Hər gün ölüb, dirilirəm – Jurnalist yazır
Ülvin Məhəmməd
“İşə çıxıb “Evdə qal” deməyə nə var ki… Nə vacibdir, işə çıxırsan? Mənim kimi sən də evdə qal”. Bu fikir cəmiyyətdə tez-tez səslənir. Hətta televiziya efirlərindən hansısa aparıcının, sənət adamının “Evdə qal” deyərək vətəndaşlara çağırış etməsi, sanki evdə qalanlarda qıcıq yaradır. Çünki evdə qalan və bu vaxta kimi günəmuzd işləyərək evinə bir tikə çörək aparan şəxs fikirləşir ki, “mən evdə büdcəmdən yeyim, əlavə gəlirim olmasın, amma televiziyaya çıxan şəxs işini görsün və ayın sonunda tam əmək haqqını əldə etsin.
Bir tərəfdən haqlı irad kimi qəbul edilə bilər. Lakin bəzi məqamları düşünmək lazımdır. Təsəvvür edin, polislər, həkimlər, FHN işçiləri, nəqliyyatın hərəkətinə cavabdeh qurumlar və, və, və.. nəhayət televiziya, mətbuat işçiləri də evlərində oturub. Hərçənd ki, qeyd etdiyim sahənin əməkdaşları öz həyatları ilə yanaşı ailələrinin də həyatını riskə ataraq işə çıxmaq məcburiyyətindədirlər. Təsəvvür edirsinizmi, bu sahənin işçiləri işə çıxmır və bu zaman nə baş verər?
Həkimlərin fəaliyyəti hər birinizə məlumdur. Onlar həyatlarını riskə ataraq xəstələrin başı üzərində durmağı özlərinə vəzifə borcu bilirlər. Hələ polis əməkdaşlarını demirəm. Gecə-gündüz yağış, soyuq, külək bilmədən növbəli şəkildə xidmət aparırlar. Amma bununla belə sənin də, mənim də yaxınımız məsuliyyətsiz davranaraq küçəyə çıxmağa cəhd edir. Ta fikirləşmir ki, polisin küçədə növbə çəkməsi bizim sağlamlığımız üçündür. Biz bir vətəndaş olaraq məsuliyyətli olsaq, karantin qaydalarına əməl etsək, hansısa peşə sahiblərinin əziyyət çəkməsinə şərait yaratmarıq.
Həftə sonu yaşadığım binanın pəncərəsindən ətrafı müşahidə etmək imkanım vardı. Deməli, bir polis nəfəri və daxili qoşunların iki əməkdaşı bütün günü piyada şəkildə küçə-küçə gəzərək küçədə olan vətəndaşları evlərinə getmələrinə, karantin qaydalarına əməl etməyə səsləyirdi. Bəzən polis əməkdaşını görən şəxslər bloklara girir, polis gedən kimi küçəyə çıxır. Bu, nə məsuliyyətsizlikdir? Sanki belələri elə anlayır ki, virusu polis yayır və ona görə də polisdən qaçır. Ay camaat, bir qədər məsuliyyətli olaq, polis bizim saxlamlığımız üçün deyir.
Hazırki dönəmdə polislərin, həkimlərin boynuna böyük yük düşüb. Eyni yük mətbuat, televiziya işçilərinin da boynundadır. Onlar da siz tamaşaçı və oxucuları informasiya ilə təmin etmək üçün özlərini oda-közə vururlar. İnanın mənə indiki vəziyyətdə heç kim istəməz ki, evindən çıxıb özünü koronanın ağzına atsın. Daha doğrusu koronanı ağzına atsın. Bu, minnət deyil, sadəcə bu peşə sahiblərinin vəzifə borcudur. Vəzifə borcudur ki, insanlarımız sağlam qalsın və cəmiyyət vaxtında lazımi informasiya ilə təmin olunsun.
Bir televiziya işçisi olaraq elə bilirsiniz hər gün işə gəlmək mənə asandır. Mənim də ailəm, övladım, yaxınlarım, dostlarım var. İstəmərəm ki, həm özümün, həm də mənə görə kiminsə həyatı təhlükə altına atılsın. Ona görə də, maksimum səviyyədə qorunmağa çalışıram. Amma hər gün səhər televiziyanın binasına daxil olarkən mühafizəçinin temperaturumu yoxlaması zamanı keçirdiyim stressi heç kimə arzulamıram. O stressi ki, təxminən 10-15 saniyəlik yoxlama müddətində bütün həyatım, doğmalarım, iş yoldaşlarım gözümün önünə gəlir. Bu yoxlanış mənə bir imtahan kimi çətindir. Elə ki, elektron termometr alnımdan üzaqlaşdı, ürəyim döyünür, daxilim qaynamağa başlayır, ta ki ekranda rəqəmi görənə kimi. Bu yoxlama müddəti hər gün məni öldürüb və bir daha dirildir. Düzdür, ölümün gözünə dik baxmaq lazımdır, deyilib. Amma belə ucuz ölümü özümə və heç kimə arzulamıram.
Bəli, bu vəziyyətlə həftə içi hər gün üzləşmək və digər təhlükəsizlik tədbirləri görmək, səhərdən axşama kimi, tibbi maskada işləmək, özündən və ətrafında olan iş yoldaşlarından belə ehtiyat etmək insanı mənən üzür. Hələ bu işin harasıdır. Çəkilişlərə getmək, xəstəsi, sağlami ilə ünsiyyətdə olmaq, düşünüldüyü kimi asan deyil. Və bəzən bilirsən ki, qarşındakı potensial xəstədir və ehtiyatlı olmasan hər dəqiqə Covid-19-a yoluxa bilərsən. Bütün bunlar isə insanı düşündürür: bir tikə çörəyim olsun, amma canım sağ, ailəmin yanında olum.
Yuxarıda qeyd etdiyim kimi fikirləşən insanlar bilməlidir ki, biz mətbuat, televiziya işçilərinin efirdən "Evdə qal" deyərək çağırış etməyimiz sizin və bizim, bütövlükdə Azəraycan xalqının sağlamlığı üçündür. Vəziyyətin ağır olduğununun hər birimiz fərqinə varmalıyıq. Biz heç kimə ağıl öyrətmək fikrində deyilik. Sadəcə olaraq evimdə duz-çörək yeyərək təhlükəsiz şəkildə oturmağı daha üstün bilirəm. Amma necə ki, həkimlər hazırki dönəmdə iş başındadır, zərurət olan sahələr də həmçinin, biz də eynən. Ona görə də qınamaqdansa, canınımızın qeydina qalsaq yaxşıdır. Çətin günün ömrü az olar, cənablar.
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47