Nərimanov tanışını niyə güllələyib?
Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılıb. Prokuror həbs edilən şəxsə ağır cəza istəyib. Hadisənin ilginc səbəbləri var.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Rafət Nərimanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rafət Nərimanov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikə) maddələri ilə ittiham edilir. İttihama görə, Rafət Nərimanov 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova odlu silahdan 4 dəfə atəş açıb. Buna səbəb tanışların pul məsələsinə görə aralarında yaranmış mübahisə olub.
Belə ki, ittihamda göstərilir ki, Nizami Qasımov tanışı Rafət Nərimanova saxlaması üçün 105 min dollar pul verib. Lakin Rafət Nərimanov sonradan pulu geri qaytarmayaraq mənimsəyib. Bu səbəbdən tərəflər arasında yaşanan mübahisə zamanı Rafət Nərimanov özünə məxsus odlu silahla Nizami Qasımova atəş açıb. Xəstəxanaya çatdırılan N.Qasımovun həyatını xilas etmək mümkün olub.
Elan olunmuş ittihamla Rafət Nərimanov özünü qismən təqsirli bilib. Deyib ki, Nizami Qasımovu öldürmək niyyəti olmayıb. O, iddia edir ki, Nizami Qasımov ona 105 min dollar pulu verməyib.
Rafət Nərimanov ifadəsinə bunları əlavə edib: "Nizaminin evindən oğurluq edilmişdi. O da mənə bağlı bir qutu gətirdi. Dedi ki, içində bahalı hədiyyə var. Mən də aparıb evdə saxladım. Sonra qutunu məndən istəyəndə özünə təhvil verdim. Mənə içərisində pul olduğunu deməmişdi. Mənə dedi ki, qutuda olan 105 min dollar yoxdur. Buna görə də mübahisə elədik. Məni özümdən çıxardı. Mən də onu qorxutmaq üçün atəş açdım".
Rafət Nərimanovun vəkili də məhkəmədə müdafiə çıxışı edib. Vəkil müdafiə çıxışında bildirib ki, təkrar ekspertiza keçirilməli və ibtidai istintaqı aparan müstəntiq məhkəməyə çağırılaraq dindirilməlidir.
Müdafiəçi qeyd edib ki, hadisə yerindən 4 giliz tapılsa da maşında 2 güllə izi var: "Maşına iki güllə dəyməsini sübut edən ekspertiza rəyi var. Zərərçəkmiş şəxsə güllə də dəyməyib. Şahidlərdən biri də qeyd etdi ki, hadisə yerinə çağırılan təcili tibbi yardım zərərçəkmişə heç bir yardım göstərməyərək gedib. Belə olan halda hansı adam öldürməyə cəhddən söhbət gedə bilər? Müdafiə etdiyim şəxs də bildirir ki, məqsədi zərərçəkən şəxsi qorxutmaq olub və havaya atəş açıb".
Vəkil tərəflər arasında baş vermiş insidentə səbəb olan hadisədən də danışıb. O, bildirib ki, Nizami Qasımov müdafiə etdiyi Nərimanova vermədiyi 105 min dolları tələb edib: "İndiki zamanda heç kim başqasına saymadan min manat belə, vermir. Amma zərərçəkmiş iddia edir ki, Nərimanova 105 min dollar verib. İlk ifadəsində qutuda pul olmadığını deyib. Bildirib ki, bahalı hədiyyə olub və Rafətdən xahiş edib ki, qutunu öz evində saxlasın. Çünki bir müddət əvvəl Nizami Qasımovun evindən oğurluq edilmişdi. Nizami Qasımov da deyib ki, vəzifəli şəxsə veriləcək həmin hədiyyəni Rafət evində saxlasın. Hətta Nizami Qasımovun ifadəsindən aydın olur ki, o, bir dəfə şübhə edərək Rafətdən qutunu istəyib. Lakin sonradan qutunu ona yenidən qaytarıb. Maraqlıdır ki, onda da qutuda pul olduğunu deməyib. Reallıqdan danışmaq lazımdır. Əgər Nizami Qasımov Rafət Nərimanova etibar edib, ona saxlaması üçün pul verirdisə, niyə etibar edib qutunun içərisində 105 min dollar olduğunu deməyib? Bir dəfə şübhə etmişdisə, niyə qutunu geri alanda heç olmasa, pulu yenidən saymırdı? Düşünürəm ki, ittiham əsassızdır. Buna görə də müdafiə etdiyim şəxsə qarşı elan olunmuş ittihamlarla bəraət verilməlidir".
Rafət Nərimanov isə son söz üçün məhkəmədən vaxt istəyib.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- NAR-ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
2 aprel 2024 20:18
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya