İbadoğludan Siyavuşa hüquq və mərifət dərsi: “Üzr istə!”
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 81% səslə mandatlandırdığı Siyavuş Novruzov yenə aləmi bir-birinə qatıb.
Ovqat.com xəbər verir ki, onun parlament iclasında səsləndirdiyi bəzi fikirlər ictimaiyyətin sərt təpkisinə səbəb olub.
Belə ki, Siyavuş Novruzov çıxışında qaçınları nəzərdə tutaraq deyib: “Dövlət insanlara dədə-babası tikəndən daha yaxşı ev verib”.
Bir deputata yaraşmayan, ölkənin suverenliyini, torpaq bütövlüyünü hansısa qaçqının evlə təmin olunması ilə müqayisə edən bu anlayışa ilk reaksiya ADR Hərəkatının sədri Qubad İbadoğludan gəlib. O, cavab olaraq paylaşdığı facebook statusunda yazıb:
“Əvvala, hüquq doktorunun nəzərinə çatdırmaq istəyirəm ki, Konstitusiyanın 14-cü maddəsinə görə, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Odur ki, məktəblər, bağçalar mənzilə ehtiyacı olan məcburi köçkün, qaçqın, şəhid ailələrinə tikilən evlər Siyavuş Novruzovun nə özünün, nə də dədəsinin pulu hesabına tikilməyib. Korrupsiya potensialı yüksək olan belə tikinti layihələri təbii ehtiyatlar hesabına formalaşan Neft Fondundan maliyyələşib. Məlumat üçün qeyd edim ki, indiyə qədər qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün Dövlət Neft Fondundan 2,5 milyard manatdan çox vəsait ayrılıb.
İkincisi, nə məcburi köçkünlər, nə də qaçqınlar dədə-baba yurdlarında daxmalarda yaşamayıb, əksəriyyətinin işğal olunmuş ərazilərdə qalan evləri ilə müqayisədə indi dövlətin verdiyi daxmaya oxşayır. Onların bir hissəsi hələ də yaşayış şəraiti olmayan yataqxanalarda yaşayırlar. Halbuki, onlar imarətlərini qoyub gəliblər.
Üçüncüsü, məcburi köçkünlər, qaçqınlara ev lazım deyil, torpaq lazımdır. Odur ki, Qarabağ işğaldan azad olunsun, onların böyük əksəriyyəti torpaqlarına qayıdacaq. İllərlə çadırlarda, vaqonlarda yaşayanların bir neçə ildir ki, ilan mələyən dərələrdə, mazut iyi verən gölmələrin yaxınlığında aldığı mənzillər də özlərinə qalar. Ona görə aldığı yazıram ki, həmin evlər də məcburi köçkünlərə pulsuz verilməyib, böyük əskəriyyətindən şirinlik adı ilə rüşvət alınıb, eyni zamanda bu mənzillərin heç birinin mülkiyyət aktı da yoxdur.
Dördüncüsü, canını ölkənin ərazi bütövlüyü uğrunda qurban verən, şikəst olan şəhid ailələri və Qarabağ əlillərinə ev vermək hər bir dövlətin borcudur. Onların da hamısı hələ də evlə təmin olunmayıb. Rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan minlərlə Qarabağ əlilləri və şəhid ailələri hələ də növbə gözləyir.
Beçincisi, əmlak sığorta sistemi mövcud olsaydı zəlzələdən evi uçana, yanğından evi yanan vətəndaşa dövlət deyil, sığorta şirkətləri təzminat verməlidir.
Yekun olaraq onu qeyd edim ki, neft pullarını oğurlayıb özlərinə imarətlər, saraylar, villalar tikənlər, xaricə kapital qaçırıb, biznes quranların da hesabat verməli vaxtı gələcək.
Nəhayət, heç kəsin, özü də dövlətin resursları hesabına təmin olunan deputatın vətəndaşa minnət qoymağa və onu dövlətdən haqq edib aldığına görə aşağılamağa hüququ yoxdur. Odur ki, tələb edirəm ki, Milli Məclisin son iclasında Regional məsələlər komitəsinin sədri vəzifəsinə yenicə təyinat almış Siyavuş Novruzov ilk çıxışında dövlətin sosial proqramlar çərçivəsində ev verdiyi məcburi köçkün, qaçqınlar, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, zəlzələdən və yanğından evləri dağılanların hissiyatına toxunan, onları aşağılayan çıxışına görə üzr istəməlidir”.
“Bərəkallah, sənin məntiqinə!”
Siyavuş Novruzova ikinci sərt reaksiya Qarabağ döyüşçüsü Vaqif Əliyevdən gəlib. V.Əliyev də millət vəkilinə cavabı facebook statusu ilə verib:
“Burdan MM- in deputatı Siyavuş Novruzova səslənirəm! Siyavuş, deyəsən ağır söz eşitmək istəyirsən?! Amma bu dəfə səbrimi basıb bir yumşaq yazacağam. MM - in ilk iclasında məcburi köçkünlərə verilən evləri nəzərdə tutaraq demisən : "Dövlət həmin insanlara dədə - babalarını tikdiyindən də yaxşı evlər tikib verib". Bərəkallah, sənin məntiqinə..."
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- 15 yaşlı ata...
14 fevral 2024 12:43
- Alimpaşa Məmmədov azadlıq yolunda - əmlaklarını necə xilas etdi..
26 yanvar 2024 13:56
- VƏTƏN KEŞİKÇİSİ - ƏSGƏR HEYKƏLİ
9 sentyabr 2023 18:17
- Prezident Gədəbəy hadisələrindən danışdı
11 iyul 2023 22:54
- Rasət Pirisoyu məhkəmə-hüquq sistemindən yazır....
28 aprel 2023 22:33
- Azərbaycan Gürcüstanla quru sərhəddi niyə açmır ?- rəylər
11 aprel 2023 08:47
- Fars şerində ellinist Nizami yetişə bilməzdi - AQŞİN YENİSEY yazır
19 mart 2023 12:42
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31