“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”
Azərbaycan hakimiyyətinin apardığı struktur dəyişiklikləri ictimai-siyasi çevrələr ən müxtəlif təkliflər irəli sürür.
Təkliflər əsasən bir-birini təkrarlayan, fəaliyyətinə zərurət olmayan qurumların ləğvi yaxud uyğun dövlət strukturlarının tabeliyinə verilməsilə bağlıdır. Məsələn, ekspertlər hesab edir ki, Dövlət Gömrük Komitəsinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Yeri gəlmişkən, bir müddət əvvəl bu qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi deyilirdi. Lakin bunun əksi baş verdi.
Struktur dəyişikliyi çərçivəsində Vergilər Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilirdi. Ekspertlər bunu müsbət qiymətləndirsələr də, çevik idarəetmə sisteminin yaradılması və büdcənin rassionalaşdırılması baxımından prosesin davam etdirilməsini zəruri sayırlar.
Bu sırada Fövqəladə Hallar Nazirliyinin ləğvi də təklif edilir. İstisadçı alim Qubad İbadoğlu Yenisabah.az-a bildirib ki, FHN-nin ayrıca nazirlik kimi fəaliyyətinə ehtiyac yoxdur. “Azərbaycan okeana çıxışı olmayan, bu və digər səbəblərdən də xüsusi olaraq təbii fəlakətlərlə qarşılaşmayan kiçik ölkədir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyi kimi ayrıca quruma zərurət yoxdur. Digər tərəfdən idarəetmədə struktur dəyişikləri büdcəni rasionallaşdırır, bu baxımdan FHN-nin ləğvi daha yaxşı və səmərli idarəçiliyə gətirib çıxara bilər”, - deyə Qubad İbadoğlu əlavə edib.
İqtisadçı alim hesab edir ki, bir çox vacib strukturların FHN-də birləşdirilməsi də onun çevikliyini aşağı salır. “Ona görə də Fövqaləda Hallar Nazirliyi ləğv olunmalı, onun bazasında olan xidmətlər müstəqil quruma çevrilməlidir”, - deyə Qubad İbadoğlu vurğulayıb.
FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri təyin edilib. Hazırda Kəmaləddin Heydərovun 7 müavini var:
1. Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin
2. Faiq Cavad oğlu Tağı-zadə
3. Etibar Böyükbəy oğlu Mirzəyev
4. Ragim Əhəd oğlu Lətifov
5. Orucəli Məmməd oğlu Hacıyev
6. Teymur Ramiz oğlu Mehdiyev
7. Tapdıq Əhliman oğlu Əmiraslanov
Nazirliyin aparatına 14 idarə daxildir:
1. Fövqəladə halların xəbardar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi
2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi
3. Kadr siyasəti Baş İdarəsi
4. Maliyyə-iqtisadiyyat Baş İdarəsi
5. Baş əməliyyat idarəsi
6. Mülki müdafiə işinin təşkili Baş İdarəsi
7. Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
8. Hüquq idarəsi
9. Statistika və informasiya texnologiyaları idarəsi
10. İctimaiyyətlə əlaqə idarəsi
11. Beynəlxalq əlaqələr idarəsi
12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
13. Rabitə idarəsi
14. Komendant xidmətinin təşkili və texniki təminat idarəsi
FHN-nin strukturuna isə 23 qurum daxildir:
1. Dövlət Yanğından Mühafizə Xidməti
2.Dövlət Yanğın Nəzarəti Xidməti
3.Mülki Müdafiə Qoşunları
4. Dövlət Material Agentliyi
5.Su Ehtiyatları Dövlət Agentliyi
6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
10.Xüsusi Riskli Xilasetmə Xidməti
11.Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
13. “İzotop” Xüsusi Kombinatı
14.Əməliyyat-istintaq İdarəsi
15.Elm istehsalat Birliyi
16. Mərkəzi laboratoriya
17.Əsaslı Tikinti idarəsi
18.Maddi Texniki-Təchizat İdarəsi
19. Aviasiya dəstəsi
20.Tədris təlim mərkəzi
21. FHN-in Akademiyası
22. İdman sağlamlıq klubu
23.Tibb Xidməti
FHN-nin həm də 9 regional mərkəzi var:
1. Bakı Regional Mərkəzi
2. Sumqayıt Regional Mərkəzi
3. Şimal qərb regional Mərkəzi
4. Şimal Regional Mərkəzi
5. Gəncə Regional Mərkəzi
6. Aran Regional Mərkəzi
7. Muğan Regional Mərkəzi
8. Qarabağ Regional Mərkəzi
9. Cənub Regional Mərkəzi
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 2024 15:30
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56