İH başçısı adından PA-ya məktub yazılıb – Ağsuda sensasion saxtakarlıq
Ağsunun icra başçısı Vahid Tağıyevin adından Prezident Admnistrasiyasına (PA) yalan dolu məktub göndərilib.
Bu sensaion olay barədə Qaynarinfo-ya Ağsunun Bico kənd sakini Seymur İsayev məlumat verib. Onun sözlərinə görə, bir müddətdir ki, Bico kəndində örüş sahələrinin ayrı-ayrı şəxslərə satılması ilə bağlı narazılıq var.
Bununla bağlı kənd sakinləri Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edilib. Müraciəti 31 nəfər kənd sakini imzalayıb. "Müraciətimizə cavab verilib. Lakin bu, yeni icra başçısı Vahid Tağıyevdən gizlədilib. Cavab məktubunda məsələnin araşdırılması və Prezident Admnistrasiyasına bu barədə məlumat verilməsi qeyd edilib. Prezident Admnistrasiyasına ünvanlanan məktubda isə bizim müraciətin böhtan olduğu iddia edilib. Həmçinin yazılıb ki, guya bu müraciət şəxsən mənə aiddir. İmzaları da özüm qoymuşam”, - deyə kənd sakini bildirib.
Seymur İsayevin sözlərinə görə, məsələ ilə bağlı icra başçısının qəbulunda olub: "Bəlli oldu ki, icra başçısının bütün bunlardan xəbəri yoxdur. Mən isə ona bildirdim ki, sizin adınıza gələn məktuba sizdən xəbərsiz cavab yazıblar və kənd sakinlərinə, o cümlədən mənə böhtan atıblar. Bu işlərin arxasında isə icra hakimiyyətinin hüquq şəbəsinin müdiri Tofiq Kərimov, Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudov, onun müavini Ayət Abasov və Bico kənd bələdiyyə sədri Anar Abasov dayanır. Bu arada qeyd edim ki, Anar Abasov Ləngəbiz kənd məktəbində direktor müavini işləyir. Atası onun əvəzindən bələdiyyəni idarə edir.
Bu şəxslər əlbir olaraqhəm örüş sahələrini "əridiblər”, həm də saxtakarlıq ediblər. Prezident Admnistrasiyasına icra başçısının adından məktubu Tofiq Kərimov göndərib. Amma Vahid müəllimin bundan xəbəri yoxdur.
Həmçinin bu şəxslər Prezidentə və Mehriban xanıma ünvanladığımız müraciətə imza atanlarla tək-tək görüşərək, onlara təzyiq edibrlər ki, imzalarından imtina etsinlər. Dükanı olana deyiblər dükanı bağlayacaqlar, mal-qarası olan deyiblər mal-qaranı satdıracaqlar və s. Amma bunu kimlərin edəcəyini deməyiblər. Bütün bunlar barədə icra başçısına ətraflı məlumat verdim. İnsafən Vahid müəllim icra başçısı təyin olunan gündən müsbət işlər görür. Elə bizim kəndin camaatı ilə səyyar qəbul təşkil edib, problemləri dinləyib.
Amma adını çəkdiyim şəxslər müsbət işlərə mane olmağa çalışırlar. Prezident Admnistrasiyasına göndərilən məktubda qeyd edilib ki, kəndin 3000 hektar örüş sahəsi var və həmin ərazi əhalinin istifadəsindədir. Bu yalandır. Çünki həmin 3000 hektarın təxminən 900 hektara yaxını uzun müddətli müqavilə ilə ayrı-ayrı şəxslərə verilib. Daha doğrusu satılıb.
İddia edirlər ki, 200 hektar ərazi "Batabat” MMC-yə məxsusdur. Bu ərazi faktiki olaraq örüş sahəsidir. Veriblər adını çəkdiyim MMC-yə, 1 hektarı 70 qəpiyə. Hər halda müqavilədə belə qeyd edilib. Amma kənd camaatı torpaq sahəsi icarəyə götürəndə 1 hektarı 20-50 manat civarında rəsmiləşdirlir”.
Şikayətçi deyir ki, hazırda kənd camaatının mal-qarasını otarmaq üçün örüş sahəsi yoxdur.
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
23 mart 2024 07:58
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- İcra başçısı Nahid Bağırovdan əcaib reaksiya - Video
21 mart 2024 20:37
- İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 mart 2024 16:33
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05