Oqtay Gülalıyevi maşınla vuran sürücü ilk dəfə danışdı
Kriminal25 noyabr 2019 22:04
Bir ay öncə – oktyabrın 29-da avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır. Ailə üzvlərinin dediyinə görə, onun hazırda müalicə aldığı Türkiyə xəstəxanasının həkimləri də komadan nə vaxt çıxacağını bilmirlər. Qeyd ed’k ki? hüquq müdafiəçisinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götrüb.
Hadisə ilə bağlı müxtəlif versiyalar səslənib. Bunun ehtiyatsızlıqdan baş verən yol qəzası olduğunu deyənlər də olub, qəsdən törədildiyini iddia edənlər də. Hüquq müdafiəçisinin yaxınları, ictimai-siyasi fəallar bu olayla bağlı fikirlərini mediada, sosial şəbəkələrdə paylaşır.
Bugünlərdə Repressiya və İşgəncələr Əleyhinə Komitə sözügedən avtomobil qəzasının müəmmalı olduğunu bəyan edib və hadisə ilə bağlı beynəlxalq araşdırma aparılması istənilib.
Qaynarinfo xəbər verir ki, bu istiqamətdə müzakirələrdə qarşı tərəfin fikri bəlli deyildi. "Azadlıq” Radiosu hadisəni törətmiş «Hyundai» markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan Abdullayevin də olayla bağlı fikirlərini, O.Gülalıyevin qəsdən vurulması, onun xəstəxanaya gec çatdırılması və s. ittihamlara münasibətini öyrənib.
35-yaşlı K.Abdullayev Mingəçevirdəndir, amma Bakıda yaşayır və burada taksi fəaliyyətiylə məşğul olduğunu deyir. Üçyaşlı bir qızı var. Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma - zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ona qarşı ittiham irəli sürülüb.
K.Abdullayev özü haqqında sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu deyir:
– Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur. Hadisə vaxtı Oqtay müəllimin dostları da ordaydı. Onu «Semaşko»ya çatdıranda da ordaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub. Özləri də deyirdilər ki, ehtiyatsızlıqdandır. Sonradan bu sui-qəsd söhbətləri niyə ortaya çıxdı, heç nə başa düşmədim. Heç kim də gəlib məndən heç nə soruşmadı, fikrimi bilmək istəmədi.
– Hadisə necə baş verdi?
– Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam. Bu qədər şişirtmək, yalan yazmaq... Təxribat, təxribat, sui-qəsd... Dediyim kimi, sırf ehtiyatsızlıqdan olan bir hadisəni insanlar niyə bu qədər təhrif edir, anlaya bilmirəm.
- Öncədən Oqtay Gülalıyevlə tanışlığınız vardımı?
– Xeyr, olmayıb. Mən hadisədən sonra onu tanımışam. Onu xəstəxanaya aparanda soruşdum ki, «kimsiniz, müəllimə oxşayırsız»? Çünki kostyumda, qalstukda idi. Dedi, adım Oqtaydır. Soruşdu ki, məni tanıyırsız? Dedim, yox, tanımıram. Dostları da bilir, onlardan da soruşdum, dedilər, Oqtay Gülalıyev belə-belə insandır.
– Dediyinizdən belə anlaşılır ki, Oqtay Gülalıyev xəstəxanaya aparılanda danışırmış...
– Əlbəttə. Hətta xəstəxanaya aparanda dedi ki, «düşür məni, hər şey normaldır, xəstəxanaya getməyə ehtiyac yoxdur». Mən özüm apardım ki, yoxlansın, lazımi yardım göstərilsin.
-Deyirsiniz ki, hadisə vaxtı dostları da yanında olub. Yayılan videoda onun yolu tək keçdiyi görünür...
– Bəli, yolu tək keçirdi. Amma dostu yolun o biri tərəfində onu gözləyirmiş.
– Dostunun kimliyini, adını xatırlayırsınızmı? Çünki onunla da danışdığınızı deyirsiniz...
– Xeyr, adı yadımda deyil. «Semaşko»da da mənə dedi ki, «yolun o biri tərəfində Oqtay müəllimi gözləyirdim, qəza olanda yaxınlaşdım, gördüm ki, Oqtay müəllim yerdə uzanıb». Onu xəstəxanaya mən öz maşınımda aparmışam, amma xəstəxanaya çatana qədər dostu mənimlə telefonla danışıb. Zəng eləyib soruşurdu ki, hardasız, çatmısız və s.
– Belə iddialar da var ki, hadisədən sonra xəstəxanaya gec çatdırılıb. Bu barədə nə deyə bilərsiniz?
– Mən qəzadan sonra yarım saata aparıb çatdırmışam. Deyirlər ki, guya axşam saat 9-da aparmışam. Niyə olmayan şeyləri danışırlar, yazırlar, başa düşə bilmirəm. Axşam saat 6-ya 20 dəqiqə işləmiş qəza olub. Oqtay müəllim ayağa qalxana, maşına minənə qədər bir qədər vaxt keçdi. Təxminən 6-nın yarısında aparmışam. 7-yə uzağı 5-10 dəqiqə işləmiş artıq xəstəxanada idik. Xəstəxananın kamera görüntüləri var, onlara baxmaq olar. Mənim dostum orada olub, Oqtay müəllimin öz dostları... Bunu sübut eləmək elə də çətin deyil axı. Yəni, saat 9-da aparıb çatdırmağım yalandır.
Biz Oqtay bəyin ayılmasını, özünə gəlməsini gözləyirik. Vəkilim də vəsatətlər qaldırıb, müstəntiq məktublar göndərib. Bu işin obyektiv araşdırılmasına çalışırlar. Biz də kamera görüntülərinin çıxarılmasında, hətta sosial şəbəkələrdə yayılmasında maraqlıyıq. Bakı Nəqliyyat Agentliyində də, başqa orqanlarda da yəqin ki, o görüntülər var. Çıxıb gəldiyim yerdən, hadisə yerinə qədər baxa bilərlər. Bunları bilmədən, görmədən haqqımda niyə yalan yayırlar?
Xatırladaq ki, hadisə ilə bağlı istintaq araşdırmaları Nəsimi Rayon Polis İdarəsində aparılır. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamasında hadisənin qəsdən törədilməsi barədə fikirlərin əsassız olduğu bilirilib.
Oxşar xəbərlər
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya