Kürdəmirdə yataqxanada siçovul 4 yaşlı uşağın burnunu və qulağını yeyib
Region3 fevral 2020 08:00
Deputatlığa namizəd Kürdəmirdə "Yeni qəsəbə"də məskunlaşmış məcburi köçkünlərlə görüşüb
Fevralın 2-də 124 saylı Şuşa Ağdam Xocalı Xocavənd dairəsindən deputatlığa namizəd Etibar Məmməd oğlu Abdullayev Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Namizəd seçicilərə ölkə başçısının apardığı islahatlardan, xalqın iradəsinə hörmət kimi dəyərlərdən məlumat verdi. Qarabağ Ata Yurdum... devizi ilə seçkiyə gedən namizədi seçici birmənalı dəstəkləyir, onun seçki kampaniyasını ölkə üzrə izlənildiyini bildirirlər.
Daha sonra məcburi köçkünlər problemlərini dilə gətirərək Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerdəki nümayəndəsi Qurban adlı şəxsdən şikayət etdilər. Qaldırılan problemləri diqqətlə dinləyən Etibar Abdullayev, məsələni yerində həll etmək üçün komitə nümayəndəsi ilə telefon əlaqəsi saxladı. Danışıqdan sonra Dövlət Komitəsinin nümayəndəsi söz verdi ki, sabah saat 9 - da orada olacaq, problemləri həll edəcək.
Qəsəbədə məcburi köçkünlər bildirdilər ki, köçürmə obyekti olan texniki peşə məktəbinin yataqxanasında bir neçə ailə ağır vəziyyətdə yaşamını davam etdirirlər. Etibar Abdullayev vəziyyəti yerində öyrənmək üçün həmin ünvana gedib. Burada seçici məcburi köçkünlərin sənədlərini araşdıran namizəd, şikayətçilərin haqlı olduğunu müəyyən edib. Problemin ciddiliyini nəzərə alan Etibar Abdullayev Dövlət Komitəsinin məsul işçiləri ilə telefon əlaqəsi yaradıb. 2 ailənin Komitədə evvermə komissiyasının sədri tərəfindən, 1 ailənin isə "Qaçqınkom" sədri tərəfindən həftənin 2 - ci günü qəbulu razılaşdırılıb. Qaldırılan məsələlərin həlli üçün operativ müdaxiləyə görə məcburi köçkünlər namizədə minnətdarlıq ediblər.
Etibar Abdullayev köçürülmə vəd olunmağına baxmayaraq hələ də texniki peşə məktəbinin yataqxanasında qalmış Solmaz Şahgəldiyevanın ailəsini ziyarət edib. Bəlli olub ki, bu ailədə 4 yaşlı oğlan uşağının burnunu və qulağını siçovul yeyib. Yaralar xeyli dərin və üstü qanla qərtməklənmiş vəziyyətdə idi. Deputatlığa namizəd Dövlət Komitəsinin məsul işçisinə telefon açaraq vəziyyətin acınacaqlı olduğunu bildirib və bu ailənin həftənin 2 - ci günü Komitə sədri tərəfindən qəbul olunması razılaşdırılıb.
Moderator.az-ın qeydi: Bu yerdə "Qaçqınkom"un yeni rəhbəri Rövşən Rzayevlə bağlı bir neçə cümlə yazmağı özümüzə borc bilirik. Onun komitənin rəhbərliyinə gətirilməsindən sonra bu sahədə görülən inqilabi dəyişiklikləri və köçkünlərin qayğılarına çox böyük insanpərvərliklə yanaşmasını xüsusi olaraq vurğulamasaq insafsızlıq etmiş olarıq. Heç şübhə etmirik ki, R. Rzayev Kürdəmirdəki bu problemi bildiyi anda onun həlli üçün təxirəsalınmaz tədbirlər görəcək. Təbii ki, milyondan artıq didərgini yeni mənzillərlə təmin etmək komitənin və bütövlükdə hökumətin imkanı xaricindədir. Bu iş mərhələli şəkildə görülür və ümid edirik ki, Kürdəmirdəki dəhşət saçan həmin yataqxana da bu il köçkünlərin sığındığı son il olacaq.
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya