Şahin Mustafayev Əli Əsədovun birinci müavini təyin olunacaq?
Cəmiyyət8 noyabr 2019 12:16

Prezidentin Əli Əsədovu baş nazir təyin etməsinin ardınca baş nazir müavinlərindən Əli Həsənov və Hacıbala Abutalıbovun təqaüd yaşlarının keçməsi ilə əlaqədar istefa ərizəsi yazmaları Nazirlər Kabinetini xüsusi diqqət mərkəzinə gətirib.
Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun istefasının prezident İlham Əliyev tərəfindən qəbul edilməsindən sonra baş nazir müavinlərinin sayı ikiyə enmişdi. Baş nazir Əli Əsədov bir neçə gün iki müavinlə-baş nazirin birinci müavini Yaqub Eyyubov və baş nazirin müavini Əli Əhmədovla işləməli oldu. Son 25 ildə ilk dəfəydi baş nazirin müavinlərinin sayı bu qədər az idi.
Təkcə keçən il-2018-ci ilin 11 aprel prezident seçkisindən öncə baş nazirin 6 müavini var idi. Bunlar birinci müavin Yaqub Əyyubov, müavinlər Abid Şərifov, Elçin Əfəndiyev, Əli Əhmədov, Əli Həsənov, İsmət Abbasov idi.
2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra ölkə prezidenti İlham Əliyevin formalaşdırdığı Nazirlər Kabinetində baş nazir müavinlərinin sıralarında dəyişiklik oldu. Belə ki, yeni təyin olunan baş nazir Novruz Məmmədova köhnə baş nazir müavinlərindən Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla işləmək qismət olmadı. Prezident onları vəzifədən kənarda saxladı. Abid Şərifovun yerinə Hacıbala Abutalıbov təyin edildi. Digər ikisinin yeri isə boş saxlandı. Beləliklə, 2018-ci ilin aprelindən sonrakı dövrdə baş nazir 4 müavinlə işlədi. Birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Həsənov, Əli Əhmədov, Hacıbala Abutalıbov.
Bu ilin 21 oktyabrında onlardan ikisinin-Əli Həsənov və Hacıbala Abutalıbovun vəzifədən getməsi baş nazir müavinlərinin sayını 2-yə endirdi. Ardınca bir gün sonra prezident İlham Əliyev Şahin Mustafayevi baş nazirin müavini təyin etdi və müavinlərin sayı 3-ə çatdı. Hazırda da baş nazir müavinlərinin sayı 3-dür.
Müavinlər Əli Əhmədov və Şahin Mustafayev aktiv görünsələr də 74 yaşlı birinci müavin Yaqub Eyyubov demək olar ki, gözə dəymir. Bu yaxınlarda onun istefa ərizəsi yazdığı haqda xəbərlər yayılsa da hələ ki rəsmi təsdiqini tapmayıb. Qeyd edək ki, Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini işləyib. 2003-cü ildən baş nazirin birinci müavinidir.
Onun istefasının gerçəkləşməsindən sonra birinci müavin postuna Şahin Mustafayevin gətiriləcəyi ehtimal edilir.
Mənbə: "Yeni Müsavat”
Oxşar xəbərlər
- Yeni nazir kimin oğlu və kimin kürəkənidir...
26 yanvar 2021 22:33
- Ramin Quluzadə PA-da İşlər müdiri oldu
26 yanvar 2021 18:46
- Yeni nazir kimdir?
26 yanvar 2021 13:40
- Prezident YENİ NAZİR təyin etdi
26 yanvar 2021 13:27
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 2021 13:14
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 2021 12:51
- Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
25 yanvar 2021 17:53
- “Onların arvadları bir-biriləri ilə erməni dilində danışırlar”
24 yanvar 2021 14:26
- Novruz çərşənbələrinin vaxtı məlum oldu
24 yanvar 2021 10:44
- Prezidentimiz, Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə...
23 yanvar 2021 20:58
Xəbər lenti
- Prezidentin İşlər idarəsinə hansı əmlaklar və təşkilatlar tabedir
26 yanvar 22:58
- Yeni nazir kimin oğlu və kimin kürəkənidir...
26 yanvar 22:33
- Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
26 yanvar 22:13
- Azərbaycan - İran : Yeni reallıqlar
26 yanvar 19:22
- Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
26 yanvar 19:08
- Ramin Quluzadə PA-da İşlər müdiri oldu
26 yanvar 18:46
- Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
26 yanvar 18:38
- Bakıda daha bir şəxs özünü hündürmərtəbəli binadan atdı - Video
26 yanvar 15:22
- Yeni nazir kimdir?
26 yanvar 13:40
- Prezident YENİ NAZİR təyin etdi
26 yanvar 13:27
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 13:14
- Səmərqənddən Parisə düşən “ulduz” – Azərbaycanl..
26 yanvar 13:05
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 12:51
- Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
26 yanvar 10:21
- Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi
26 yanvar 10:02
- Dünən Xırdalanda partlayışda özü öldü, qızının axtarışı davam edir
26 yanvar 09:49
- Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
25 yanvar 21:52
- Xırdalandakı partlayışdan - Fotolar+Video
25 yanvar 21:38
- Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - Sərəncam
25 yanvar 21:31
- Azərbaycanda fəaliyyətsiz partiyaların adları açıqlandı
25 yanvar 21:21
- Siyavuşu KİM öldürdü - Əliyeva sirrləri açdı
25 yanvar 18:11
- Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
25 yanvar 17:53
- Əbülüqoz Bəyin qızına məxsus şirkətin gəlirləri - HESABAT
25 yanvar 17:42
- “Simpsonlar” Harrisin seçiləcəyini də öncədən görübmüş...
25 yanvar 13:17
- Rəmişin son görüntüsü - Foto
25 yanvar 13:01
- Sabunçuda evdə partlayış...
25 yanvar 12:51
- Icra başçısının otağından 50 min pul oğurlandı - VİDEO
25 yanvar 12:34
- Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
25 yanvar 09:59
- Zәrif Bakıya gəldi
25 yanvar 09:50
- Erməni tarixçi Azərbaycan xalqını təbrik etdi- VIDEO
24 yanvar 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya