“AXC iqtidarı Rusiyadan qopma məsələsində çox tələsdi”
1992-1993-cü illərdə Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə “Azadlıq”Radiosuna müsahibəsində AXC hakimiyyətinin Moskva ilə o vaxtkı münasibətləri haqqında maraqlı məqamları açıqlayıb.
Azpost.info bildirir ki, keçmiş səfir Moskva-Bakı münasibətlərinin mürəkkəb olduğunu deyib və bunun səbəblərinə toxunub.
Onun sözlərinə görə, AXC hakimiyyəti ilə Rusiya münasibətlərdə bir sıra səhvlərə yol verdi: “Hakimyyətin böyük hissəsinin fikri bu oldu ki, biz Rusiyadan qopma məsələsində çox tələsdik. Biz gərək Qazaxstan kimi edəydik. Tədricən…”
H.Hacızadə bildirib ki, o vaxt Qazaxstan durmadan Rusiya ilə ittifaq yaradacağını bəyan edirdi: “Nazarbayev hər gün Yeltsini qucaqlayırdı, orden, qonaqlıq verirdi. Özünü elə göstərirdi ki, mən düşmən deyiləm. Bizimkilər isə…”Ay biz türkük, bu dəqiqə türk əsgəri gələcək, sizi elə edəcək, belə edəcək. Sonra NATO gələcək. Bunların heç biri Rusiyanın xoşuna gəlmədi. Sonra da Sürət Hüseynov…Bu böyük səhv idi”.
H.Hacızadə deyib ki, Azərbaycana təzyiq çox böyük idi: “Bizə açıq deyirdilər ki, özünüzü çox müstəqil aparırsınız. Baxın, başınıza bəla açarsız. Kəlbəcərə hucumlar başlayanda belə eyhamlar gəlirdi. Mən bütün bunları Bakıya ötürürdüm”.
Sabiq səfir vurğulayıb ki, münasibətlərin yaranmasında başqa addımlar atılmalı idi: “Gedib Yeltsinin həyat yoldaşının ad gününü təbrik eləmək lazım idi. Zarafatla dedim bunu…Min cür şeylər eləmək olardı. Hər gün demək lazım idi ki, Rusiya və Azərbaycan əbədi dostdur. Diplomatiya işlətəmək lazım idi”.
H.Hacızadə problemin bir kökünü o vaxt Azərbaycanda mövcud olan güclü anturus əhvalında görürb: “Nəyə görə edə bilmədik? O zaman Azərbaycanda güclü antirus əhvalı var idi. Xüsusən 20 yanvara görə. Ona görə Moskva bir balaca addım atan kimi bizdə haray qalxırdı ki, “satıldılar”. Amma lider gərək belə təzyiqə dözə…Cavab tapa…”
Sabiq diplomat bir hadisəni danışıb: “Rusiya ilə Azərbaycan statistik məlumatların mübadiləsi haqqında rəsmi saziş bağlamışdı. Söhbət açıq statistik rəqəmlərdən gedir. Ruslar gətirib verdilər öz statistik məlumatlarını… Dedilər “indi gətirin siz verin”. Mən Moskvadan məktub göndərdim Bakıya ki, yazın göndərin rəqəmləri: Nə istehsal olunur, əhali nə qədərdir. Məktub gəlib Statistika İdarəsinə. Orada isə inqilab başlanır. “Qələt edir Rusiya… Heç bir rəqəm verməyəcəyik”. Axı bunlar açıq rəqəmlərdir. Nə isə, böyük bir qalmaqal düşdü. Rusiyaya heç bir rəsmi məlumatlar göndərilmədi. Rus da başa düşdü ki, Azərbaycan onu düşmən sayır. İndi necə bizi devirməsin? Bu, bir nümunədir… Belə şeylər çox idi”.
H.Hacızadənin fikrincə, diplomatiyamız işləyə bilərdi, amma olmadı: “Biri özüm… Yeltsinin həyat yoldaşının ad günü olanda gül göndərmədim. Cəmiyyət nifrət edirdi Rusiyaya. Bir balaca addım atan kimi hay düşürdü: “Hikməti Yeltsinin qəbulunda gördük. Niyə gedib ora?” Mən axı səfirəm, ora getməliyəm də…”
Keçmiş diplomatın sözlərinə görə, eyni zamanda Qarabağda gedən müharibə, Moskvanın erməniləri dəsətk verməsi vəziyyəti mürəkkəbləşdirirdi: “Amma bütün hallarda dövlətin maraqları naminə addımlar atmaq lazım idi”.
Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirib. 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.
Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olub. 1992-93-cü illərdə Baş nazirin müavini və Azərbaycanın Rusiyada Fövqəladə səlahiyyətli səfiri olub.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:20
- SOCAR Lukoil-dən pul alıb ABŞ banklarına olan 1.3 milyard borcunu ödədi
17 mart 2024 12:27
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20