Nəriman Nərimanovun 150 illik yubileyi
Mədəniyyət19 aprel 2020 14:57
2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Tanınmış yazıçının 150 illik yubileyinin qeyd edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında ədibin 150 illik yubileyi ilə bağlı Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Nəriman Nərimanov haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında geniş məlumat yer alıb, onun həkimlik və siyasi fəaliyyətinə nəzər salınıb, ədibin həyatına dair maraqlı sənədlər və faktlar öz əksini tapıb.
Bölmənin hazırlanması zamanı bir sıra mənbələrə, kitablara istinad olunub, Azərbaycan alimlərinin əsərlərindən, xüsusi ilə Həsən Həsənovun "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” kitabından istifadə edilib.
Bölmədə Nəriman Nərimanovun Azərbaycan xalqı, türk dünyası qarşısındakı xidmətləri, Bakıda, sonra isə Moskvada çalışarkən Türkiyəyə rəğbəti və göstərdiyi dəstək sənəd və mənbələrə əsaslanaraq öz əksini tapıb.
Məlumat bazasında ilk dəfə olaraq "Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi” adlı xüsusi bölmə yaradılıb. Bu bölmədə erməni millətçilərinin Qərbi Azərbaycan torpaqları olan İrəvan mahalı, Zəngəzur, Dərələyəz, Göyçəyə, habelə Dağlıq Qarabağa, Naxçıvana əsassız iddiaları və bu işğalçılıq siyasətinə dair Nəriman Nərimanovun mübarizəsi haqqında məlumatlar verilib.
Bölmədə ədibin əsərləri, hikmətli sözləri, onun haqqında çəkilmiş filmlər haqqında da məlumat verilir.
"N.Nərimanovun irsinin öyrənilməsi və xatirəsinin əbədiləşdirilməsi” adlı bölmədə N.Nərimanov irsinin araşdırılmasının Stalin dövründə qadağan olunduğu, bu barədə əhatəli tədqiqat əsərlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldığı vurğulanır, xatirəsinin əbədiləşdirildiyi bildirilir.
Qeyd edək ki, paralel olaraq Azərbaycan dilli bölməsinə də yeni məlumatlar daxil edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Oxşar xəbərlər
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya