Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər
Boğaza qədər korrupsiyaya bulaşan, indi isə 3640 manat pensiya alan Tağı Əhmədovu bu günə qədər “qoruyan əl” hər kəsə maraqlıdır. Bu fikirləri oxuyanlar üçün həmin əlin Tağı Əhmədovu nədən və kimlərdən qoruması da maraqlıdır. Bunların hər biri haqda ətraflı məlumat verəcəyik.
Tağı Əhmədovun adı uzun illər ictimaiyyətə Bakı Metropoliten İdarəsinin rəisi kimi məlum olub. Son 5 ildə isə “MTN qurbanı” kimi mətbuatın gündəmindədir. Tağı Əhmədov nə az, nə çox, cəmi 3 milyon manatını “MTN çetesi”nə verdiyini deyib. Öz dili ilə desək, illər boyu aldığı əmək haqqı ilə yığdığı 3 milyon manatı…
Qısa olaraq “Tağı Əhmədov və MTN işi” olayını xatırlayaq. Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən çıxarılandan sonra ölkə gündəmi xeyli qarışmışdı. Hətta Tağı Əhmədova görə paytaxtın bir neçə nöqtəsində günlərlə aksiyalar keçirilirdi. Səbəb isə metro keçidlərindəki mağazaların bağlanması, mağaza sahiblərinin təmir və icarə haqqı üçün ödədiklərini geri ala bilməməsi idi.
Bundan sonra hələ MTN-ə rəhbərlik edən Eldar Mahmudovun göstərişi ilə Tağı Əhmədovun fəaliyyəti təftiş edilib. Tağı Əhmədovun oğlunun metro keçidlərindəki mağazalardan yığdığı pullar, Tağı Əhmədovun mülkləri, banklarda olan nağd pulları bir-bir MTN-in dosyelərində yer alıb.
Amma o zaman MTN-də “ovçuluqla” məşğul olan Eldar Mahmudov generalı Akif Çovdarov vasitəsilə bu fürsəti əldən verməyərək Tağı Əhmədovu da öz qurbanına çevirib. Tağı Əhmədovun dediyinə görə, onu oğlunun başına torba keçirməklə hədələyib 3 milyon manatını alıblar.
Akif Çovdarov həbs ediləndə də əsas zərərçəkmişlərdən biri kimi Tağı Əhmədov tanınmışdı. Tağı Əhmədov ilk ifadəsində olduqca özgüvənli, iddialı danışaraq 3 milyonu tələb etsə də sonradan fikrini dəyişmişdi və ya fikrini dəyişmişdilər…
Kamandar Nəsibov
Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyir ki, mətbuata qapalı keçirilən məhkəmə prosesində Tağı Əhmədov 3 milyonu necə və hansı şərtlə verdiyini izah edə bilməyib. Əksinə, Tağı Əhmədov həmin ifadəsi ilə özünü daha çıxılmaz vəziyyətə salıb. Daha sonra da Akif Çovdarovun üzünə durmağı məsləhət bilən adamın yeni məsləhəti ilə 3 milyondan vaz keçib…
Tağı Əhmədov niyə həbs edilmədi və cəzalandırılmadı?
Sabiq metro rəisinin əmlakları, vəzifədə olduğu müddətdə topladığı nağd pullar sıradan bir adamın dili ilə yox, şəxsən bunu sənədlərlə araşdırmış MTN generalı AKif Çovdarovun dili ilə ictimaiyyətə açıqlanmışdı. Bundan başqa, Akif Çovdarov Tağı Əhmədovun illərlə metro rəisi olan zaman yol verdiyi korrupsiya faktlarını, cinayət əməllərini də açıqlamışdı.
Həbsdəki general Tağı Əhmədovun o zaman metroda gediş haqqı kimi istifadə edilən jetonlardan hər beşindən birinin onun cibinə getdiyini demişdi. Bundan başqa, Akif Çovdarov deyirdi ki, Tağı Əhmədov Moskvadan aldığı köhnə qatarları rəngləyib dövlət büdcəsindən hər qatar üçün 120 min manat silirmiş. Halbuki bu məbləğ cəmi 30-40 min manat imiş.
Amma bütün bunlara baxmayaraq, nə oldu? Tağı Əhmədov cəzalandırılmadı, cinayət məsuliyyətinə cəlb edilmədi.
Akif Çovdarovun vəkilinin səsləndirdiyi “Bunların qarşılığında Tağı Əhmədova dedilər ki, Akif Çovdarovun üzünə dur” fikirlərini inandırıcı qəbul etmək olar. Tağı Əhmədov üzərinə düşəni elədi, onun qara əməllərinin üstündən xətt çəkildi.
Vəkil Kamandar Nəsibov Tağı Əhmədovu idarə edən həmin şəxsin vaxtilə hakimiyyətdə yüksək post tutduğunu, lakin indi vəzifədən çıxarıldığını deyib.
İndi dövlətdən 3640 manat pensiya, YAP rayon təşkilatının sədri kimi 1000 manat və kafedra müdiri kimi 1500 manat maaş alan Tağı Əhmədovun keçmiş əməlləri araşdırılacaqmı?
Bu sualı yenidən aktual edən Akif Çovdarovun azadlığa çıxması, onunla Tağı Əhmədov arasında mətbuat vasitəsilə yaranan qiyabi dialoq oldu.
Mövzu yenidən gündəmə gəlmişkən “Çovdarov və Əhmədov” cütlüyü arasındakı soyuq müharibənin bundan sonrakı gəlişmələri haqda məlumat öyrənməyə çalışdıq.
Məlumatlı mənbə bildirir ki, Tağı Əhmədovun həqiqətən də bu qədər korrupsiyaya, cinayətə bulaşdığı təqdirdə məsuliyyətdən kənarda qalması onu “qoruyan əl”in hökumətdə ən yüksək postlardan birini tutan şəxsin olması idi. Həmin şəxs indi vəzifədə deyil.
“Bu, hər kəsə bəlli olan məsələ idi. Tağı Əhmədov Ramiz Mehdiyevi özünə ağsaqqal bilirdi və MTN işində də onun göstərişi ilə Akif Çovdarovun əleyhinə ifadə verdi. Çünki Ramiz Mehdiyevin heç vaxt MTN rəhbərliyi ilə münasibətləri ürəkaçan olmayıb. Amma artıq bütün bunlar geridə qaldı. Tağı Əhmədov və Akif Çovdarov mətbuat vasitəsilə bir-birilərinə diş göstərsə də hər iki tərəf köhnə dəftərlərin açılmamasının tərəfdarıdır” – deyə məlumatlı mənbə bildirir.
Mənbə əlavə edir ki, Akif Çovdarov həbsdə keçən illərinin qisasını almaq niyyətində deyil: “Bir daha təkrar edirəm ki, hər iki tərəf üçün baş verənlər keçmişdə qalıb. Akif Çovdarov Prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Hətta ölkə başçısına təşəkkürünü və minnətdarlığını da çatdırıb. Bundan sonra adının heç bir mənfi olayda hallanmasını istəməz. Bütün ağıllı adamlar bunu edər. Tağı Əhmədov da “MTN işi”ndə böyük nüfuz itirdi. İndi ona “pensioner vəzifəsi” veriblər. Bacardığı qədər mətbuatdan uzaq qalmağa çalışır. Nə adının hallanmasını istəyir, nə Akif Çovdarovu görmək, nə də bu haqda danışmaq. Tağı Əhmədov onu “qoruyan əl”dən də sükut və barışıq tapşırığı alıb”.
Ancaq mənbə onu da əlavə edir ki, Tağı Əhmədovun əməllərinə hüquqi qiymət verilməməsi də başadüşülən deyil: “Heç şübhə yoxdur ki, ortada xeyli sayda cinayət əməli var. Tağı Əhmədov Akif Çovdarovun fikirlərini təkzib edəcək heç bir fakt ortaya qoya bilmədi. İllərlə metrostansiyalardakı keçidlərdən nağd pullar yığılıb. Bununla bağlı bircə rəsmi sənəd də yoxdur. Tağı Əhmədov elə mətbuata açıqlamasında deyib ki, işçilərinə faizsiz olaraq yardım məqsədilə pul verib, aylıq olaraq geri alırmış. İşdən çıxarılanda bu məbləğ 500 min manat imiş. Hansı ağıllı adam buna inanar? Həmin 500 min manatın aqibəti necə oldu? Tağı Əhmədov metrostansiyaların ətrafında aparılan tikintilər üçün plan satdığını etiraf edib. Aldığı pulu isə əməyinin qarşılığı kimi qələmə verir. Təbii ki, bunları biz yox, lazımi qurumlar da bilir. Amma Tağı Əhmədov yenə də qorundu”./musavat.com/
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Sarımsağın bu ZİYAN-larını bilirsiniz?
22 mart 2024 20:04
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06