"Qurub-yaratmaq, qorumaq və inkişaf etdirmək imandandır və milli-mənəvi dəyərdir" - FOTOLAR

Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 79,75 və Elşən Süleymanov küçəsi 53, 55, 57 saylı binaların sakinləri uzun illər qulluq etdikləri ağacların, bitkilərin ara-sıra bilinməyən səbəblərdən məhv edilməsinə etiraz edirlər
Azərbaycanda aparılan düşünülmüş, məqsədyönlü siyasət nəticəsində ölkəmizin hər bir kənd və qəsəbələri, şəhərləri inkişaf edir, gözəl, abad, yaraşıqlı diyara çevrilir. Paytaxt Bakımızın göz oxşayan park və xiyabanları, istirahət mərkəzləri, özündə tarixin izlərini yaşadan qədim tikililəri, gözəl, uca binaları ilə dünyanın bir çox şəhərlərini geridə qoyur. Bu baxımdan paytaxta gələn xarici turistlər, qonaqlar Bakının gözəlliyinə heyran qalırlar. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun iqtisadi, mədəni inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir. Sözsüz ki, görülən uğurlu işlər şəhər sakinlərində olduqca xoş təəssüratlar və məmnunluq hissi yaradır.
Bakı gündən-günə gözəlləşir və inkişaf edir
Bu uğurlu siyasət bu gündə davam etdirilir. Bu gün də Bakı şəhərində geniş miqyaslı quruculuq-abadlıq işləri aparılır, göz oxşayan park və xiyabanlar salınır, müasir üsluba uyğun küçə və meydanlar inşa edilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Bakının inkişafına, gözəlləşməsinə vətəndaşlar da tövfələr verməyə çalışırlar. Şəhər sakinləri yaşadıqları binalarının həyətində müxtəlif güllər, ağaclar əkir, yaşıllıq zolaqları salırlar. Bəzi bina sakinləri təyin etdikləri günlərdə iməcliklər keçirib, həyətlərindəki daşları ağardır, ağacları sulayır, güllərə qulluq edirlər. Elə Nizami rayonu Bəhruz Nuriyev küçəsi 79,75 və Elşən Süleymanov küçəsi 53, 55, 57 saylı binaların sakinləri, o cümlədən stadionun yanında yerləşən 80 nömrəli texniki peşə liseyinin kollektivi də müxtəlif vaxtlarda iməclik təşkil edib, həyətlərində səliqə-səhman yaradan sakinlərdirlər. Amma təəssüf doğuran məsələ ondan ibarətdir ki, sözügedən binaların sakinləri qurub-yaratmağa əmək sərf etdikləri halda bəzi işbazlar stadionun kənarında uzun illər qulluq edilib, yetişdirilən ağacları kəsirlər. Yuxarıda qeyd olunan binaların vətəndaşları bildirir ki, Bakıda şəhər sakinlərinin və turistlərin istirahəti üçün gözəl şərait yaradılır: "Göz oxşayan parklar, istirahət məkanları insanların xoş istirahətinə və rahatlığına xidmət edir. Bütün bunlara görə, Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edir, təşəkkürümüzü bildiririk".
Bu köhnə bir stadionun ərazisi uzun illər baxımsız qalmış, kol-kos, yabanı bitkilər ətrafda arzuolunmaz mənzərə yaratmışdır: "Bina sakinlərinin zəhməti, şəxsi vəsaitləri hesabına ərazi tullantılardan təmizlənərək, müxtəlif çeşidli güllər, ağaclar əkilib, həmin ağacların qulluğu üçün əraziyə sakinlərin təşəbbüsü ilə su xətti çəkilib, yaşlı insanların, uşaqların, gənclərin idmanla məşğul olmaları üçün oksigenlə zəngin olan şərait və imkanlar yaradılmışdır. Uzun illərin zəhməti ilə yaradılan şəraitin nəticəsi olaraq ərazi, bina sakinlərinin, uşaqların, həmçinin həmin məkandan keçən insanların ürəyində xoş duyğular yaradır".
Onu da qeyd edək ki, binaların sakinləri tərəfindən yaradılan bu şərait Nizami Rayon İcra Hakimiyyəti tərəfindən qiymətləndirilərək, xüsusi diqqət olunaraq həmin stadionun ətrafına çoxillik şam ağacları da əkilmişdir və sakinlər tərəfindən həmin ağacların qulluğu hal-hazırda aparılır.
"Xeyirxah addım atılsın və ərazidəki stadion yenidən salınsın"
"Zəhmət hesabına qurulan səliqə-səhmanı, təmizliyi qorumaq hər birimizin mənəvi borcudur" deyən sakinlər onu da bildirir ki, təmizliyin qorunub, saxlanması, ağacların inkişaf etdirilməsinə qulluğun göstərilməsi həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisidir: "Təəssüflə bildirməliyik ki, kimlərsə, qurub, yaratdığımız yaşıllıqları məhv etməyə, ağacları sıradan çıxartmağa çalışır. Ara-sıra yeni əkilmiş bitkilər köklərindən çıxarılır, stadionun dirəkləri tez-tez sındırılır, iri gövdəli ağaclar köklərindən kəsilir. Bir sözlə qəsdən bilinməyən səbəblərdən stadionun yenidən daha da abadlaşmasına süni maneələr yaradılır.
Uzun illərdir qulluq olunan ərazidə gələcək nəsillərin idmanla səmərəli məşğul olunması üçün həmin stadionun yenidən salınması, ətrafında yaradılan yaşıllığın qorunub-saxlanılması və istirahət parkı kimi istifadə edilməsini biz vətəndaşların, sakinlərin zəhmətlərimizi dəyərləndirilməsini xahiş edirik. "Biz çox istərdik ki, hümanist, xeyirxah addım atılsın və abadlaşdırılan ərazi, ölkə vətəndaşının mənəvi rifah halının yaxşılaşdırılması naminə stadion yenidən qurulsun. Ümid edirik ki, aidiyyəti dövlət qurumları tərəfindən bizim istəyimiz düzgün qiymətləndirilib və müvafiq tədbirlər görüləcəkdir".
Hesab edirik ki, sakinlərin, ətrafda yaşayan insanların bu istəklərinin reallaşdırılması aidiyyəti qurumlar üçün çətin olmaz. Ən azı əkilən ağacların qorunması, həmçinin stadionun yenidən qurulması gələcək nəsillər üçün sağlam cəmiyyətin yetişməsi, Bakı şəhərinin simasının daha da gözəlləşməsi, həmçinin ölkəmizin inkişafı və yaşıllaşması baxımından olduqca əhəmiyyətli olar və sakinlərdə xoş ovqat, məmnunluq hissi yaradar.
Rəvan Bağırov
Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 2021 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 2021 18:03
- "Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
22 yanvar 2021 09:52
- Novruz bayramınadək əfv sərəncamı ....
21 yanvar 2021 16:27
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 2021 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 2021 15:24
- Dollar uzunmüddətli ucuzlaşacaq
21 yanvar 2021 10:36
- Şəhidlərin xatirəsi yad olundu - Fotolar
21 yanvar 2021 10:07
- “Karyerdə daş atıb, 10 manat alırdım”
20 yanvar 2021 20:51
- 20 Yanvarın sirləri açılır: Dubinyak və "Qardaşlıq" cəmiyyəti
20 yanvar 2021 13:20
- Azad Rəhimov komaya düşdü – ABŞ-dadır
22 yanvar 22:46
- Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
22 yanvar 22:27
- Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 21:39
- Masallıda Baş həkim həbs edildi
22 yanvar 21:28
- Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili oldum - VİDEO
22 yanvar 19:12
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 18:03
- Fevralın 1-dən kurslar və repetitorlara icazə veriləcək
22 yanvar 15:23
- Dərslər Bakda həftədə 3 dəfə olacaq
22 yanvar 15:08
- Fevralın 1-dən tədris əyani formada bərpa olunur - Rəsmi
22 yanvar 14:33
- Ukraynada matəm elan edildi
22 yanvar 11:04
- Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
22 yanvar 11:00
- Şəmkirdə jurnalisti öldürən şəxs tutuldu
22 yanvar 10:27
- Kanadanın General-Qubernatoru istefa verdi
22 yanvar 10:03
- "Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
22 yanvar 09:52
- Azərbaycan əsgəri MINAYA düşərək şəhid oldu
22 yanvar 09:44
- Şəmkirdə jurnalist öldürüldü - Foto
22 yanvar 09:33
- İcra başçısı bu xanıma yüksək vəzifə verdi
22 yanvar 00:55
- Xarkovda qocalar evi yandı - 15 nəfər öldü
22 yanvar 00:29
- Bakı metrosu və ali məktəblər açılacaq
22 yanvar 00:08
- “Bu tarixdən maska taxmaq ləğv ediləcək”
21 yanvar 17:16
- “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəşt
21 yanvar 17:08
- Novruz bayramınadək əfv sərəncamı ....
21 yanvar 16:27
- Çar II Nikolayın varisi italyan qızla evlənir
21 yanvar 15:42
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 15:24
- Azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı
21 yanvar 15:01
- Paşinyan parlamentin iclasına ZİREHli jiletlə qatıldı - Foto
21 yanvar 14:40
- 2020-ci ildə Azərbaycanda nikahlar yarıbayarı azalıb
21 yanvar 14:21
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 14:08