“Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” -Video
Əməkdar artist, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadənin “Qafqazinfo”ya müsahibəsi:
- Suğra Bağırzadə ictimaiyyətə maraqlı bir xanımdır. Həm floraçı-rəssam, həm aktrisasız. Demək olar ki, hamı sizi aktrisa kimi tanıyır. Lakin floraçı-rəssam kimi sizin haqda elə də çox məlumatlı deyilik. Bu peşəyə maraq necə yarandı?
- Təəssüf ki, məni mühəndis kimi tanımırlar. Çünki hər zaman Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışmışam. Özüm Neft-Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyası fakültəsini bitirmişəm. Ailə qurduqdan sonra bir il Elmi-Tədqiqat İnstitutunda işlədim. Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım. Özünün elmə marağı böyük idi. 7 bacı və bir qardaşım var. Hamımız ali təhsilliyik. Böyük bacımın 86 yaşı var. Bəzilərimiz disertasiya müdafiə edib. Hamı elmlə bağlıdır, mən isə yeganə övladam ki, incəsənətlə məşğul oluram. Valideynin sözünə baxmamaq mümkün deyildi. Atam nə deyirdisə, onu da edirdik. İndi ona çox minnətdaram. Ailə qurduqdan sonra atam mənə qarışmadı. Özüm nə aktyorluq, nə də floristika ilə bağlı təhsil almışam. Uşaqlıqdan səhnədə olmuşam. Aktyorluq işi mənim üçün adi həyat tərzidir. Floristikaya maraq uşaq vaxtlarından var idi. Anam Məleykə xanımın gülləri solanda qanı qaralırdı. O gülləri çox sevirdi, bizə də bunu öyrətdi. Anama güllər gətirirdim, deyirdi ki, xarab olacaq. Mən də uşaq vaxtı ona cavab verirdim ki, elə bir şey fikirləşəcəm ki, sənin güllərin xarab olmayacaq. Bu, uşaqlıq əqlimdə fırlanırdı. Heç bilmirdim ki, bunu necə etmək olar. Amma Neft-Kimya İnstitutunda təhsil alan vaxt məhlulları, dinamikanı, ağırlığı və hərəkəti öyrənirdik. Artıq gülləri saxlamaq üsulunu başa düşürdüm.
- İlk işiniz yadınızdadır?
- İlk işimi soruşanda anamı yadıma salıram. Birinci əl işim hazır olanda anam və atam dünyasını dəyişmişdi. İlk işimi aparıb anamın başdaşı üstünə qoydum. Dedim ki, ana, mən arzunu yerinə yetirdim. İş ondadır, bacılarım dedi ki, yağış yağacaq, əl işin xarab olacaq. Doğrudan da elə oldu, eybi olmaz. Qoy anamın ruhu şad olsun...
- Bir əsərin sona çatması nə qədər müddətə başa gəlir?
- Kino kollektiv işdir, təkcə özünü yox, hamını fikirləşirsən. Bu isə mənim fərdi işimdir. Zəhmət tələb edir. Ərsəyə gəlməsi üçün həcmindən asılı olmayaraq iki il lazımdır. Çəmənlikdə lalələri işləmək üçün əziyyət çəkmişəm. Əvvəlcə çəmənliyi, sonra lalələri düzmüşəm. Bu, artıq 4 ilə başa gəlib. Başqa cür mümkün deyil. Çiçəklər incədir, onların xasiyyəti fərqlidir. Elə olur ki, gecə, elə də olur ki, səhərdən axşama kimi bir əsər üzərində çalışıram.
- Düzdür, hər bir rəssamın işi onun üçün qiymətsizdir. Amma əsərlərinizi satmaq haqda nə düşünürsüz?
Bilirsiz, satış məsələsi bir az çətindir. Çünki ematalxanam yoxdur. Kinostudiyada bu otağı mənə veriblər, çox sağ olsunlar. Amma bura idarədir, hamı gələ bilmir. Şənbə-bazar bağlı olur. Bir az çətinlik olur. Amma sərgilərdə görürlər. Müəllifi olduğum “Floristika” kitabımı, əsərlərimi alırlar. TV və media da biganə qalmır, dəstək olurlar. Qiymət əmək sərf etməyimdən asılıdır.
- “Çəmənlikdə lalələr” əsərinə dörd il sərf etmisiz...
- Məndən olsaydı, 1 milyona satardım. Amma mümkün deyil. İstəmirəm ki, bu əsərlər hər adamın evini bəzəsin. Xaricdə əl işlərinə böyük qiymət verirlər. Mən isə qiymət qoymağa çətinlik çəkirəm. İndiki zamanda yaxşı yaşamaq üçün pula ehtiyac çoxdur. Amma daha böyük amillər var. Hər şeyi pula çevirmək olmaz. Elə qiymətli əsərlərim var ki, onları bağışlaya da bilərəm.
- Güllərin xarab olmamağı üçün hansı məhlullardan istifadə edirsiz?
- Xüsusi məhluldur. Ləçəklərin qalınlığından asılı olaraq, məhlulların tərkibi dəyişir. Çünki ağır maye olanda çiçəklər ölü olur, şux qalmır. Burada həm mühəndis hesablamaları, həm də rəssam fikri var. Hərdən deyirlər ki, Allah vergisidir. Amma insanda çalışqanlıq olmasa, nail ola bilməzsən.
- Suğra xanım, bayaq qeyd etdiniz ki, atanız aktyorluq peşəsi ilə məşğul olmağa icazə vermirdi. Həyat yoldaşınız isə sizə dəstək oldu. Həmin dövr insanlar daha mühafizəkar idi. Bəs yoldaşınız necə, o da bu sahədə çalışır?
- O, “Politexnik”i (indiki ATU) bitirib, mühəndisdir. “Ulduz” filminə çəkiləndə 8-ci sinfi bitirmişdim. Məni orada görmüşdü. İllər sonra arxamca gələndə də bunu dedi ki, məktəb vaxtlarımdan sənə vurulmuşam. Naxçıvanda yaşayırdı. Deyirdi ki, mən Naxçıvanda hamıya demişəm ki, o qızı tapacam. Yəni məni artıq aktrisa kimi tanımışdı. Bilirdi ki, hansı peşə ilə məşğulam. Mühəndis olmağımdan xəbərsiz idi. Beynində bunu yaşadırdı ki, mən kino qəhrəmanıyam. Tanış olduqdan sonra bildik ki, ikimiz də mühəndisik. Söylədim ki, kinonu çox sevirəm, atam icazə vermirdi, amma bundan sonra çəkiləcəm, film çəkilişlərində iştirak edəcəm.
- Övladlarınız necə? Onlar da bacılarınız kimi elmi işlə məşğul olurlar?
- İki qızım var, ailəlidirlər. Hazırda 4 nəvə böyüdürük. Bir ana, nənə kimi onlara çox kömək edirəm. Qızlarım mənə çox diqqət edirlər. Onlar yaşa dolduqca mənə daha çox hörmət edirlər. Bir ana, eyni zamanda bir qadın kimi... Yəqin ki, mənimlə fəxr edirlər. Çünki mən də anamla fəxr edirdim. O, diş həkimi idi, lakin işləmirdi, atam icazə vermirdi. Buna baxmayaraq, 8 uşağa baxırdı. Böyüyüb ana olduqdan sonra bunu başa düşdüm. Adi bir qızın uzun saçlarını yumaq, daramaq, hörmək qəhrəmanlıq idi. Çünki hər gün eyni şeylər təkrarlanırdı. Bundan əlavə, həyat yoldaşıma qulluq edirəm. Bilirsiz ki, evdə kişi qulluq istəyir. Hər şey qaydada olmalıdır. Biz evimizdə belə görmüşdük. Başqa cür istəsək də, alınmırdı. Hərdən hirslənib deyirəm ki, heç nə etməyəcəm. Amma sonra özüm də bilmədəm görürəm ki, bütün işləri həll etmişəm. Çünki beyin belə işləyir.
Qızım Cəmilə rejissorluq üzrə təhsil alıb. Space TV-də Firdovsi Atakişiyevlə rus dilində proqram aparırdı. Amma daha sonra Azərbaycan dilini mükəmməl bilmədiyinə görə aparıcılıq üzrə yoluna davam edə bilmədi. Hazırda Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin direktorudur. Digər qızım Gülarə də İçərişəhərdə başqa bir yerdə çalışır. Bu yaşda onlar layiqli vəzifələrdə çalışırlar. Qız nəvələrim də İncəsənət Gimnaziyasında təhsil alırlar.
- Hamıya maraqlıdır, 73 yaşlı Suğra Bağırzadə necə belə təbii və şux qala bilib?
- Heç fikirləşmirəm ki, bundan sonra nə qədər yaşayacam. Sabahı bilmirəm, fani dünyadır. Bacılarım, qızlarım, ailəm və dostlarımla gözəl anlar yaşayıram. Daha çox öyrənirəm, çalışıram. Çox aktiv bir həyatım var. Mənə sual verirlər ki, niyə qocalmırsız? Cavab verirəm ki, qocalmağa vaxtım yoxdur. Səhərlər idman edirəm, gəzməyi sevirəm. Kitab oxuyuram, tamaşalara baxıram. Dünyanın hansı ölkəsinə gedirəmsə, orada teatrda oluram. Yəni insan öz üzərində işləməlidir. İşləməsən heç nəyə nail olmazsan. Elələri var ki, 57 yaşında qocaldıqlarını boynuna alırlar. Beyin qocalırsa, deməli, insan yaşlanır. Mən kitabımı 70 yaşında yazmışam.
İş ondadır ki, genetik məsələ də rol oynayır. Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb. Ona 60 yaş vermək olar. Üzündə qırışları belə yoxdur. Bacılarım gözəldir, qocalmırlar. Qaldı ki, mən... Estetik əməliyyat etdirmərəm. Səhnə insanı, müğənni edə bilər. Amma aktrisada alınmaz. Çoxları dodağını böyütdürür, gözünə nələrsə, müdaxilə olunub. Bu zaman tamamilə üz dəyişir. Mənim sifətim heç vaxt dəyişmir. Bunun üçün üzə qulluq etmək, düzgün qida qəbul etmək lazımdır. Hər şeyin qədəri var. Yalnız özüm bişirdiyim yeməkləri yeyirəm. Mən heç vaxt “McDonalds”, “KFC” - elə yerlərdə ömründə yemərəm. Heç vaxt, heç vaxt...
Bilirsiz, mədəniyyət böyük şeydir. Gərək uşaqlar kiçik yaşlarından kulturologiyanı yaxşı öyrənsinlər. Yemək mədəniyyətini qanlarına hopdurmaq lazımdır.
Bundan əlavə, demək olar ki, kosmetoloq yanına nadir hallarda gedirəm. Çünki özüm dəriyə qulluğu bacarıram. Əvvəlcədən insan özünə baxmalıdır. Əlbəttə ki, kök olub, sonra arıqlayanda dəri boşalacaq. Başqa cür ola bilməz. Bunun üçün gənclik illərindən qulluq etməlisən ki, sonra yaxşı nəticə olsun.
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
7 may 2024 08:55
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
7 may 2024 01:30
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Tanışının qulağını dişlədi - Həbs olundu
4 may 2024 13:39
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25