“Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm...”
Müğənni Dana Durdana (Dürdanə) bir neçə gündür ki, şəxsi həyatı ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi əvvəlcə “Ona qalsa” proqramına qonaq olarkən 12 ildir oğlunu görə bilmədiyini, buna keçmiş həyat yoldaşı Vahidin icazə vermədiyini qeyd edib.
Sənətçi daha sonra “Elgizlə izlər” verilişinə qonaq olaraq hadisənin təfərrüatını danışıb: “Keçmiş həyat yoldaşım dayımoğludur. Anam 9 yaşında dünyasını dəyişib, xərçəng xəstəsi idi. Bizi isə atam böyüdüb. O, anamdan sonra ailə həyatı qurmayıb. Üç uşaq idik, Sumqayıtda yaşayırdıq. Həyat yoldaşımla aramızda 13 yaş fərq var idi. Anamın yasında dayımın xanımı bacımı oğluna almaq istədiyini dedi. Onda bacım cavab verdi ki, ona qardaş kimi baxıram. Daha sonra mənim böyüməyimi gözlədilər. Toyun səhəri qayınanam dedi ki, mən heyf çıxmaq üçün səni oğluma aldım. 5 uşağın doğulsa belə, sizi boşatdıracam. Buna səbəb o idi ki, dayım xanımı ilə ayrılmışdı.
Bir müddət Rusiyada yaşadıq, sonra Azərbaycana qayıtdım. Uşaq dünyaya gəldi, ayrılmağa məcbur oldum. Evimizə gəldim, atam qoymadı, dedi ki, ərinin evinə qayıt. 17 yaşımda evləndiyim üçün nikah bağlanmamışdı. Atamın tələbi ilə nikah bağladım. Atam rəhmətə getdi, sonra mən də ayrıldım”.
Dana baldızının həyat yoldaşının Sumqayıtda imkanlı şəxs olduğunu, bütün məsələləri onun həll etdiyini qeyd edib:
“Qarşı tərəfin ailəsinin rəhbəri baldımızın əridir, onun sözü ailədə keçir! O, Sumqayıtda imkanlı şəxslərdən biridir. Oğlumun may ayında 16 yaşı olacaq. Heç görüşmürük. İlk ayrılan vaxt uşağı mənə verdilər. Həm rəfiqəm, həm də dayəm Sənubər adlı xanım idi. Bu zaman uşaq atasını görmək istəyirdi. Mən də Dərbənddə restoranda çıxış etməli idim. 1 həftə orda olub qayıdacaqdım. Uşağı atasına verdim, sonra dedim ki, Sənubər xanımla görüşüb ona qaytararsan. Rəsmi ayrılmamışdıq, düşündüm ki, uşağımın atasıdır, övladını görmə haqqı var. Uşağı özümlə Dağıstana apara bilmirdim. Çünki bütün sənədləri əlimdən almışdılar, etibarnamə yox idi. Atası uşağı əvvəlcə dayəyə verir, lakin uşaq ağlayır, atasını qucaqlayır. Atası da deyib ki, olar uşağa iki gün anam baxsın, sonra qaytararıq. Belə bir şərtlə götürülüb. Bundan sonra baldızım Sənubər xanıma mesaj yazıb ki, uşağı qaytarmayacaqlar. Hadisəni eşidən kimi depressiyaya düşdüm, ayaqlarım məndən imtina etdi, beyin təzyiqi keçirdim. Onlar güclü idilər. Sumqayıt məhkəməsinə gəldim, ordakılar mənə güldülər. 12 il bundan qabaq olan söhbətdir. Baldızımın həyat yoldaşı ortada idi. Ərim isə Rusiyaya getmişdi. Qayınanam oğlu Rusiyadan buna pul göndərsin deyə mənim övladımdan istifadə edir”.
Müğənni bundan əlavə bildirib ki, Dərbənddə qarşı tərəfin göstərişi ilə 8 saat ərzində döyülüb:
“Onların uşağı əlimdən almaq üçün arqumentləri yox idi. Dedilər ki, müğənnidir, əxlaqsızdır. Məhkəmə üçün əsas fakt deyildi. Bir il sonra, 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə Dərbənddə məni evdən çıxarıb səhərə qədər döydülər. Kimsəsiz bir qadın idim. Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm və bunu videoya çəkdilər. Həmin videolardan birini uşağın atasına göndəriblər. O da bütün zavodda videonu göstərərək bildirib ki, bu qadın əxlaqsızdır. Bir il boyunca insanlar küçədə mənə içki şüşəsi atırdılar. Videoda artıq heç nə yox idi. Sadəcə, döyürdülər. Günahı olan şəxsləri həbs etdirmək üçün vuruşmağa başladım. O vaxtlar prokuror İzzət Kyazoviç idi, indi baş prokurordu. Mənə köməklik etdi. Bir il ərzində onlar tutulandan sonra sənədləri toplayıb Sumqayıtda məhkəməyə təqdim etməli idim. Çünki uşağın atası həmin videonu məhkəməyə təqdim etmişdi ki, guya, əxlaqsızlıqla məşğul oluram”.
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06