Açılmayan tabutdakı azərbaycanlılar, qeyb olan 6 əsgər
Açılmayan tabutdakı azərbaycanlılar, qeyb olan 6 əsgər, “onlar şir kimi döyüşürdülər...” – Səbuhi Məmmədli yazır
“Dekabrın 25-də, Moskva vaxtı ilə saat 15.00-da 40-cı orduya və Hərbi Hava Qüvvələrinin aviasiyasına Əfqanıstan Demokratik Respublikasının dövlət sərhədini keçmək əmr edilir”.
Bu əmr SSRİ müdafiə naziri Dmitri Ustinov tərəfindən 1979-cu il dekabrın 25-də, saat 12-də imzalanmışdı. Əmrdən dərhal sonra, 48 saat ərzində Əfqanıstana 7700 əsgər və zabit, 894 hərbi texnika yeridilmişdi. Ümumiyyətlə, 10 il ərzində milyonlarla insanın taleyini dəyişmiş bu müharibədə 500 mindən çox sovet hərbçisi iştirak etmişdi.
9 il 1 ay 21 gün davam edən müharibə SSRİ-yə milyardlarla dollar və ən əsası, 15211 əsgər və zabitin həyatı bahasına başa gəlmişdi.
Bu müharibədə 7 mindən çox azərbaycanlı da iştirak etmişdi. Onlardan 208 nəfəri geriyə “200 saylı yük” kimi geri qayıtmışdı. Həmin vaxt Əfqanıstanda həlak olanlar “200 nömrəli yük” (“Qruz 200”) adı ilə rəsmiləşdirirdi. İçində Azərbaycan da olmaqla, SSRİ-yə daxil olan ölkələrə 15 mindən çox belə “yük” göndərilmişdi.
Hə, yaddan çıxmamış, əsgər meyiti daşıyan təyyarələrə isə “Qara zanbaq” adı verilmişdi.
400 nəfər də azərbaycanlı yaralanmışdı bu müharibədə.
İtkin düşənlərimizin sayı isə 6 nəfərdir. Onlardan hələ də xəbər yoxdur:
- Butayev Tofiq Gidaşi oğlu. 1980-ci ildə Bakının Lenin rayonu (indiki Sabunçu) hərbi xidmətə çağırılıb. Sıravi.
- Qədirov Qədir Vəfadar oğlu. 1980-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb. Sıravi.
- Heydərov Feyzulla Firudin oğlu. 1984-cü ildə Bərdə rayonundan hərbi xidmətə çağırılıb. Serjant.
- Hüseynov Əlihüseyn Ağahüseyn oğlu. 1980-ci ildə Dəvəçi rayonundan hərbi xidmətə çağırılıb. Sejant.
- Yevtuxanoviç Oleq Aleksandroviç. 1980-ci ildə hərbi xidmətə çağırılıb. Leytenant.
- Şərəfov Elxan Əhməd oğlu. 1980-ci il Sumqayıtdan hərbi xidmətə çağırılıb. Sıravi
Bu barədə Aleksandr Lyaxovskinin 1995-ci ildə keçmiş SSRİ Müdafiə Nazirliyinin Baş qərargahının sənədləri əsasında yazılan “Traqediya i doblest afqana” kitabında bəhs edilir.
Hə, sonradan yüzlərlə Əfqanıstan veteranı Qarabağ müharibəsində də iştirak edib. Onlardan 17 nəfəri “Milli Qəhrəman” adına layiq görülüb.
Yeri gəlmişkən, Əfqanıstan müharibəsində azərbaycanlılar yalnız əsgər və zabit kimi deyil, tərcüməçi, jurnalist kimi də iştirak ediblər. Onlardan biri də tanınmış jurnalist Azər Əhmədovdur. Azər həmin vaxt “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı olub. Həmkarımız deyir ki, o zaman mərkəzi televiziyanın “Vremya” proqramının Əfqanıstan üzrə bir xüsusi müxbiri var idi. Əfqanıstandan odlu-alovlu reportajlar verirdi.
“Bu reportajlardan birinin necə hazırlanmasının mən də şahidi oldum. Kabulun girəcəyində Baqram adlı bir şəhərcik vardı. Müxbir həmin şəhərcikdə qapalı yerdə oturub, istirahət edirdi. “Vremya”da göstərilən reportajların hazırlanması üçün orada onun balaca bir otağı vardı. Həmin otağa 10-15 əfqan milisi gətirdilər. Onlara “duşman” dedikləri əfqan döyüşçülərin paltarını geyindirdilər. İçəridə də bir elektrik çaydanını işə saldılar. Az sonra çaydanda qaynayan suyun buxarı otağı bürüdü və bu buxarın fonunda müxbir tövşüyə-tövşüyə kamera qarşısına çıxdı: “İndicə burada qanlı döyüş oldu. Bu toz-duman da ondan əmələ gəlib. Həmişə olduğu kimi, sovet qoşunları çoxlu “duşman” öldürdülər, 10 nəfəri də əsir aldılar”.
Milis əməkdaşları da guya əsir götürülmüş əfqan döyüşçülər kimi rola girib, özlərini bu cür aparırdılar. Bu da oldu “Vremya” proqramının Əfqanıstanda sovet əsgərlərinin şücaəti haqqında reportajı”.
“Sovet əsgərləri Əfqanıstanda şir kimi vuruşublar”. Bu ifadə mənim deyil, İsa Xan adlı səhra komandirinindir. 2014-cü ildə bu sətirlərin müəllifi Əfqanıstanda olanda demişdi İsa Xan. Biz onunla Əfqanıstanın Qarabağ adlı qəsəbəsində görüşmüşdük. Oddan-alovdan çıxmış, neçə-neçə müharibə görmüş Xandan sovet əsgəri barədə soruşmuşdum. Cavabı belə olmuşdu: “O əsgərlər əsil qəhrəman idilər. Düşmən də olsalar, hörmətlə yanaşırdıq. Çünki əsil döyüşçü idilər. NATO əsgərləri kimi yox, döyüşçü deyirəm sənə!”
Bax, belə bir təzadları da qeyd etmək olar, bu müharibədən danışarkən.
Tacvar Kakar BBC-yə müsahibəsində deyir ki, sovet ordusu Əfqanıstana daxil olanda məktəbdə müəllimə işləyirmiş. “Hələ ona qədər, yerli kommunistlər hakimiyyətə gələndə kommunist partiyasına yazılmağım üçün mənə davamlı təzyiqlər olurdu, mən hər dəfəsində rədd edirdim. 1980-ci ildə mücahidlərə yardım ittihamıyla məni həbs etdilər.
Həbsxanada elektroşok verirdilər, çubuqla döyürdülər, təpikləyirdilər. Kamera yoldaşlarımın çoxu bu işgəncələrə dözməyib öldü. O vəhşilikləri heç vaxt unutmayacam”.
Məhəmməd Tahir Yarqal keçmiş polis işçisidir. Deyir, sovet ordusu Əfqanıstandan çıxanda əsgərlərdən birinə gül bağışladım.
“Sovet ordusunun Əfqanıstana girdiyi günü dəqiq xatırlayıram. Təbii ki, mən dəhşətə gəlmişdim və şokda idim. Ordu burdan çıxmağa başlayanda mən SSRİ-dən bizə hansı mirasın qaldığını analiz etməyə başladım.
O illər ərzində Əfqanıstanda yüksək qabiliyyətli professional ordu yaranmışdı, müasir döyüş sursatı bazası əmələ gəlmişdi. Əlimizdə “Kalaşnikov” avtomatından tutmuş, “Skad” raketlərinə qədər hər şy vardı. Bu, ölkəni müdafiə etmək qabiliyyətində olan, döyüş qabiliyyətinə görə bölgədə üçüncü olan güclü bir orduydu. Bəli, SSRİ-nin ölkəmi işğal etməsi mənim xoşuma gəlmirdi. Amma onların Əfqanıstan üçün etdiklərini analiz edib bunun mənfəətini də görə bilmişdim və ona görə də vida zamanı bir sovet əsgərinə gül bağışladım”.
Vəli Olah Bədlun isə deyir ki, keçmişə bu gündən baxanda görürəm ki, Əfqanıstana girmək sovet rəhbərliyinin birinci böyük səhviydi. “Hərbi kontingentin çıxarılması isə əfqan xalqının faciəsinə səbəb olan ikinci böyük səhv oldu. Bu qərar imkan verdi ki, ardınca ölkəni Amerika ordusu işğal etsin”.
Əfqanıstanı strateji mövqeyinə görə, Mərkəzi Asiyanın “açarı” da adlandırırlar. Və tarixən heç bir fövqəldövlətə bu açarı əldə etmək nəsib olmayıb. Bunun bir səbəbi var Daha doğrusu, səbəbkarı - əfqan xalqı. Cəsur, döyüşkən, azadlıq sevər əfqanlar.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20