Fəxri Xiyabanda boş yerlər azalıb...
Maraqlı26 noyabr 2019 22:56
Fəxri Xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleksdir. Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamı ilə yaradılıb.
Hazırda Bakıda I, II Fəxri Xiyaban mövcuddur. I Fəxri Xiyabanda 256, II Fəxri Xiyabanda 123 görkəmli şəxsi dəfn edilib.
Belə fikirlər var ki, Bakının mərkəzində yerləşən qəbiristanlıqlarda olduğu kimi, I və II Fəxri Xiyabanlarda da sıxlıq müşahidə edilir və bu səbəbdən də yaxın gələcəkdə məşhur şəxslərin burada dəfn edilməsi mümkün olmayacaq.
Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a deyib ki, Fəxri Xiyabanda sıxlıq olsa da, boş yerlər hələ var:
"I və II Fəxri Xiyabanda boş yerlər hələ qalsa da, dəqiq say demək mümkün deyil. Şəhərin mərkəzindəki adi qəbiristanlıqlarda isə daha sıxlıqdır. Doğurudur, məsələn, kimsə istəyirsə ki, vəfat edəni yaxınlarının yanında dəfn etsin, ona birtəhər yer tapmaq olur. Amma ümumilikdə qəbiristanlıqlarda sıxlıqdır. Hazırda 14 qəbiristanlıq bələdiyyələrə verilib və artıq bu məsələlərlə onlar məşğuldur”.
S.Həsənov Fəxri Xiyabanda dəfn olunma prosedurundan da danışıb. Qeyd edib ki, vəfat edən şəxsin Fəxri Xiyabanda dəfn olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə müraciət edilir:
"Departament də bizə məlumat verir. Biz vəfat edənin ixtisasına, peşəsinə uyğun, məsələn akademikdirsə, Xalq artistidirsə və s. o sahəyə uyğun yer ayırırırq. Ölən adam orada dəfn edilir. Yəni biz icraçıyıq, nə göstəriş verilirsə, onu həyata keçiririk”.
Milli Məclisin İctimai birliklər və dini komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a bildirib ki, Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması gündəmdədir:
"Fəxri Xiyaban, Bakıda, eləcə də regionlarda olan Şəhidlər xiyabanlarını çıxmaq şərtilə, yerdə qalanların hamısı bərabər olmalıdır. Nazirlər Kabinetinin qərarı əsasında yerlərin ayrılması, qəbirlərin hansı formada olması şərtilə həyata keçirilməlidir. Bu prosedurun rəsmi tərəfidir”.
S.Novruzovun sözlərinə görə, əgər Fəxri Xiyabanda yerlər tam məhdudlaşarsa, bununla bağlı hökumət tərəfindən qərar veriləcək:
"Bakıda I və II Fəxri xiyabanlar salınıb. Yerlər məhdudlaşdıqca, hökumət bununla bağlı addım atacaq. Bu, hökumətin səlahiyyətində olan haldır. Qanunla burada qəbirüstü abidələrin qoyulmasına qadağa yoxdur. Yerdə qalan qəbiristanlıqlar isə nümunəvi olmalıdır”.
Komitə sədri qeyd edib ki, Azərbaycana xaricdən gələn qonaqlar həm Fəxri Xiyabanla, həm də Şəhidlər Xiyabanı ilə bağlı özlərinin rəylərini açıqlayırlar:
"Onlar bildirirlər ki, hər bir ölkə belə xiyabanlar yaratmağa çalışmalıdır. Bu, insanların tarixdə qalması, gələn qonaqların hər birinin oranı ziyarət edərkən təəssüratının yaranması üçün olduqca vacibdir. Bilinsin ki, mədəniyyətlə, mətbuatla, siyasətlə və s. ilə məşğul olanlar kimlər olub, Azərbaycan torpağının azadlığı uğrunda mübarizədə kimlər iştirak edib... Hər iki yer gənc nəslin düzgün tərbiyə olunmasında, düzgün istiqamətlənməsində mühüm rol oynayır. Tarix dərslərinin keçirilməsilə yanaşı, uşaqların xiyabanları ziyarət etməsi, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin bir daha xatırlanması əsas amillərdəndir. Biri var kitabdan oxuyasan, biri də var canlı şəkildə onların qəbirlərini ziyaraət edəsən”.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Azərbaycanda 5 min eşşək YOXA ÇIXIB - Ən çox bu rayonlardadır
31 mart 2024 12:44
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya