“Ona qarşı oynamaq xoş deyildi” - Teymur Rəcəbov
Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- İlk olaraq 2019-cu il barədə danışaq. Başa çatmaqda olan sizin üçün necə yadda qalacaq?
- Nəzərdə tutduğum planlara əsasən 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar.
- İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidi?
- Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.
- Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Siz bu fikirlə razısınız?
- Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017-2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilən FİDE Qran-Pri turnirində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı.
- Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçəylə yadda qalırdınız. Bunu necə izah edərdiniz?
- Bu debüt repertuarımın yenidən qurulmasıyla bağlıdı. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardı. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündü. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandı, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə deməli dəyişiklik lazımdır. Əksinə reytinq artırsa deməli hər şey qaydasındadır.
- Teymur Rəcəbovun komandasında dəyişiklik var? Hazırda kimlərlə işləyirsiniz?
- Son illər əsasən Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur.
- Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir?
- Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir.
- Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu...
- Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldu.
- Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmaq hansı hisslərlə yadda qalacaq?
- Düzünü desəm o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşına qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə qarşı rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı.
- Son illər futbol dünyası mübahisə edir: Ronaldo yoxsa Messi güclüdü? Azərbaycan şahmat azarkeşlərini isə başqa sual maraqlandırır: Şəhriyar yoxsa Teymur? Siz bu suala necə cavab verərdiniz?
- Səmimi deyəcəm, bu sualla rastlaşmamışam. Bizim aramızda sağlam rəqabət var. Bu rəqabət Azərbaycan sərhədlərini keçib. Rəqabət fərdi inkişafa kömək edir. Təkcə Azərbaycanda bir-birimizlə deyil, dünyanın ən güclü şahmatçılarıyla birgə yüksək nailiyyətlər uğrunda rəqabət aparırıq. Belə rəqabət normaldı. Kim daha çox maraqlıdır? Bu suala azarkeşlər özləri üçün cavab verə bilər.
- Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatı keçirildi. Qitə birinciliyində iştirak etməməyinizin səbəbini bilmək istərdik.
- Avropa çempionatında iştirak etmədiyimə görə çox təəssüflənirəm. Təxminən bir aya yaxın müddətdə Dünya Kubokunda güclü şahmatçılarla çətin oyunlarda mübarizə aparmışam. Bəzi görüşlərdə tay-brekdə oynamaq lazım gəlib. Elə final görüşündə çinli Dinq Lirenlə 10 partiya oynadıq. Dünya Kubokundan sonra özümdə ciddi yorğunluq hiss etdim. Batumidə təşkil edilən Avropa çempionatının ardınca – bir gündən sonra Hamburqda keçirilən FİDE Qran-Prisində iştirak etməliydim. Bu barədə FİDE ilə imzalanmış müqaviləmiz var. Belə məqamda tam gücümlə oynamaq mümkün deyildi. Bərpa olunmaq lazım idi. Ona görə milli komandada tam gücümlə oynaya bilməyəcəyimi nəzərə alaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasından əvəzolunmağımı xahiş etdim.
- FİDE-nin təşkil etdiyi Qran-Prinin son mərhələsində də iştirak etmədiniz. Səbəbi deyə bilərsiniz?
- Tam bərpa oluna bilməmişəm. Həkimlərin məsləhətiylə bərpa kursunu davam etdirirəm. İndi artıq müəyyən mənada özümə gəlirəm.
- Uzun illər Teymur Rəcəbov Azərbaycan xalqını qələbələrlə sevindirir. Hamımızın xatırladığı balaca Teymur artıq böyüyüb, indi ailə başçısıdı. Şahmat sizi yormur? Belə deyək şahmatdan ayrılmaq – getmək barədə düşünmüsünüz?
- Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq medotları, saatlarla kompyuterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar.
- İddiaçılar Turnirinə hazırlıq planı barədə məlumat verə bilərsinizmi?
- İddiaçılar Turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Burada aparıcı şahmatçıların hazırlığıyla məşğul olan güclü məşqçi kollektivlərinə qarşı çıxış edəcəyik. Ona görə ciddi hazırlıq tələb olunur. Bunun üçün müəyyən maliyyə lazım olacaq. Uzun müddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdı. Müəyyən hazırlıq planlaşdırılıb. Onu reallaşdırmaq barədə düşünürük. Əvvəlki İddiaçılar Turnirində iştirak təcrübəmdən irəli gələrək mötəbər yarışa lazımi qaydada hazırlıqda problem yaranacağından ehtiyatlanıram. Çünki, dünya elitasına daxil olan rəqiblərimin imkanlarıyla müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacam.
- Sizin fikrinizcə 2019-cu ildə Azərbaycanda ən yaxşı idmançı kimdi?
- Cari ildə ayr-ayrı növlər üzrə bir sıra idmançılar və onların məşqçiləri uğur qazanıb. Kimisə xüsusilə fərqləndirməklə digərlərinin xətrinə dəymək istəməzdim.
- 2020-ci ilə hansı arzularla yollanırsınız?
- Allahdan Azərbaycanda sabitliyin qorunmasını və ölkəmizin inkişafının davamlı olmasını arzulayıram. Yeni ildə hər bir azərbaycanlının mehriban və işıqlı arzularının həyata keçməsini diləyirəm.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31