Bir qrup iş adamı icra başçısından şikayət etdi – “Bizdən pulumuzun 30 faizini istəyir ”
Bir qrup iş adamı üzləşdikləri problrmlərdən dolayı Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya müraciət edib. Onlar Sumqayıtın icra başçısı Zakir Fərəcovdan şikayətçidirlər. Və bildirirlər ki, Sumqayıtın giriş hissəsinin və Dənizkənarı Bulvarının yenidənqurulmasını həyata keçiriblər.
JAMAZ.İNFO-ya göndərdikləri müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov yuxarıda qeyd olunan işlərin görülməsi üçün onlarla 12 milyon manat pul ayrılıb. 2016-cı ilin sentyabrında görülən işlər tam təhvil verilib. Həmin müddətə qədər onlara cəmi 4 milyon manat pul ödənilib. Lakin yerdə qalan pulu 3 ildir ala bilmirlər.
Onlar qeyd edirlər ki, həmin pulun böyük hissəsi 600-ə yaxın fəhlənin və mal-material alınan dükanların haqqıdır. “3 il ərzində həmin pulun 1 manatını belə ödəməyib. Əksinə, hamımızı təhdid edir, həbs etdirəcəyi ilə qorxudur. İndiyə qədər Sumqayıtda iş görmüş iş adamlarından biri məhz sözügedən borc məsələsinə görə, həbs olunub və bu ilin aprelində Sizin göstərişinizə əsasən azadlığa buraxılıb”.
Sahibkarlar müraciətlərində yazırlar ki, Zakir Fərəcov həmin pulu qaytarmamaq üçün müxtəlif bəhanələrdən istifadə edir. “Nəzərinizə çatdıraq ki, 2016-cı ildən bəri müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Zakir Fərəcov 600 fəhləyə çatacaq olan pulu verməmək üçün müxtəlif yalanlar uydurur. İddia edir ki, guya, həmin pulu ödəyib. Halbuki görülən işlər üçün nəzərdə tutulmuş pulun 1/3 hissəsini ödəyib ki, yerdə qalanını bu gündə ödəmək fikrində deyil. Əgər həqiqətən də Fərəcov həmin pulu ödəyibsə, ödənişlə bağlı bircə sənəd ortaya qoysun. Bu adam hamını aldatmaqla məşğuldur. 600 ailə bu gün zəhmətinin haqqını ala bilmir. Hələ daha neçə-neçə ailənin də bu şəkildə aldadıldığını araşdırmaq lazımdır”.
Müraciətdə daha sonra deyilir: “Zakir Fərəcov vəziyyətdən çıxmaq üçün iş adamlarının, hətta borclu olduğu fəhlələrin yanında deyib ki, guya, Prezident Aparatından ona pul ayrılmayıb. Bununla öz yaxasını kənara çəkərək, dövlət qurumlarını hədəfə gətirir ki, bu da heç bir halda yaxşı hal deyil. Çünki pulunu ödəmədiyi fəhlələrdə dövlətə, onun qurumlarına etimadsızlığı yaranır. Halbuki dövlət tərəfindən Sumqayıtın abadlaşdırılmasına yetərli qədər vəsait ayrılıb. Sadəcə, problem Zakir Fərəcovdadır ki, həmin pulları mənimsədiyindən, bu gün qaytara bilmir və ya qaytarmaq istəmir”.
Sahibkarlar təhdid olunduqlarını da iddia edirlər. Onların JAMAZ.İNFO-ya ünvanladıqları müraciətdə vurğulanır ki, dünən Zakir Fərəcov borclu olduğu şəxslərin bir qismini çağırıb, onlara məcburi qaydada ərizə yazdırmaq istəyib. “Tələbi də bu olub ki, borclu olduğu pulun 30 faizini ona güzəşt edib, bağışlasınlar. Əks təqdirdə, həmin şəxsləri polisə, prokurorluğa verəcəyi ilə hədələyib. Belə bir şey harada görünüb? Məgər dövlət tərəfindən ayrılmış pullardan icra başçısına pay çatmalıdır? Bəlkə icra başçısı özü üçün belə bir qanun müəyyən edib? Bu qanunsuzluqdur. Orada işləyən insanlar zəhmətlərinin haqqını istəyirlər. Və həmin insanlar öz qazanclarının 30 faizini niyə Zakir Fərəcova verməlidir?”
Iş adamları bildirir ki, Sumqayıtın icra başçısı o qədər arxayın davranır ki, hətta ondan edilən şikayətlərə görə, zərrə qərəd qorxmadığını deyir. “Üstəlik, “kimə istəyirsiniz, gedin şikayət edin” deyə, sözün həqiqi mənasında özbaşınalıq edir. Bu adam kimə və nəyə bu qədər arxayındır ki, ondan hətta Sizə şikayət ediləcəyini deyəndə, qorxmadığını ifadə edir? Digər tərəfdən, bunca insanların, fəhlələrin, iş adamlarının incidilməsi, onların haqlarının kəsilməsi, zəhmətinin müqabilnin ödənilməməsi süni şəkildə narazılıq yaratmaq, habelə insanları dövlətimizdən küsdürməkdən başqa bir şey deyil. Zakir Fərəcov bununla nəyə nail olmaq istəyir? Onun bu hərəkətlərinə hüquqi qiymət verilməlidir ki, bunca insanın haqqını yediyi üçün cəzasını alsın”.
Müraciət edən şəxslər sonda ölkə rəhbərindən və Birinci Vitse-Prezidentdən xahiş edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan gördükləri işlərin müqabilində onlara və əlləri qabar olmuş 600 fəhlənin pulunun alınaraq, sahiblərinə çatdırılmasına köməklik göstərsin. “Biz əminik ki, Siz bu məsələdə bizə köməklik edəcək, əliqabarlı fəhlələrin haqqını qoruyacaqsınız”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31