Alman politoloq “Bayatı-Şiraz” oxuyub ağladı.. VİDEO
Cəmiyyət27 fevral 2020 12:34
Bu günlərdə Berlində keçirilən Qarabağ mitinqində Matias Volf adlı bir alman publisist, tərcüməçi, politoloqun tərtəmiz Azərbaycan dilində danışması diqqətimi çəkdi.
Həmkarımız, Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızının sosial şəbəkə profilində gördüyüm kadrlardan çox təsirləndim. Matias səlis azərbaycancada Azərbaycan həqiqətlərindən bəhs edir. "Bayatı-Şiraz” oxuyur və muğamın ortasında kövrəlib, ağlayır. Vəsilə xanımın suallarına cavab olaraq deyir ki, əvvəlcə Türkiyədə türkcəni öyrənib, sonra isə Azərbaycan dilini: "Orda çoxlu azərbaycanlı dostlarım da var. Xocalı faciəsini öz faciəm kimi anlayıb, qəbul etmişəm”.
Vəsilə Vahidqızı Lent.az -a açıqlamasında deyib ki, kadrda orda yaşananların hamısı düşməyib: "Orda Matias da elə bizim qədər Azərbaycandan, Xocalıdan danışdı həmvətənlərinə. Ondan soruşanda ki, bütün bunları siz hardan bilirsiniz, dedi bir az azərbaycanlı dostlarımdan, sonra da özüm araşdırmışam. Bizim dediklərimiz bir başqa, amma Almaniyada bir almanın bizim həqiqətlərdən bu qədər yanğı ilə bəhs etməsi təbii ki, daha yaxşıdır, təsir qüvvəsi çoxdur. Matias Azərbaycan himnini də gözəl ifa edir”.
Alman dostumuz Berlindəki sözügedən tədbirdən reportajı özü görməmişdi. Materialın linkini ona atdım və söhbət etdik. Matiasa Azərbaycan həqiqətlərini belə anladığı və bizə dost olduğu üçün təşəkkür etdim.
Cavabında Matias dedi ki, əslində Azərbaycan dilində yazmağı daha yaxşı bacarır: "Mən danışanda bir qədər çətinlik çəkirdim, amma reportaja baxdım, gördüm gözəldir. İndi daha çox danışa bilərəm. O gün Xocalıya görə çox kövrəlmişdim. İstəyirəm ki, bacardıqca Xocalı faciəsini dünyaya yaymaqda sizə kömək edim, çünki bu insanlıq borcumdur”.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya