Azərbaycan ziyalıları Mübariz Mənsimova görə Ərdoğana müraciət etdi - MƏTN
Azərbaycanın bir qrup ziyalısı Türkiyədə həbs olunan iş adamı Mübariz Mənsimovla bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müracət edib.
Bu barədə iqtisadçı ekspert, professor Qubad İbadoğlu məlumat verib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli cənab Prezident!
Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan "Palmali" şirkətlər qrupu 2018-ci ildə “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən "Palmali" şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır.
Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.
Möhtərəm cənab Prezident!
Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki Mübariz Mənsimovun barəsind həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Əhmədov Anar, ABŞ-ın Minnesota Universitetinin professoru, riyaziyyat elmləri doktoru
Əsgərov Əli , ABŞ-ın Şimali Karolina Universitetinin professoru
Behrudi Rüstəm--Mahmud Kaşqari adına beynəlxalq mükafat lauratı, Türk dünyası uluslararası şeir festivalının altun mükafatınıın (böyük ödül) sahibi, şair-filosof
Əzimov Hacıbaba, Tarix elmləri doktoru, professor, İstiqlalçı millət vəkili, müstəqillik aktının müəllifi
Həsənli Cəmil, ABŞ-ın Vudro Vilson Mərkəsinin araşdırmaçısı, tarixçi professor
İbadoğlu Qubad, ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru
Ismayilov Hüseynalı, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmlari doktoru
Qeybulla Adil, tibb elmləri doktoru, professor
Məhərrəmli Qulu, professor, qəzetçi
Məmmədov Saleh, iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri
Veli Kamil, prezident Elçibəyin köməkçisi, Türkiyə Cümhuiyyətinin Ləyaqət və Şərəf nişanı almış alim, professor, Cingiz Aytmatov akademiyasinin akademiki
Şahtaxtinski Tofiq , texnika elmləri doktoru, professor
Yaqublu Nəsiman, tarix elmləri doktoru, professor “Məhəmməd Əmin Rəsulzadə” Mərkəzinin sədri"
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41