“Forbes” azərbaycanlı milyarderlərin Moskvadakı savaşından yazdı
İş adamları ilə bağlı dünya çapında nüfuz sahibi olan “Forbes” jurnalında azərbaycanlı iş adamları haqqında maraqlı bir yazı gedib. Məqalədə adı hallanan şəxslər rəsmən milyarderlər kimi tanınırlar. “Forbes” yazır ki, Rusiyada birgə iş görən iki azərbaycanlı milyarder arasında qarşıdurma yaranıb və milyarderlərdən biri o birinin üstünə silahlı birləşmə göndərib...
Məqalədə qeyd olunur ki, 46 yaşlı İlqar Hacıyev Azərbaycanda milyard dollar dəyəri olan ilk şirkəti quran birisidir. Hazırda o, Berlində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi tikinti şirkəti gördüyü işlərin həcmindən dolayı “Titan” hesab olunur. Artıq bu şirkət Afrikada da özünə yer edib. Qambiyada böyük işlər görür.
İlqar Hacıyev 15 ildən çoxdur ki, Azərbaycanda, keçmiş Sovet İttifaqı, Şərqi Avropa və hətta Nigeriyada yollar, körpülər, hava və dəniz limanları tikir. İndi o, Berlində yaşayan digər azərbaycanlı iş adamı Ziya Qazıyevlə ortaqlıq edir.
God Nissanov
Bir il əvvələ qədər cənab Hacıyev əsasən Rusiyada tikinti işinə baxırdı. Lakin orada başqa bir azərbaycanlı iş adamı, əmlak bazarında milyardlar qazanmış God Nisanovla mübahisələri düşüb. Qarşı tərəf onu ölümlə təhdid edir. Elə bu səbəbdən də İlqar Hacıyev sonda Berlinə köçməyə vadar olub.
"Almaniya biznes üçün fantastik bir yerdir", Hacıyev Berlindəki ofisində verdiyi müsahibəsində belə deyir.
Amerika jurnalı yazır ki, İlqar Hacıyevin biznes istedadı haqqında əfsanələr dolaşır. O, 15 yaşında Azərbaycanın paytaxtını tərk edərək Rusiyaya gedib. Dörd il sonra, o, artıq milyonçu idi. Biznes sahəsində sürətlə irəlilədi. Bir müddət sonra yenidən Bakıya qayıtdı. “Akkord” tikinti şirkətini yaratdı. Sovet İttifaqının süqutu və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən separatçı müharibə iqtisadiyyatı yaman günə qoymuşdu. Lakin 2006-cı ildən sonra Azərbaycanın karbohidrogen ehtiyatları Qərbə nəql olunmağa başladı. Ölkədə canlanma yarandı.
O zaman cəmi 33 yaşı olan İlqar Hacıyevin şirkətinin bazar dəyəri 4 milyard dollardan çox idi. Strateji əhəmiyyətli infrastruktur layihələrinin istismara verilməsinin açılışlarına qatılırdı....
2017-ci ildə cənab Hacıyev Moskvadakı ortağı Nisanovla birlikdə bahalı kommersiya layihələri həyat keçirdirdi.
Cənab Hacıyev 2018-ci ildə 50 milyon dollar qoyaraq növbəti tikintiyə başladı. Ancaq Nisanovla aralarında problem yarandı. Hacıyev layihədə yaşayış sahəsinin daha çox olmasına çalışırdı, Nisanov isə kommersiya üçün daha geniş ərazi əldə etmək istəyirdi.
Amerika nəşri deyir ki, o vaxt Rusiya mətbuatı yazırdı ki, Nisanov cənab Hacıyevin üstünə silahlı banda göndərib. Ölümlə təhdid edilən cənab Hacıyev və onun ailəsi Almaniyaya qaçmağa məcbur olub.
İndi isə o, Almaniya üzərindən Rusiyada yarımçıq qalan işlərini yekunlaşdırmağa çalışır...
Elbəyi Həsənli, Sürix
Musavat.com
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...
23 mart 2024 17:53
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05