Deputatlar icra başçılarının həbsindən danışdılar: “Çoxlarının yuxusu qaçıb...”
Müsahibə21 dekabr 2019 18:32
Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması ölkə gündəmini zəbt edib.
İki gündür sosial şəbəkələrdə açılan müzakirələr də harınlamış icra başçılarının məsələsi barəsindədir.
Prezident icra başçılarına dəfələrlə xəbərdarlıq etsə də, çağırışlar ünvanlasa da, bəziləri necə deyərlər, öz bildiyini etməkdədir.
V çağırış Milli Məclisin deputatları Modern.az-a bu məsələlərdən danışıblar.
Fəzail Ağamalı: "Əlbəttə, baş vermiş bu hadisə çox ciddi təəssüf doğurur. Ona görə ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Yenə köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib və nəticə də bəllidir”.
Fəzail Ağamalı qeyd edib ki, ölkə prezidenti 2018-ci ilin aprel ayından başlayaraq Azərbaycanda ciddi islahatlara start verib:
"Bununla bağlı dəfələrlə fikirlərimizi söyləmişik. Bu islahatlar Azərbaycanı daha yüksək inkişaf səviyyəsinə qaldırcaq və ölkə preizdentinin niyyəti, hədəfi də budur. Baş verən bu kimi hallar başa düşülən və bağışlanan deyil. Prezident ayrı-ayrı şəxsləri vəzifəyə təyin edəndə onların diqqətinə çatdırdı ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə başlayıb. Prezident qeyd etmişdi ki, kim korrupsiyaya yol versə, xalqa xidmət etməsə, ciddi şəkildə cəzalanacaq. Bütün bu mesajları nəzərə almayanlar ciddi formada cəzalanır və onların yolu ilə gedənlər də, şübhə etmirəm ki, öz cavablarını alacaqlar. Azərbaycan artıq başqa bir ölkədir! Məmurlar yeni Azərbaycana adaptasiya olmağı bacarmalıdırlar. Əgər bunun əksi olacaqsa, onlar da yaxın zamanda öz cəzalarını alacaqlar. Qeyd edim ki, Ağstafanın və Yevlaxın sabiq icra başçısının məsələsinə DTX-nın rəhbərlik etməsinı adi yanaşmaq olmaz”.
Elman Məmmədov: "Hamıya məlum olan bir həqiqət var ki, hər kəs cəmiyyətdə öz əməlləri ilə tanınır. Bəzən bu kimi insanlar elə bilir ki, onların əməlləri gizli qalır və heç kimin bundan xəbəri yoxdur. Lakin uca Yaradan, Tanrımız hər şeyi görür. Hər bir insan elədiyi əməllərin cavabını alır”.
Elman Məmmədov qeyd edib ki, Prezident illərdir bəyan edir ki, biz korrupsiyaya qarşı barışmaz mübarizə aparırıq:
"Lakin görünür ki, bəzi məmurlar prezidentin bu bəyanatlarından nəticə çıxara bilmir. İstənilən qanunsuzluğunun qarşısı ciddi şəkildə alınır. Ağsatafa və Yevlaxın icra başçılarının da həbs olunması mənə elə gəlir ki, digər bütün vəzifəli şəxslərə bir mesajdır. Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb. Dövlət sənə yetəri qədər maaş ayırır və sən bunların çərçivəsində addım atmalısan. Bəzi məmurların aldıqları ev, maşın maaşlarına uyğun olmalıdır ki, sonra bu kimi hallarla rastlaşmasınlar. Əgər aldığın maaşından artıq nələrsə etmisənsə, deməli ya dövlətin, ya da vətəndaşın cibinə girmisən. Düşünürəm ki, bunlar çox ibrətamiz və tərbiyələndirici tədbirlərdir”.
Aqil Abbas: "Belə adamlar yerlərində olmayan şəxslərdir. Hansı ki, vəzifəyə təyin edilirlər, işlərini özləri kimi qururlar. Gizli əməllərin üstü nə olur olsun, bir gün açılır. "Oğurluğun ömrü 40 gün olur” deyirlər. Ölkədə çox böyük islahat gedir. Bundan bir müddət əvvəl bir neçə rayonda kart paylayan Sosial Müdafiə Fondunun işçiləri də həbs olundular. Görünür ki, dərs götürmürlər”.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya