddin bəyin son müsahibəsində tarixlə, faktlarla və hadisələrlə bağlı bir sıra anlaşılmazlıqlar var”.
Pənah Hüseyn Oğuz TV-yə müsahibəsində təxminən 2010- cu ildə Sülhəddin Əkbərlə fərdi görüşünün olduğunu bildirib: “ S. Əkbər dedi ki, bu barədə prezidentə məlumat verib. Bu onun vəzifəsidir. Mən də əlbəttə ki, qane oldum. Bildirmişəm ki, əgər Sülhəddin bəyə hər hansı məlumat daxil olubsa və o bunu araşdırıbsa burada hansısa kriminal əməl görmür”.
1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri işləmiş deputat Fazil Mustafa da mövzuya biganə qalmayıb. F. Mustafa feysbukda qeyd edib ki, ümumiyyətlə arxivləri açmaq ağıllı yol deyil:
“Bu üç nəfəri ifşa, beş nəfəri sıradan çıxarmaq üçün müharibə gedən ölkədə böyük qarışıqlıq yaratmaq demək idi. Əbülfəz Elçibəyin arxivlə bağlı heç bir problemi yox idi. Açılsa nə olacaqdı ki? Onsuz da, Elçibəyin məhkəməsində bəzi məqamlar açıldı, bu məlumatlar kitabda da çap olundu. Onun özü ilə bağlı guya nə açıla bilərdi ki? Elçibəy hər hansı bir kənar ölkənin marağını təmin edən olsaydı elə hakimiyyətə gələndə Rusiyanın maraqlarını təmin edərdi də... Daha onun nəyinə lazım idi ki, Yeltsinlə mübahisə etsin? Və yaxud nəyinə lazım idi ki, İranla mübahisəyə girsin? Əgər maraqları təmin edirdisə, davam edər və hamı ilə yaxşı münasibət qurardı da. Məncə, bunların hamısı boş şeylərdir. Problem daha çox dünyagörüşü ilə bağlı məsələ idi, ideoloji kurs hakimiyyəti saxlamağa yetərli deyildi. İdeoloji kurs hakimiyyəti saxlamaq üçün yaramırdı.
Bu ideologiya ilə hamı ilə düşmən olmalı idin. Bunu dəyişmək lazım gəlirdi, amma transformasiya baş vermədi. Məsələn, Heydər Əliyev kimi bir adam başa düşdü ki, Kommunist partiyası bitdi. Odur ki, yeni dövrə adaptasiya etdi, yeni dövrün adamı olmağı bacardı. Elə bacardığına görə də, prosesi uddu. Amma bizimkilər, özümüzün uydurduğumuz, düşündüyümüz və ya qəbul etdiyimiz münasibətlərdən kənara çıxa bilmədik və hesab etdik ki, bu, doğrudur. Türkiyədən başqa bir dövlətə üstünlük verə bilmədik. Sözsüz ki, Türkiyə bizim qardaşımızdır, amma hamı ilə normal münasibətlər, ətrafla qonşuluq əlaqələri saxlamağa məhkum idik. Həmçinin erməni məsələsində ermənilərlə savaş düşüncəsindən çıxmalı, buna daha geniş aspektdən baxmağı bacarmalı idik. Amma bu düşüncələrimizdən çıxa bilmədik. Budur problem”.
AXC Ali Məclisinin sədri çalışmış Arif Hacılı isə ittihamlara feysbuk səhifəsində geniş cavab verib. A. Hacılı qeyd edib ki, Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu:
“İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma, son günlərdə dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu.
MTN nazirinin 1-ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil.
1991-ci ildən Bakıda evi olmayan Milli Məclis üzvlərinə Moskva otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu.
Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan H. Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H Əliyev buna razı olmamışdı.
O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi.
Həm də MTN naziri olarsa Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi.
1992-ci il 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik.
Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İskəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi.
İskəndər Həmidovun DİN naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş Prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki, hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi.
MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı.
Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi.
İskəndər Həmidov açıq şəkildə etiraz etdi.
Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi.
Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi.
Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını təklif etdim. Etiraz olmadı. Eyni zamanda təklif etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun.
Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir”.
Müsavat başqanı vurğulayıb ki, 15 may məxməri inqilabı haqqında öz rolu barədə dedikləri də həqiqətə uyğun deyil: “Mütəllibovun Şuşanın işğalından istifadə edərək hakimiyyətə qayıtmasına qarşı mübarizə AXC-də vahid mövqe idi. Hələ mayın 13-də əgər 14 may sessiyasında belə cəhd olarsa, AXC-nin bununla barışmayacağı, konstitusiyanı müdafiə hərəkatı başlayacağı barədə ilk qərarımız olub. Həmin gün AXC Ali Məclisinin sədri kimi mənim və AXC İcraiyyə Komitəsinin sədri Pənah Hüseynin AXC qərargahında mətbuat konfransımız oldu. Həmin qərarımız bu mətbuat konfransında elan edilib. Bu mətbuat konfransı barədə məlumat o dövrün əksər mətbuat orqanlarında, eyni zamanda beynəlxalq mətbuatda geniş yayılıb.
Mayın 14-də AXC qərargahında AXC Rəyasət Heyəti, AXC İcraiyyə Komitəsi və deputat blokumuzun birgə iclası keçirilib. İclasa mən sədrlik edirdim. Orada Konstitusiyanı müdafiə hərəkatı elan edildi. AXC qərargahı qarşısında fasiləsiz mitinqlərə başlanması və 15 may günü qərargah qarşısından Ali Sovet üzərinə yürüş edilməsi barədə qərar qəbul olundu.
30-40 nəfərədək hərəkat liderlərinin iştirak etdiyi bu toplantıda yalnız 3 nəfər bu qərarın əleyhinə səs verdi. Sülhəddin Əkbər deyir ki, həmin dövrdə artıq AXC üzvü deyildi.
Hətta AXC üzvü olmayan bir şəxsin AXC-nin qəbul etdiyi qərarı öz adına bağlaması absurd deyilmi?
O dövrdə mətbuat konfransları keçirilib, AXC qərargahı, Ali Sovetin binası qarşısında, Azərbaycan televiziyasında hərəkat liderlərinin çoxlu çıxışları, çağırışları olub. Onun bu məsələlərdə hansısa xüsusi fəallığını xatırlamıram”.
A. Hacılı vurğulayıb ki, MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil: “Çünki, hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil. Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır. Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı.Əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur”.
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır? (İDDİA)
2 aprel 2024 10:43
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu - Yenilənib
26 fevral 2024 21:09
- İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
14 fevral 2024 20:46
- MİLLİ AZADLIQ HƏRƏKATI HEÇ VAXT OLMAYIB
29 yanvar 2024 22:51
- Rauf Arifoğlu 2003-cü ildəki olaylardan yazdı...
17 oktyabr 2023 20:55
- Allahın Azərbaycan şeirinə verdiyi Salam...
10 avqust 2023 17:40
- Habil Vəliyev 50 yaş - YUBİLEY...
30 may 2023 18:40
- Sabiq nazirdən AXC hakimiyyəti barədə ŞOK açıqlama -Qarabağı verənlər
10 may 2023 12:10
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20