İki slavyan dövlətinin dostluğu düşmənçiliyə çevrilir – ƏLAHƏZRƏT PUL
Rusiya Belarusa satılan neftin qiymətini qaldırır, Minsk isə Moskva üçün nəzərdə tutulan imtiyazları ləğv edir “Bu gün Minsk ilə Moskva arasında siyasi problem deyil, Belarus ilə Rusiyanın neft ixrac edən şirkətləri arasında uzlaşmanın olmaması problemi yaşanır. Bu sahədəki münasibətlər 2011-ci il müqavilələri ilə tənzimlənir. Həmin müqavilələrə əsasən, məhsulların qiymətində Rusiya şirkətlərinə xüsusi imtiyazlar nəzərdə tutulub”. Bunu AYNA-ya şərhində belaruslu politoloq Aleksandr Şpakovski deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının neft sənayesində vergi dəyişiklikləri edilməsi nəticəsində, Belarusa satılan xam neftin qiyməti hər il artır və əslində dünya səviyyəsinə çatdırılıb: “Belə şəraitdə Rusiya şirkətlərinə Belarus tərəfdən müstəsna bonuslar ödəməyin mənası yoxdur. Bundan əlavə, Belarus üçün neft qiymətlərinin artması fonunda, bir tədarükçüdən asılı olmamaq üçün idxalın şaxələndirilməsi məsələsini qaldırmaq məntiqli görünür”. Şpakovski hesab edir ki, Rusiya Qazaxıstandan Belarusa neft nəqlini məhdudlaşdırsa, bu, Moskvanın Minsk və Nur-Sultan ilə ikitərəfli münasibətlərinə mənfi təsir göstərməyəcək, Avrasiya İqtisadi Birliyinə olan inamı sarsıdacaq: “Bu qurumla əməkdaşlığın və inteqrasiyanın inkişafına inanan ölkələr də ehtiyatlı davranacaq”. Azərbaycandan mümkün tədarüklərə gəldikdə, politoloqun fikrincə, Azərbaycan neftinin Ukrayna limanları vasitəsilə Belarusa nəqli neft ehtiyaclarının şaxələndirilməsi variantlarından biri hesab olunur: “Minsk ilə Bakı arasında heç bir ziddiyyət yoxdur, yerdə qalan məsələləri bazar müəyyən edəcək”. Azərbaycan neftinin Belarusa nəqli məsələsinə Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şaban da münasibət bildirib: “Hazırda SOCAR Belarus tərəfdən bu barədə rəsmi müraciətin olmadığını bəyan edir. Neftin qiymətinə gəldikdə isə qeyd edim ki, müstəqillik əldə olunandan bu yana Azərbaycan öz neftini dünya bazar dəyərindən 1 dollar da aşağı satmayıb. Buna görə də Belarusa ucuz neft nəqlini gözləməyə dəyməz. Azərbaycan bu cür siyasi oyunlar oynamır”. Rusiya ilə Belarus arasındakı gərginliyi şərh edən ekspert bildirib ki, Rusiya öz müttəfiqlərini tədricən bazar qiymətlərinə keçməyə öyrətməyə çalışır: “Problem də buradan qaynaqlanır. Belarus Norveçdən 80 min barel neft aldı. Və nə baş verdi? Norveç öz neftini bazar dəyərindən aşağımı satdıı? Mən belə düşünmürəm. Rusiyanın Qazaxıstan neftinin tranzit yolu ilə öz ərazisindən Belarusa satışına icazə verməməsinə gəlincə, bu, Rusiyanın daxili işidir, buna heç kim müdaxilə edə bilməz”. “Rusiya müttəfiq dövlətlərini yenidən istiqamətləndirməyə və iqtisadi reallıqlarla ayaqlaşmağı öyrətməyə çalışır. Rusiya Belarusa “Urals” markalı neftini dünya qiymətlərindən 20% aşağı satdı və fərqi emal edilmiş neftin yenidən satılması ilə qazandı. İndi bu mexanizm artıq Rusiya üçün faydalı deyil. Və ölkələr arasındakı razılaşmalara görə, Rusiya beş il ərzində hər il qiymətləri qaldırmalı və qlobal qiymətlərə çatdırmalı idi”. Şaban, həmçinin Ermənistanı Rusiya qazından çox asılı olan bir ölkə olaraq nümunə göstərib: “Keçən il bütün dünyada qaz qiymətləri aşağı düşəndə Rusiya Ermənistana qiymətləri 15% qaldırdı. Belə bir şəraitdə Ermənistan nə edə bilərdi? İran qazı ilə əvəz etmək? Yaxşı deyək ki, İran bu gün Ermənistana 300 milyon kubmetr qaz nəql edir, İrəvan üçün faydalı olsaydı, İran bir milyard kubmetr qaz nəql edərdi. Üstəlik, qeyd etmək lazımdır ki, bu əməliyyat barter yolu ilə edilir, qaz müqabilində İran elektrik enerjisi əldə edir. Buna görə İran qazının Rusiya qazından daha ucuz və daha sərfəli olduğunu söyləmək yanlışdır”.
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Moskvada universitetlərdə dərslər DAYANDIRILDI
23 mart 2024 19:04
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Slavyanların Azərbaycana yürüşünə 30 il qadağa qoyan TARİX
15 fevral 2024 20:57
- İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik etdi
10 fevral 2024 21:16
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - Fotolar
4 dekabr 2023 17:07
- Erməni lobbisinin qadınla şərlədiyi, YENİ SƏFİR Bakıda iş başında
3 dekabr 2023 12:15
- ABŞ Naxçıvanın Ermənistana verilməsi üçün....
2 dekabr 2023 11:39
- RUSİYA DÖVLƏTİNİN YARANMASI (IX ƏSR)
28 sentyabr 2023 23:11
- Dürdanə Əliyevaya 8 il həbs cəzası tələb olundu
21 avqust 2023 11:03
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22