Əlövsət Əliyev gələn həftə buraxıla bilər - Qardaşları danışdı
Region29 noyabr 2019 10:31
Almaniyada son vaxtlar saxlanılanlardan biri də "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Hüquq müdafiəçisinin qardaşlarından onun son durumu, Almaniyaya gedib-getmədikləri ilə maraqlandıq.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Almaniyaya getməyi düşünmür: "Bu ailə söhbətidir. Mətbuata aidiyyəti yoxdur, gedən olub, yoxsa yox. Amma Almaniyada yaşayan ailə üzvləri, vəkili görüşüblər. Vəkilin dediyinə görə, hər şey qaydasında olacaq. Çünki o, alman qanunları çərçivəsində işləyib. Açığı, özüm Almaniyaya getməyi hələ ki düşünmürəm. İmkan olanda gedərəm.
Almaniya elə ölkədir ki, orada son söz qanunundur. Qanun necə tələb edirsə, bu çərçivədə məsələyə baxılacaq. Onun qanun pozuntusu etmədiyini düşündüyüm üçün çox da narahat deyiləm”.
Ə.Əliyevin digər qardaşı, "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlu onun gələn həftə buraxıla biləcəyini qeyd etdi: "Bizim ailədən Almaniyaya gedən olmayıb. Ailə üzvləri oradadır. Noyabrın 27-də görüşüblər. Hər şey qaydasındadır. Yəqin ki, gələn həftə məsələ həll olunacaq. Doğrusu, getmək istəyirdim. Amma gələn həftə çıxmaq ehtimalı var. Ona görə də getməyə dəyməz. Həm də ki gərək onunla görüşmək imkanı olsun. Əvvəlcədən hər şey razılaşdırılmalıdır. Yoldaşı və uşağı ilə görüşüb. Özü baş verənlərdən narahat deyil. Yəqin ki, çıxandan sonra bu məsələlərə aydınlıq gətirəcək. Almaniyada qanunvericiliyin tələbləri var. Vəkil deyib ki, qanunla gələn həftə onun buraxılmaq ehtimalı var. O istiqamətdə vəkil çalışır. Bunun hansı yollarla olacağı alman qanunlarının verdiyi imkanlarla baş tuta bilər”.
Ş.Xuduoğlu qardaşının ümumi durumunun normal olduğunu söylədi: "Deyilənə görə, saxlanma şəraiti yaxşıdır. Saxlanıldığı yerdə kitabxana var, ondan faydalanır. Ailəsi, Bakıdakı yaxınları ilə maraqlanıb. Ailəsi ilə görüşdən sonra əhvalı daha da yaxşı olub. Özünü sabit hiss edir. Elə bir xüsusi narahatlığı yoxdur”.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya