Pandemiyadan sonrakı dünyamız
Azərbaycan Dillər Universitetinin
Fəlsəfə və ictimai elmlər kafedrasının
dosenti, i.f.d. Şəfəq Hüseyn qızı Abdullayeva
Hal-hazırki dövrdə pandemiyadan sonra dünyanın necə olacağını düşünməmək mümkün deyildir. Lakin bu gün proqnoz vermək çox çətindir.
Dünya ölkələrində səhiyyə, təhsil, mədəniyyət, iqtisadiyyat, ümumilikdə insanların həyat tərzi necə dəyişəcək?
Dünya bu böhrandan dərs ala biləcəkmi?
Əgər belədirsə, nə olacaqdır? Koronavirus pandemiyası səbəbindən iqtisadi tənəzzülün əsas hadisə sayıldığı bir vaxtda, analitiklər bərpa prosesi haqqında proqnozlar verməyə başladılar. Hamı güman edir ki, 2-ci yarım ildən başlayaraq hər şey iri templərlə inkişaf edəcəkdir. Lakin çətin ki, böhrandan əvvəlki vəziyyətə qayıtmaq bir çox ölkələrə müyəssər olsun.Koronavirus pandemiyası dünya siyasətçilərində təkcə səhiyyə sistemlərin fəaliyyətinin effektivliyi deyil, həm də müxtəlif dövlətlərin hökumətlərinin iş keyfiyyətinin qiymətləndirilməsi meyarları barədə suallar yaratdı. Son bir ayda politoloq və iqtisadçılar pandemiya bitdikdən sonra dünyanın necə görünəcəyi və bu vəziyyətdən necə çıxacaqlarını fəal şəkildə müzakirə edirlər. Əgər iqtisadi nəticələr artıq nisbətən aydındırsa - milli iqtisadiyyatların azalacağı, istehsal və istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyi, kiçik və orta sahibkarlığın ən çox vurulacağı gözlənilirsə, pandemiyanın siyasi təsirləri o qədər də proqnozlaşdırılmır.
Bütün bu müzakirələrdə əsas məsələ dünyanın gələcəyidir.
Siyasi sistemlərin ilk şok reaksiyalarından sonra dünya iki əsas təcrid yolunu tutdu. Birincisi - birliklər daxilində müttəfiqlik əlaqələrinin nə qədər yaxınlığı və sıxlığı aydın oldu. Bir millətçilik strukturu olan Avropa, ayrı-ayrı dövlətlərin hərəkətləri qarşısında bir sıra məğlubiyyətlərə düçar oldu. İkincisi, ayrı-ayrı ölkələrdə hökumətin səmərəliliyi məsələsidir. Təcrübə göstərir ki, güclü hakimiyyəti olan mərkəzləşdirilmiş dövlətlər pandemiya təhlükəsinə tez və əlaqələndirilmiş cavab verdi.Bir çox analitiklərin fikrincə COVID-19 pandemiyası bitdikdə bəzi ölkələrdə müxtəlif sahələr böyük uğursuzluğa düçar olacaqdır.
Lakin “Goldman Sachs” və “Morgan Stanley” investisiya banklarının analitikləri, sürətli bir iqtisadi inkişafa ümid edir. Onların fikrincə ən pis vəziyyət artıq geridə qalıbdır.
Lakin reallıq da budur ki, koronavirusdan sonra dünya heç vaxt əvvəlki kimi olmayacaqdır. Pandemiyanın zərər vurduğu bir sıra sahələrdən fərqli olaraq banklar 2008-ci ildəkindən daha yaxşı vəziyyətdədir. Lakin maliyyə sisteminə yönəlmiş istənilən siyasi addım tənəzzülə səbəb ola bilər. Çünki mövcud vəziyyət təkcə maliyyə sektoru ilə əlaqəli deyildir. Mərkəzi Bankların sürətli köməyi ilə maliyyə sektorunda artan problemlərin qarşısı alınır. Buna görə də birjalarda sürətli bir “ralli” müşahidə edilibdir. Qiymətlərin sürətlə artaraq yüksək həddə çatmasına baxmayaraq, qısa müddətli eniş riski də vardır. Lakin ilin ikinci yarısından etibarən riskli aktivlərin artımını təmin edəcək iqtisadiyyatın və korporativ mənfəətin yaxşı bir bərpası gözlənilir. Dünya iqtisadiyyatında məhsul buraxılışının maksimum azalması 2008-2009-cu illərdəki maliyyə böhranı ilə müqayisədə 5%-dən çox olmasına baxmayaraq, böhrandan əvvəlki səviyyəyə qayıtmaq təxminən 2 dəfə çox vaxt aparacaqdır. Bu prosesin 2021-ci ilin 4-cü rübündə başa çatacağı proqnozlaşdırılır. 2020-ci ildə dünya iqtisadiyyatında məhdudlaşdırma siyasəti istehsaldan xidmətə qədər bir çox sahəni ciddi şəkildə çətinləşdirir. Analitiklərin fikirincə, inkişaf etmiş ölkələrdə bu il 6,1%, gələn il isə cəmi 4,5% azalma gözlənilir. Altı ay ərzində müəyyən gəlir əldə olunsa da, bəzi müəssisələrin iflas etməsi bir çox problemə - işsizlikdən bankın balans hesabatındakı mənfi borclara qədər yol aça bilər.Bir çox analitiklər hazırkı tənəzzülü iqtisadi tarixdəki ən sürətli olduğunu qeyd edirlər. Dünya iqtisadiyyatındakı vəziyyətlə əlaqəli olaraq ikinci rüb bir çox investorlar üçün acınacaqlı olmuşdur. Lakin son zamanlar ABŞ və Avropa ölkələrində koronavirusdan əziyyət çəkənlərin və virusa yoluxanların sayının artması azalır ki, bu da investorlara inam verir. Qərb ölkələrindəki istehlakçıların və maliyyə şirkətlərinin borcu bu dəfə 2008-ci il böhranından əvvəlki vaxtlarda olduğundan xeyli azdır. Düzdür, Çin nümunəsi göstərir ki, müəssisələr karantin zamanı itirdiklərini qaytarmaq üçün artıq 24 saat işləsələr də, istehlakçılar ehtiyatlı olmağa davam edirlər. Bu da tələb və iqtisadi fəallığı məhdudlaşdırır. Nəticə olaraq istehlakçı xərcləri də azaldılacaqdır. Pandemiya dövrü bir çox inkişaf etməkdə olan ölkələrin asılı olduğu əmtəə qiymətlərinin, ilk növbədə neftin ucuzlaşmasına təsadüf etdi. Analitiklər düşünürlər ki, 2020-2021-ci illərdə neftin bir barel qiyməti təqribən 35 dollar olacaqdır. Sonralar 45 dollara qədər artacaqdır. Bundan əlavə, pisləşmə halı da mümkündür: İkinci rübdə təklif və tələb arasındakı disbalans gözlənilməz olacaqdır. Brent neftin qiyməti 17 dollardan aşağı düşə bilər. Neftin qiymətinin aşağı olması onu ixrac edən ölkələrdə büdcə gəlirlərinin azalmasına səbəb olacaqdır. Həmçinin, qeyri-neft sektoruna çəkilən xərclər də azaldılacaqdır. Buna görə iqtisadi artım tempi də zəifləyəcəkdir. Analitiklərə görə ən yaxşı vəziyyət inkişaf etməkdə olan Asiya ölkələrində olacaqdır. İnkişaf etmiş ölkələrdə 2021-ci ildə artım sürəti 2020-ci ildəki eniş miqyasını kompensasiya etməsə də, Asiyada tənəzzül olmayacaq (bu il artım 1%) və bərpa daha sürətli olacaqdır (sonrakı 8,5%). Çin 1,2% yüksəldikdən sonra 9,2%, Hindistan 1,9% artdıqdan sonra 7,4% əlavə edə bilər.2021-2027-ci illər üzrə təklif olunan 1,85 trilyon avroluq büdcədən əlavə Avropa Komissiyası pandemiyadan sonra 7 il müddətində Avropa ölkələri iqtisadiyyatının bərpası üçün əlavə olaraq 1,3 trilyon avro xərcləməyi təklif edir.Avropa Komissiyasının proqnozlarına görə 2020-ci ildə Avropa İttifaqı iqtisadiyyatında 7,7%-lik geriləmə olacaqdır. İkinci pandemiya dalğası olarsa, bu göstərici 16%-ə yüksələ bilər.COVID-19 böhranının dağıdıcı iqtisadi və tibbi təsirini nəzərə alsaq, indi əsas prinsip “iqtisadi çapıq”ın düzəlməsini təmin etməkdir. Fərdi və korporativ iflasların sayının azalmasını, insanlar öz tələbatlarına görə pul xərcləyirlər və s. bütün bunlar əsas götürülməlidir. Epidemioloji əyrinin səviyyəsini tənzimləmək üçün lazım olan karantin növünə subsidiya vermək imkanı da nəzərdən keçirilməlidir. Asiya İnkişaf Bankının məlumatına görə pandemiyanın verəcəyi ziyan xəstəliyin dünya ölkələrinə yayılmasından asılı olaraq 9 trilyon dollar və ya dünya üzrə ÜDM-nin 11%-ni təşkil edə bilər. BVF-nun məlumatına görə, 2020-ci ildə dünya iqtisadiyyatı 3%, Yaxın Şərq və Mərkəzi Asiyada neft ixrac edən ölkələrin iqtisadiyyatı 3,9%, Azərbaycan iqtisadiyyatı isə 2,2% azalacaqdır.Azərbaycan iqtisadiyyatı Yaxın Şərq və Mərkəzi Asiyada 11 neft-qaz ixrac edən ölkələr arasında pandemiyadan ən az təsirlənən üç ölkədən biridir.Azərbaycan da OPEK-in çərçivəsində neft hasilatını azaldır və neftin aşağı qiymətlərinə görə itirir.
Lakin Prezident İlham Əliyev tərəfindən qeyri-neft sənayesinin sürətli artımı və hökumət tərəfindən effektiv anti-böhran tədbirləri nəticəsində iqtisadi tənəzzülün qarşısı daha effektiv alınır. Sadəcə bunu qeyd etmək olar ki, pandemiya dövründə Azərbaycan digər postsovet ölkələrindən fərqli olaraq daha az iqtisadi zərərdədir. Azərbaycanda pandemiya ilə mübarizə üçün ayrılan büdcə təqribən 3,5 milyard manatdır. Ölkəmizdə böhran əleyhinə tədbirlər vaxtında müəyyən edilmişdir. Həmçinin, manatın sabitliyi üçün 3 milyard manatdan çox valyuta bazarına müdaxilə olunubdur. Postsovet məkanında Azərbaycan hökuməti əsas riskləri öz üzərinə götürərək milli valyutanın sabitliyinin təmin edilməsi ilə yanaşı, makroiqtisadi sabitliyi qorumağı bacardı.
Covid-19 pandemiyasının əhatə miyqasını heç kim təxmin edə bilməz. Buna görə də məhdudlaşdırma siyasəti hazırda proqnozlaşdırıldığından daha uzun çəkə bilər. Belə olduğu halda ciddi maliyyə qeyri-sabitliyi və maliyyə böhranları qaçılmaz ola bilər. Turizm və məhsul bazarlarından asılı olan Tayland kimi ölkələr pandemiyanın yaratdığı iqtisadi böhrandan daha çox təsirlənəcəkdir. Bununla birlikdə, virus 3-6 ay ərzində yox olarsa, iqtisadi bərpa daha sürətli ola bilər.Koronavirusdan zərər görmüş iaşə, nəqliyyat, pərakəndə satış və s. sektorlarda, xüsusilə inkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi məşğulluq daha yüksəkdir. Bu hallar da yoxsul təbəqə üçün daha çətindir. Buna görə də əhaliyə büdcə yardımı proqramları daha geniş və qeyri-şərtsiz olmalıdır. İnkişaf etmiş ölkələrdə işgüzar aktivlik iyun ayının sonlarında bərpa olunmağa başlasa da, sosial məsafəni qorumaq kimi məhdudlaşdırıcı tədbirlər davam edəcəkdir. Buna görə iş fəaliyyətinin normallaşdırılması prosesi bir aydan çox davam edəcəkdir. Nyu-York Federal Ehtiyat Bankı tərəfindən 1918-ci ildə İspan qripi pandemiyasına dair araşdırma göstərir ki, daha sərt karantin tədbirləri tətbiq edən ölkələr mövcud vəziyyətdən tez qurtara bilibdir. Bu vəziyyətdən çıxmaq üçün dünyamızda, ölkəmizdə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə, qadağalara əməl etmək hər bir vətəndaşın borcudur.
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20