Dəhşətli ölüm işi ilə bağlı Elmira Axundovanın oğluna suallar
Kriminal17 fevral 2020 17:14
"Mirzəyeva Günel Rəşid qızı dənizdə dostları ilə sahildən təxminən 300 metr məsafədə çimərkən onun yanında Həbib Axundov olmamış, sonuncu dəniz kənarında olmuşdur” – bu sözləri vəkil sorğusuna cavab olaraq Sabunçu rayon prokuroru Ceyhun Şirinov yazır.
Prokurorun "sahildən təxminən 300 metr məsafədə çimərkən” sözləri absurddur. Necə yəni sahildən 300 metr aralıda çimərkən? Sahildən 300 metr aralıda üzgüçülük üzrə xüsusi təlim görmüş şəxslər belə çimmirlər! Orada üzürlər. Bir də ki, Günel Mirzəyeva nəinki sahildən 300 metr aralıda, heç ləpədöyəndə belə üzə bilməyib.
Gənc xanımın sudan qorxmasını təsdiqləyən videolar da var. Bir videoda Həbib Axundov onu zorla, adına "banan” deyilən xüsusi üzən vasitəyə əyləşdirir, Günel Mirzəyeva isə "banan” sahildən dənizin içinə sarı yön almağa başladığı an düşüb sahilə qaçır.
Digər bir videoda isə yenə də Həbib Axundov Günel Mirzəyevanı xüsusi tərsanə üzərindən suya atmağa çalışır, Günel Mirzəyeva müqavimət göstərir və nəhayətdə Həbib Axundov istəyinə nail olur. Günel Mirzəyeva iradəsinin əleyhinə olaraq suya atılır və orada çabalayaraq kömək istəyir. Həmin vaxt əyinində xüsusi xilasedici canlıq olmasına baxmayaraq Günel Mirzəyevanın qışqırıb kömək istəməsi onun üzmək vərdişinin olmamasını ortaya qoyur.
Bəs Sabunçu prokuroru Ceyhun Şirinov bu videoları görübmü?
Bundan başqa Sabunçu prokuroru sorğuya cavabda yazır ki, Həbib Axundov hadisə baş verəndə sahildə olub. Bu da yumşaq desək, doğru deyil. Əlahəzrət fakta nəzər salaq. Günel Mirzəyevanın müəmmalı ölüm işi Sabunçu Prokurorluğunda olarkən Fövqəladə Hallar Nazirliyindən bu hadisə ilə bağlı verilən açıqlamda yazılırdı:
- Bədbəxt hadisə baş verən zaman yaxta sahibi Həbib Ramiz oğlu Axundov orada olub. Sabunçu prokuroru Həbib Axundov sahildə olub yazır, FHN isə onu təkzib edir və Elmira Axundovanın oğlunun məhz gəmidə olduğunu yazır.
Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra yaxasını kənara çəkirdi, deyirdi ki, bəs mən orada olmamışam. Anası Elmira Axundova da eyni mövqedəydi. Amma az keçəndən sonra Həbib Axunov da, anası Elmira Axundovanın da mövqeyi bir qədər dəyişdi. Ana-bala başladılar ki, bəs Həbib Axundov orda olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, bəs kömək edə bilməyib. Buna qədər isə Elmira Axundova oğlunun üzgüçü olmasını, Günel Mirzəyevanın yanında olardısa, onu xilas edəcəyini demişdi.
FHN-in verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yanında olub! Ceyhun Şirinov üzgüçü Həbibdən soruşubmu Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə Həbib Axundova Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı?
Bundan başqa FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində "istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici canlıq olubsa, Günel Mirzəyevanın əynində həmin canlıqlardan biri niyə olmayıb? Onun əynində canlıq olmayibsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xəttlə seçildiyi bir vaxtda Sabunçu Prokurorluğu sadəcə işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır. Ortada bir gənc xanım, Azərbaycan vətəndaşı sahildən 300 metr aralı aparılıb və müəmmalı şəkildə dənizin dibinə qərq olub.
Günel Mirzəyeva 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində müəmmalı şəkildə dünyasını dəyşib. Bu günə qədər onun ölümü üzərində sirr pərdəsi qalmaqdadır. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. (Ortada bu qədər açıq suallar varkən hansı ehtiyyatsızlıqdan söhbət gedir?)
Günel Mirzəyeva müəmmalı şəkildə dənizin dibinə gedən günə qədər Həbib Axundovla olduqca mərhəm münasibətlərdə olub. Bu danılmaz faktdır və ortada bu faktı təsdiq edən videolar sosial şəbəkələrdə var. O, dənizin dibinə gedərkən hamilə olması xəbərləri də var.
Həyat yoldaşından boşanmış gənc qızın dünyaya gətirəcəyi uşağın atası kim olub? Onun ölümün hamilə olması ilə səbəbli əlaqəsi varmı?
Günel Mirzəyevanın məzarı
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya