Həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir

Dünən Almaniyada siyasi mühacir alverinə görə həbs edilən Elçin Əkbərov barəsində bundan öncə də Azərbaycan mediasında qalmaqallı yazılar yayımlanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyən E.Əkbərov polis mayoru olan qardaşı Mahir Əkbərovla bağlı gündəmə gəlmişdi. M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuşdu. Onun arvadı Leyla Əkbərova isə bir neçə nəfərdən saxta sənəd düzəltməklə vəzifəyə təyin etmək adı altında 100 min manatdan çox pul alıb mənimsəmişdi. Məhkəmə L.Əkbərovanı 9 il müddətinə azadlıqdan məhrum etdi. Həmin zaman zərərçəkən tərəf bu işləri Mahir Əkbərovun etdiyini iddia edirdi: “95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”. REKLAM honda.az Daha ətraflı Mahir Əkbərova 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən çıxarılandan sonra Nizami rayonunda Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib. Bu işdə Mahir və Elçin Əkbərovların anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləmiş Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə vermişdi. O, əvvəllər Şərur rayon Təhsil Şöbəsinin rəhbəri olub. Bakupost.az-ın 2016-cı ildə yaydığı məlumatda qeyd olunub ki, uzun müddət Cəzaçəkmə Müəssisələrinin rəisi işləyən Elçin Əkbərov 2015-ci ildə Almaniyadan siyasi sığınacaq alıb: “Həmin vəzifədə işləyən zaman insan hüquq və azadlıqlarını pozan, məhbuslarla qəddar münasibəti ilə seçilən və ən rüşvətxor müəssisə rəhbərlərindən biri kimi tanınan bu şəxs elə həmin əməllərinə görə də Mədət Quliyevin əmri ilə işdən qovulub. Elçin Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub. Belə ki, o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycanı tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib. Araşdırma zamanı məlum olub ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb. Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P16910631 saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər. Qeyd edək ki, bu ailə əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindəndir. İddiaya görə, Elçin Əkbərov 90-cı illərdə həmin dövrün məşhur "Laləndə” restoranında münaqişə zəminində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralayıb. E.Əkbərov 2015-ci ildə “Yeni Müsavat”a müsahibəsində deyib ki, şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemi olub: “Mədət Quliyev Penitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim” E.Əkbərin Almaniyada dörd uşağı və arvadı ilə birgə yaşayır. Onun 90-cı illərdə “OMON”la əlaqəsi olduğu bildirilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əkbərovun Almaniyada mühacirlik həyatı yaşadığı vaxt da Bakıda biznesini idarə etdiyi, başqa adla hazırladığı saxta pasportla Azərbaycana gəlib getdiyi iddia olunur. Onun Babək prospketində “Aysun” adlı restoranı, Bakıda bahalı maşınları olduğu barədə məlumatlar var. İddiaya görə, E.Əkbərov həyat yoldaşı Pərvin Əkbərova üçün də saxta sənəd düzəldib onu “Sevda Əkbərova” kimi təqdim edib. Əkbərovun digər qardaşı Elnur isə Nizami rayonunda yerləşən maşın bazarında topdan təkər satışı ilə məşğul olur. Məlumata görə, E.Əkbərov Almaniyadan Azərbaycana içi təkərlə dolu tırlar göndərirmiş, Elnur isə təkərləri özünə götürüb maşını sataraq pulu Elçinə göndərib. E.Əkbərov mühacir statusu aldıqdan sonra Almaniyada ət biznesi ilə məşğul olub. Almaniya mətbuatının yazdığına görə, mühacir alverinə görə tutulanlar təxminən 20 azərbaycanlıya 3-10 min avro alaraq qarşılığında mühacirlik statusu vəd ediblər.
- Masallıda Baş həkim həbs edildi
22 yanvar 2021 21:28
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 2021 18:38
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 2021 14:08
- “Lotu Quli”nin məzarı üstündəki silahlı insidentin səbəbi
20 yanvar 2021 10:10
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 2021 23:00
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 2021 14:25
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 2021 18:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 2021 16:26
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 2021 10:26
- Keçmiş deputat həbs olunur
17 yanvar 2021 19:09
- Azad Rəhimov komaya düşdü – ABŞ-dadır
22 yanvar 22:46
- Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
22 yanvar 22:27
- Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 21:39
- Masallıda Baş həkim həbs edildi
22 yanvar 21:28
- Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili oldum - VİDEO
22 yanvar 19:12
- Yaqub Mahmudov vəzifəsindən azad edildi
22 yanvar 18:38
- Tbilisidə məktəblər bu tarixdə açılacaq
22 yanvar 18:03
- Fevralın 1-dən kurslar və repetitorlara icazə veriləcək
22 yanvar 15:23
- Dərslər Bakda həftədə 3 dəfə olacaq
22 yanvar 15:08
- Fevralın 1-dən tədris əyani formada bərpa olunur - Rəsmi
22 yanvar 14:33
- Ukraynada matəm elan edildi
22 yanvar 11:04
- Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
22 yanvar 11:00
- Şəmkirdə jurnalisti öldürən şəxs tutuldu
22 yanvar 10:27
- Kanadanın General-Qubernatoru istefa verdi
22 yanvar 10:03
- "Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
22 yanvar 09:52
- Azərbaycan əsgəri MINAYA düşərək şəhid oldu
22 yanvar 09:44
- Şəmkirdə jurnalist öldürüldü - Foto
22 yanvar 09:33
- İcra başçısı bu xanıma yüksək vəzifə verdi
22 yanvar 00:55
- Xarkovda qocalar evi yandı - 15 nəfər öldü
22 yanvar 00:29
- Bakı metrosu və ali məktəblər açılacaq
22 yanvar 00:08
- “Bu tarixdən maska taxmaq ləğv ediləcək”
21 yanvar 17:16
- “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəşt
21 yanvar 17:08
- Novruz bayramınadək əfv sərəncamı ....
21 yanvar 16:27
- Çar II Nikolayın varisi italyan qızla evlənir
21 yanvar 15:42
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 15:24
- Azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı
21 yanvar 15:01
- Paşinyan parlamentin iclasına ZİREHli jiletlə qatıldı - Foto
21 yanvar 14:40
- 2020-ci ildə Azərbaycanda nikahlar yarıbayarı azalıb
21 yanvar 14:21
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 14:08