Vüqar Səfərlinin son günləri: Çemodanı yığılıb
Müsahibə20 mart 2020 20:42
Prezidentin sabiq köməkçisi Əli Həsənov istefaya göndəriləndən sonra ona yaxınlığı ilə tanınan adamların fəaliyyəti tədricən arxa plana keçdi. Həsənova bağlılığı şübhə doğurmayan KİV-lərin bir-birinin ardınca sıradan çıxması ölkənin mətbu mühitində yeni mənzərə yaratdı.
Yenisabah.az xəbər verir ki, məşhur "trol dəstəsi”nin ifşası bu prosesi bir qədər də sürətləndirdi. Yaxın vaxtlaradək Həsənovçu kimi tanınan adamlar keçmiş şöbə müdiri ilə məsafə saxlamağa başladılar. Martın 10-da 60 yaşını qeyd edən Əli Həsənovun yalnız bir qrup sıravi juranlist tərəfindən təbrik edilməsindən sonra Azərbaycanda onun adıyla bağlı dönəmin başa çatdığına heç bir şübhə qalmadı.
Əli Həsənovun istefaya göndərilməsindən sonra "ulduzu sönən” adamlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlidir. Mətbuata ayrılan pulları uzun illərdən bəri havaya sovurmaqla məşğul olan icraçı direktorun yol üstündə olduğu bildirilir. Öz postunu qorumaq üçün ağlasığmaz üsullara əl atan Səfərlinin bütün cəhdlərinin boşa çıxdığı söylənilir. Sözsüz ki, bura ilk növbədə Həsənovlara məxsus olan "Kaspi” qəzetinə KİV Fondu tərəfindən ayrılan vəsaitin dayandırılması daxildir. Amma mətbu sferada şok effekti yaradan bu qərar belə Vüqar Səfərlinin karyerasını təhlükədən xilas edə bilməyib. Öz hamisinin kürəyinə ilk fürsətdə xəncər saplayan icraçı direktorla heç kimim işləmək istəmədiyi açıq şəkildə ortadadır.
KİV Fondunun lazımsız quruma çevrildiyinə artıq heç bir şübhə qalmayıb. Son vaxtlar bu Fondun demək olar ki, heç bir əməli fəaliyyəti olmayıb. Məlum olduğu kimi, KİVDF-nin bütün fəaliyyəti qəzetlərə pul vermək, fərdi jurnalist müsabiqəsi keçirmək, həmişə eyni adamların iştirakı ilə xarici ölkələrə turist səfərləri təşkil etmək və bayram tədbiri keçirməkdən ibarət olub.
Vüqar Səfərli "oyundankənar vəziyyət”ə salındığı üçün hazırda heç bir səmərəli işlə məşğul deyil. Həmişə Novruz bayramı ərəfəsində elan olunan yazı müsabiqələri bu il keçirilmədi. Novruz şənliyinin keçirilməməsinin koronavirus infeksiyasının yayılmasıyla heç bir əlaqəsi yoxdur. Adətən, bu cür tədbirlərə iki ay əvvəldən hazırlıq görülürdü. Görünür, Səfərli yoldaşa büdcə vəsaitini dağıtmamaqla bağlı xəbərdarlıq edildiyi üçün bu il yumurta döyüşdürmək niyyətindən vaz keçib.
Məlumatlara görə, KİV Fondunun 2020-ci ilə dair fəaliyyət proqramında heç bir səfər nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Vüqar Səfərli daha bir fəaliyyət növündən məhrum olub.
Hazırda KİVDF-nin fəaliyyəti bu qurumdan maliyyə alan qəzetlərin icra etdikləri layihələri monitorinq etməkdən ibarətdir. Bu isə formal xarakter daşıyır və heç bir təsir imkanına malik deyil. Həmin layihələrin başa çatmasına üç-dörd ay vaxt qaldığını nəzərə alanda, Fondun tamamilə lazımsız quruma çevrildiyi anlaşılır.
Hadisələrin inkişafı KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin "yol üstə” olduğunu söyləməyə əsas verir. İTV-nin efirində Səfərlinin və rəhbərlik etdiyi qurumun tez-tez tənqid olunması, Dadaş Dadaşlinskinin müəllifi olduğu "3D” verilişinin qonaq otağında onun axtarışda olan şəxs kimi təqdim edilməsi bu qənaətin tezliklə doğrulacağına şübhə yeri qoymur.
Oxşar xəbərlər
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- Stalinin ataları – osetin, yəhudi, rus, erməni...
11 fevral 2024 13:23
- Vüqar Qurbanovdan yeni təyinat
9 fevral 2024 10:56
- Qanlı xına - Aytac Qayıbova
4 fevral 2024 21:49
- Baş həkim Vüqar Qurbanovu məhkəməyə verir...
27 yanvar 2024 20:13
- Vüqar Qurbanovdan yeni təyinat - Foto
31 dekabr 2023 12:41
- Vüqar Qurbanov baş həkim Rauf Nağıyevi könüllü olaraq işdən ərizə yazıb çıxmağa məcbur edir
21 dekabr 2023 17:18
- Təkcə mən yemişəm 143 milyonu ? - General
2 dekabr 2023 18:51
Xəbər lenti
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
Video & Fotoqalereya
Video
Fotoqalereya