Elmira Axundova-Ramiz Mehdiyev cütlüyünün qurbanı...
Firuz Haşımov Elmira Axundova-Ramiz Mehdiyev cütlüyünün qurbanına çevrilib – MÜSAHİBƏ
“Elmira Axundovanın məhkəməsindən heç nə gözləmirəm, çünki Ramiz Mehdiyevin qurduğu Moskvapərəst şəbəkə yerindədir”
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və oğlu Həbib Axundov tanınmış qələm sahibi, qocaman publisist Firuz Haşımovu növbəti dəfə məhkəməyə verib. Və 9 iyun tarixində Bakı Apelyasiya Məhkəməsində işə baxılacaq.
Məhkəmə prosesi ilə bağlı suallarımızı tanınmış ziyalı, publist Firuz Haşımov cavablandırır.
- Mən Fərman Məmmədovu mərhum qardaşı Zakir Məmmədovla yaxın idim, ailəvi dostluq edirdik. Bir dəfə Fərman Məmmədov mənə dedi ki, yarım milyon pulumu Elmira Axundova alıb. Hətta bildirdi ki, ondan başqa bir neçə nəfəri aldadıb. Onda mən demişdim ki, adam Elmira Axundovaya pul verər?
- Neçə il əvvəl olub bu söhbət?
- Təxminən 5 il olar.
- Bəs ondan sonra nə baş verdi?
- Fərman mənə əmi deyirdi. Xahiş elədi ki, köməklik elə Elmira və oğlu pulumu qaytarsın. Mən də o vaxtı qəzetdə bu barədə qısa informasiya verdim. Bu xəbərin çıxması ilə, elə bil bu qadının anasını söydülər. Bildi ki, mənim üstümə gəlmək ona xeyir verməyəcək, çünki mən təmizəm, onda başladı məni məhkəmələrlə hədələməyə. Söhbət uzandı, aldadılan şəxslər nazirə müraciət etdi və s. Elmiranın oğlu Həbib Axundov mənimlə görüşə gəldi, ona məsləhət gördüm ki, mehriban olsunlar, ortaq fikrə gəlib narazılığı aradan qaldırsınlar. Başladı ki, heç nə bilmirəm, sizinlə kriminal dillə danışaram və s.
Mən isə qəzetlərdə məqalələr verirdim. Amma həmin məqalələrdə heç bir təhqirdən söz gedə bilməzdi. Məhkəmədə də vəkillərim onun vəkillərinə üz tutdu ki, Firuz Haşımovun məqalələrində təhqir var, ya yox? Heç bir söz deyə bilmədilər. Bir də gördüm məhkəmə 10 min manat cərimə kəsdi və qərara verdi ki, üzr istəməliyəm. Xətai rayon Məhkəməsində proses zamanı Elmira Axundovanın vəkili əlində tutduğu kitabı hakimin qarşısına qoyanda, hakim kəkələməyə başladı. Baxıb gördüm ki, kitabın üzərində Elmira ilə prezidentin şəkli var. Xətai rayon Məhkəməsinin qərarından şikayətlər edildi və nəhayət Ali Məhkəmədə qərar çıxarıldı ki, Firuz Haşımov 10 min manat cərimə əvəzinə 2000 manat cərimə edilməli, amma üzr istəməməlidir. Ədliyyə sistemindəki gülməli vəziyyətə bax ki, “üzr istəməmək” deməklə yəni mənim günahsız olduğumu bildirirlər, amma 2000 manat cərimə edirlər. 20 ay müddətinə mənim 195 manat pensiyamdan ayda 100 manat pul tutuldu. Ayda cəmi 95 manatla dolandım. Bu rəzalətə dözə bilməyərək hörmətli Mehriban xanıma, prezidentə ard-arda məktublar yazdım. Bildirdim ki, mən ömrüm boyu bu iqtidarı müdafiə etmişəm. Hətta təqiblərə, təhqirlərə məruz qalmışam. Heç vaxt təsəvvür edə bilməzdim ki, dövlətin şərəfini qoruyan adam belə şəxslərin əlində həsir-yesir olacaq. Onda mətbuatda yazdım ki, Elmira Axundova əgər sən prezidentin şərəfini qoruyan adam idinsə, niyə onun şərəfini işsiz qalanda qorumadın? Moskva mətbuatında Heydər Əliyevin üzərinə təqiblər təşkil ediləndə, dalbadal təhqiramiz məqalələr dərc olunanda sən hansı cəhənnəmdə idin? Axı sənin səsin də çıxmırdı. Müstəqillik illərində də Heydər Əliyev ağır xəstə yatanda da onun şərəfini niyə qorumadın? Hətta bu qədər qız-gəlin əsir düşdü, abidələrimiz yerlə yeksan edildi yenə də sənin səsin eşidilmədi. Birdə ki, sənin yazdığın kitabların hamısı xalturadır.
- Növbəti məhkəmə prosesi baş tutacaq. Necə dəyərləndirisiniz hazırki durumu?
- Bu, adamı ələ salmaqdı. Adamda abır-həya olar. Mən o oğlanı təhqir etməmişəm. Elmiranın oğlu təhqirimə də layiq deyil. Elmira Axundovanın oğlu “facebook”da maşın kolleksiyası nümayiş etdirirdi. Çimərliklərdə kef çəkməsini nümayiş etdirən şəkillər paylaşırdı. Sadəcə məqalə vermişdim ki, hər həftə səngərdən neçə əsgərimizin cənazəsi gəlir, analar saç yolduğur, bacılar yas içində olduğu halda sənə kim ixtiyar verib ki, belə bir həyatını “facebook”da göstərib, camaata acıq verirsən? Yazdım ki, belə harın həyat tərzini ayrı-ayrı məmurlar da sərgiləyirlər, bu xəyanətdən də betərdir. Bir də gördüm oğlu da məni məhkəməyə verib, 10 000 pul istəyir. Deməli ana 2000, bala da 10 000 pul istəyir. Rəzalət ondadır ki, Binəqədi rayon Məhkəməsi qərar çıxarıb ki, Firuz Haşımov 10 000 manatı verməlidir. Evimə 3 məhkəmə icraçısı gəlmişdi. Onlar pərtlikdən danışa bilmədilər. Çünki evimdə ancaq iki nəfərin istifadə edə biləcəyi sınıq-salxaq mebel var, bir də kitablar. İcraçılar baxıb xəcalətdən heç nə deyə bilmədilər. Burada bir məqsəd var. Ramiz Mehdiyev çox gözəl bilir ki, mən simsarsızam. Çox gözəl bilir ki, sovet hakimiyyəti dövründə onun qulluq etdiyi üsul-idarəyə düşmən olmuşam. O isə həmin üsul-idarənin o vaxtı da, indi də sadiq əsgəri olub. Ona görə də məndən qisas alır.
- Növbəti məhkəmə prosesindən gözləntiləriniz nədir?
- Ramiz Mehdiyevi işdən çıxartsalar da, onun qurduğu Moskvapərəst şəbəkə yerindədir. Məhkəmədən heç nə gözləmirəm. Çünki Ramiz Mehdiyevin şəbəkəsi ağalarının tapşırığını yerinə yetirəcək. Birinci məhkəmədən sonra ölkə başçısına onlarla məktub yazdım, birinə də cavab verilmədi. Onda başa düşdüm ki, bu qüvvələr bütün məktublarımın qarşısını alıb. Özü də məktublarım ölkə başçısına, xanımına sədaqətlə dolu məktub idi.
- Son vaxtlar bəzi icra başçılarının həbsi və məhkəmə hüquq sistemində də bəzi xoşagəlməz halların yaşandığının dilə gətirilir.Elmira Axundova-Ramiz Mehdiyev haqqında Sizə elə gəlmirmi ki, hakimlər artıq ədalətsiz qərarlardan çəkinəcəklər.
- Məhkəmə sisteminə inanmıram. Ədalətli qərar verəcəklərini gözləmirəm. Bu üsul-idarə ilə eyni havanı almaq günahdı. Bütün zəhmətimi Əli Həsənov kimi insanlar yerə vurdu. Artıq həyatla vidalaşmışam. Müalicəmin dərmanına belə pul tapmıram.
NUH.az
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- 2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu
13 mart 2024 09:30
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Bakı ŞAYBA İDARƏSİ rəisinin 1 milyonluq əmlakına həbs qoyuldu..))
12 mart 2024 12:11
- Bakcell deputatın şirkətini məhkəməyə verdi – Şirkətin 9,4 milyon vergi borcu da var
11 mart 2024 19:19
- Erməni terrorçular 31 türk diplomatını ÖLDÜRÜBLƏR
11 mart 2024 18:20
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır
9 mart 2024 19:33
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41