Məhkumun atası Prezidentə müraciət etdi
Məhkum Qasımov Bahadur Əli oğlunun 80 yaşlı atası, Şəmkir sakini Qasımov Əli Əmiraslan oğlu Prezident İlham Əliyevə müraciət edib.
NUH.az müraciəti təqdim edir:
"Möhtərəm Prezident!
Rusiya vətəndaşı olan oğlum Qasımov Bahadur Əli oğlu ailəmizin şərəfi-namusu ilə bağlı mübahisə zəminində Daşkəsən rayon sakini Asəf İsayevi qətlə yetirib. Belə ki, Daşkəsəndə təyinat üzrə müəllimə işləyən qız nəvəmi Asəf İsayev zorla qaçırdıb. Nəvəmin valideynləri övladlarını geri qaytarıblar. Ancaq Asəf İsayev nəvəmi yenidən zorla qaçıracağını təkidlə bildirib. Oğlum Bahadur məcbur olub məsələyə qarışıb və mübahisə zəminində Asəfi qətlə yetirib, könüllü olaraq polisə təslim olub.
Cənab Prezident !
Ümumilli liderimiz Heydər Əliyev deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".
Mən oğlumun günasız olduğunu qəti iddia etmirəm. Bəli, oğlum ailə namusu zəminində cinayət törədib və haqlı olaraq cəzasını almalıdır. Ancaq bu cəza haqlı və ədalətli olmalıdır.
Birincisi, mənim oğlum oğurluq, qulduqluq səbəbi ilə cinayət törətməyib. Bu bir ailənin şərəf məsələsidir. Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, biz bir millət olaraq bizə yad dəyərlərə, yabançı əxlaqa inteqrasiya edə bilmərik. Bizim dəfələrlə tələbimizə baxmayaraq, qarşı tərəf öz çirkin niyyətindən əl çəkməyib və oğlum məcburiyyət qarşısında cinayətə yol verib. Əlbəttə, mən yenə də oğluma bəraət qazandırmıram. Amma, CƏZA-nın dərəcəsi CİNAYƏT əməlinin dərəcəsinə uyğun olmalıdır. Yəni cəza nə artıq, nə də əskik olmamalıdır. Mənim də tələbim və xahişim oğlumun ədalətlə mühakimə olunması və kimlərinsə tələbi və sifartişi ilə deyil, qanunun tələbi ilə cəzalandırılmasıdır. Başqa xahişim yoxdur.
Cənab Prezident!
Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, məhkəmə-hüquq sistemində ciddi problemlər var və bunun üçün islahatlara ehtiyac var. Bizim bir ailə olaraq istəyimiz də oğlumun ədalətlə mühakimə olunmasıdır. Ancaq təəssüf ki, 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə appelyasiya şikayətinə BAXILIB və oğlum Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Ancaq adına ƏDALƏT məhkəməsi dediyimiz qurum oğlumun söz demək haqqını tanımayıb və son söz deməyə imkan verməyib.
Cənab Prezident !
Heç orta əsrlərdə belə mühakimə olmayıb. Hətta ən qatı cinayətkarın son söz demək haqqı var. Hakim oğlumun özünə yeni vəkil tutmaq tələbini qəbul etməyib. Əgər hakim mənim oğluma öz sözünü deməyə imkan vermirsə, hansı ədalətdən danışmaq olar?
Oğlum öz vəkilindən imtina etməsinə və vaxt istəməsinə baxmayaraq, hakim qanunları və ədalət hissini unudaraq oğlumun hüquqlarını pozub. Yeri gəlmişkən, Təhsil Nazirliyi və Daşkəsən Təhsil Şöbəsi bugünədək təyinatla ucqar dağ kəndinə göndərdiyi öz kadrının talehi ilə maraqlanmayıb.
Cənab Prezident!
Bir daha təkrar edirəm ki, mənim və ailəmin məqsədi oğlumun cəzasını yüngülləşdirmək deyil. Mən istəyirəm ki, hər şey ədalətli və qanuna uyğun olsun. Biz Sizin ədalətinizə sığınırıq, cənab Prezident!"
Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Daşkəsən rayonu Almalı kənd sakini Asəf İsayev Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Sonra qızın valideynləri ora gedərək qızı geri qaytarıblar. Asəf İsayev isə onlara qızı yenə qaçırdacağını deyib.
Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı, Rusiya vətəndaşı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla görüşüb, söhbət etmək istədiyini bildirib. Onlar görüşüblər, aralarında mübahisə düşüb və nəticədə B.Qasımov onu qətlə yetirib. Və hadisədən sonra B.Qasımov Şəmkir rayon Polis şöbəsinə gedərək, törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.
Sonra Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hökmü ilə Bahadur Qasımov 18 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan tərəflər Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib. 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə apellyasiya şikayətinə baxılıb və Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41