Tarixi müəmma : Atatürklə Stalin niyə görüşməyib?
Müsahibə9 yanvar 2020 09:34
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Sovet lideri İosif Stalinlə görüşməməsinin səbəbi, iki ölkə arasındakı münasibətlər tarixində ən müəmmalı səhifələrdən biridir.
Qaynarinfo xatırladır ki, ötən zaman ərzində Türkiyə və Rusiya mediasında Atatürklə Stalinin münasibətlərinə dair çox sayda məqalə dərc edilib. Məsələn, Rusiyanın "Kommersant Vlast" jurnalı arxiv sənədlərinə istinadla məqaləsində yazdığı kimi, Atatürk Stalinlə görüşməyi düşünür, amma ilk addımı atmaq istəmirdi.
1936-cı ildə Atatürk ilə SSRİ-nin Türkiyədəki səlahiyyətli nümayəndəsi Lev Karaxan arasında Sovet İttifaqının Ankaradakı səfirliyində keçirilən bir ziyafətdə bu mövzuda hətta mübahisə yaranıbmış. Onların tarixi söhbəti ilk dəfə 2008-ci ildə Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Şurasının keçmiş rəhbəri, professor Sadık Tural tərəfindən təsvir edilib. Rus arxivlərinə istinad edən alim Atatürkün Karaxanla mübahisə etdiyini və ona sual verdiyini bildirib: "Niyə mənə təbriki Stalin yox, Kalinin (SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri) göndərib?"
Eyni arxiv məlumatlarına əsaslanaraq, rus jurnalı bu mübahisənin vacib bir detalına diqqət çəkib. "Kommersant"a görə, Sovet nümayəndəsi iki liderin hələ görüşmədiyini xatırlatdıqda Atatürk belə cavab verib: "Əlbəttə ki, hər iki ölkənin liderləri arasında şəxsi əlaqə olduqca faydalıdır".
Onda Karaxan Atatürkün Türkiyə rəhbərliyinə iki liderin görüşünün təşkili üçün lazımi işə başlamağı tapşırmasını təklif edib. Atatürk belə cavab verib: "Təşəbbüs niyə məndən gəlməlidir?"
Sovet nümayəndəsi qeyd edib: "Birincinin kim olmasının əhəmiyyəti yoxdur: Aras (Türkiyənin Xarici İşlər naziri Aras Rüştü) və ya mən. "Stalinlə görüşünüzün prosedurunu hazırlamaq üçün sabah birlikdə işləməyə başlaya bilərik”.
Ancaq bütün səylərə baxmayaraq, təxminən 15 il, Atatürk və Stalin eyni vaxtda ölkələrini idarə etdiyi vaxt aralarında heç bir görüş baş tutmur.
Bu fakt Regnum xəbər agentliyinin səhifəsində bu mövzuya toxunan rus türkoloqu, tarixçisi Stanislav Tarasovun da diqqətini çəkib. Onun fikrincə, Atatürk və Stalin arasındakı görüş Moskvanın Boğazların statusu haqqında Montrö Konvensiyasından məmnun qalmaması səbəbindən baş tutmayıb. Üstəlik, 1937-ci ildə xarici işlər naziri Rüşti Aras iki liderin mümkün görüşünə hazırlaşmaq üçün Moskvaya getsə də, Stalin Arası qəbul etməkdən imtina eləyib.
Tarasov qeyd edir ki, qeyri-rəsmi məlumata görə, Stalinin buna qədər Atatürklə dolayı da olsa, əlaqəsi olub. 1925-ci ildə Stalin Tiflisə gələndə Georgi Orconikidze və Anastas Mikoyanı Atatürklə danışıqlar aparmaq üçün göndərib. Tiflisə qayıtdıqdan sonra onlar Stalinə təmasları barədə məlumat verib.
Tarasov qeyd edir ki, niyə Atatürklə Stalinin bir-biri ilə dil tapmadığı sualının cavabı Türkiyə arxivlərində gizlənir və burada əsas vəzifə türk tarixçilərinin çiyninə düşür.
Tarasov Atatürkün ölümü ilə bağlı mesajın dərhal Stalinə çatdırılmasına da diqqət çəkir. Onun şəxsi əmrinə əsasən Sovetlərin əsas çap nəşri olan "Pravda" qəzetində Atatürkün ölümüylə bağlı Sovet rəhbərləri Kalinin, Molotov və Litvinovun imzaladığı başsağlığı dərc edilir. Lakin nekroloqda da Stalinin imzası olmur.
Bundan əlavə, Tarasov Atatürkün ölümündən sonra, İsmət İnönünün 11 noyabr 1938-ci ildə Türkiyə Böyük Millət Məclisinin fövqəladə iclasında Türkiyənin prezidenti seçildiyi zaman, "Pravda” qəzetində İnönünü "Sovet İttifaqı-Türkiyə dostluğunu möhkəmləndirmək üçün səmərəli fəaliyyət göstərən ən görkəmli Türkiyə lideri” deyə tərifləyən bir məqalə dərc edildiyini deyir.
"1932-ci ildə Moskvaya rəsmi səfərdə olarkən İnönü Kremldə Stalin və digər sovet rəhbərləri ilə görüşür və bəlkə də "iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı layihələri”ndən daha artıq məsələləri müzakirə edir”, - rus tarixçisi qeyd edir.
İkinci Dünya Müharibəsinin son aylarında Stalin Qara dəniz boğazlarına nəzarətə iddia edir, Türkiyədən Qars və Ərdahanı tələb edir.
Azərbaycan Respublikasının qurucusu və ilk rəhbəri Məmməd Əmin Rəsulzadənin xatirələrinə görə, Stalin onunla söhbətində Atatürkü "güclü dövlət xadimi və inqilabçı" adlandırıb.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya